Lavrov Qarabağdakı separatçıları niyə ittiham etdi?

Lavrov Qarabağdakı separatçıları niyə ittiham etdi?
 
 
Asif Nərimanlı:
Lavrov Azərbaycan nümayəndə heyətinin Qarabağdakı mədənlərə buraxılmamasına görə separatçı-terrorçu rejimi günahlandırıb. Bildirib ki, razılaşma nə Rusiya sülhməramlıları, nə də Azərbaycan tərəfindən pozulmayıb.
Hərçənd, mədənlərə baxış keçirmək üçün gedən Azərbaycan nümayəndə heyətinin qarşısında rusların layihəsi olan Vardanyan başının dəstəsi ilə çıxdı və onunla danışmaq lazım olduğunu bildirdi. Bundan sonra proses baş tutmadı. Və bunun rusların Azərbaycanın qarşısını Vardanyan kartı ilə kəsmək gedişi olduğu aydın görünürdü.
İndi Lavrov günahı separatçıların üzərinə yıxmaqla məsuliyyətdən yayınır, Rusiyanın “neytral imicini” təqdim edir. Əslində Vardanyanın vətəndaşlıqdan Moskva görüşündən öncə çıxarılması da rusların məsuliyyətdən yayınmasına hesablanmış addımı idi.
Lavrovun Azərbaycanın tələbinin yerinə yetirilməməsinə görə Qarabağdakı separatçıları ittiham etməsində gerçək niyyətləri də gizlənir: separatçıları de-fakto tərəf kimi təqdim edirlər;
Moskva görüşü fonunda Qarabağda baş verən iki hadisə də bu kontekstdə diqqət çəkir:
- Vardanyan “arsax hakimiyyəti” ilə masaya öyləşməyin vaxtı çatıb” bəyanatını verdi: Bakıya ünvanlanan bu mesajın arxasında Rusiyanın olduğu istisna deyil;
- “Mülki erməni” adı ilə hazırlanmış qrup Laçın yolundakı aksiyaya etiraz olaraq Şuşa istiqamətində sülhməramlıların postuna doğru hərəkət etməyə çalışıb: bunun 10 gün sonra – Lavrov-Bayramov görüşü fonunda baş verməsi təsadüfi deyil və bəllidir ki, Rusiya azərbaycanlıların aksiyasına qarşı “mülki erməni” kartını işə salır;
 
Paralel.az
 
0.028234004974365