Pensiyalar yeni ildə artacaq, yoxsa  artırılacaq?!

 

Pensiyalar yeni ildə artacaq, yoxsa  artırılacaq?! 
 

Son bir neçə həftədir kibəzi millət vəkilləri  hökumətin sosial-müdafiə siyasətini dəstəkləyən iqtisadçı ekspertlər gələn il pensiyaların əhəmiyyətli dərəcədə artımından söhbət açırBuölkənin hazırki maliyyə-iqtisadi durumuna adekvat addımların atılması lazım gəldiyi məqamda ictimai rəyin manipuliyasiyası (aldadılmasıüçün edilən cəhdlərdən başqa bir şey deyilHazırda ilin sonuna qədər ölkədə ortalama real inflyasiya səviyyəsinin 30 faizi keçəcəyi gözlənilir Lakin Statistika Komitəsinin noyabr ayının yekunlarına görə açıqladığı rəqəmlərdən çıxış etsəkölkədə rəsmi inflyasiya 20 faizin altında rəsmiləşdiriləcək.

Amma baş nazir Əli Əsədov Milli Məclisdəki çıxışında etiraf etdi kiölkədə ərzaq məhsullarının inflyasiyası 60 faizdirBu isə o deməkdir kibu ilin yanvar ayında 100 manata ala bildiyimiz ərzağa indi 160 manat pul xərcləməli oluruqYəni hökumət əhalinin bu ilin yanvarın 1-ə olan real gəlirlərindən ərzağa xərclədiyi hissəni bərpa etmək üçün həmin vəsaitlərin nominal qaydada 60 faiz artırılmasına nail olmalıdırAzərbaycanda isə əhalinin böyük əksəriyyəti - 90 faizindən çoxu əldə etdiyi aylıq gəlirin 80-90 faizini ərzağa xərcləyirPensiyaçıların isə aldığı məvacib onların aylıq ərzağa olan tələbatını belə tam şəkildə ödəyə bilmir.

Düzdürbu il pensiyaçılar üçün yaşayış minimumu 176 manatgələn il üçün isə 199 manat müəyyən edilibAmma bu dəyərdə yaşayış minimumu ilə pensiyaçı bu ilin yanvar ayı ücün gündə 15 qram kərə yağı, 18 qram balıq, 23 qram bitki yaği, 80 qram ət, 130 qram kartof, 330 qram çörək ala bilərdiİndi bu məhsulların qiyməti Əli Əsədovun sözlərinə görə, 60 faiz artıbBu o deməkdir kihazırda pensiyaçı 176 manatla gündəlik yuxarıda sadalanan miqdarda məhsulların heç yarısını da ala bilmir.

Belə bir durumda pensiyaçılar hökumətdən məvaciblərinin şəraitə uyğun artırılmasını gözləyirAncaq belə bir artımın əlamətləri açiqlanan rəqəmlərdə görünürmü?

Təsdiqlənən dövlət büdcəsindən görünür kiəslində hökumət gələn il üçün əhalinin gəlirlərini inflyasiya səviyyəsinə uyğun olaraq kompensasiya etmək fikrində deyilBu dövlət büdcəsindən əməyin ödənilməsinə  sosial-müdafiə sahəsinə dövlət büdcəsindən gələn il üçün ayrılan vəsaitlərin artım tempindən açıq şəkildə görünürNəzərdə tutulan artımlar hesabına dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan işcilərin əmək haqqı 2023- ildə 10-15 faiz artırila bilərO ki qaldı pensiyaların artırılmasınaburada bir məsələyə aydınlıq gətirməyə ehtiyac duyulur.

Belə kihazırda hökumətin sosial-müdafiə siyasətini təqdir edən ekspertlər  deputatlar təbliğat xarakterli çıxışlarında pensiyaların 15 faiz artırılacağını vurğulayırlarƏslində isə bu hökumətin qərarından asılı olmayan - qanunvericiliyin tələb etdiyi indeksləşdirməyə görə gözlənilən artımdır.

Yəni "Əmək pensiyaları haqqnindaqanunun aşağıdaki maddələrinə uyğun olaraqəmək pensiyaları ildə bir dəfə Statistika Komitəsinin müəyyən etdiyiölkə üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdiriliryəni artırılır  ya azaldılır: "Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir".

Statistika Komitəsinin məlumatına əsasən bu ilin 11 ayı ərzində inflyasiya səviyyəsi 14,8 faiz təşkil edirİlin sonuna qədər bu rəqəmin 15 faizə çatacağı gözləniləndirOna görə  hökumətin sosial-müdafiə siyasətini təbliğ edənlər gələn il pensiyaların 15 faiz artırılacağını proqnozlaşdırırƏslində isə bu hökumətin artım təşəbbüsü deyilsadəcə qanunun tələbidir.

Həmişə indeksləşdirmə sərəncamında qeyd edilən 29.1-1 maddəsi isə işlək mexanizmə malik deyilÇünki təcrübi olaraq heç kim fərdi hesab açaraqo hesaba pensiya kapitalı qoymurBunun mexanizmi ondan ibarətdir kiguya vətəndaş əmək haqqından tutulan 25 faizlik (22%+3%) DSMF- sığortadan əlavə özünə pensiya kapitalı yığmaq üçün fərdi hesab açıbhəmin hesaba pensiya kapitalı yığa bilər.

Hazırda təsdiqlənən dövlət büdcəsindən  görünür kihökumət qeyd edilən 15 faizlik indeksləşdirmədən başqa pensiyalarda digər artımlar nəzərdə tutmur.

Beləki, 2022-ci ildə dövlət büdcəsindən sosial müdafiə  sosial təminat sahəsinə ayrılan vəsaitin həcmi 3,73 milyard manato cümlədən dövlət büdcəsindən DSMF büdcəsinə 1,23 milyard manat təşkil edir. 2023- ilin dövlət büdcəsindən isə analoji istiqamətlərə 4,42 milyard  1,47 milyard manat vəsait ayrılmasi nəzərdə tutulurGöründüyu kimihökumət sosial müdafiə sahəsinə ayırmalarda gələn il 690 (18,4%) milyon manato cümlədən dövlət büdcəsindən DSMF büdcəsinə 240 (19,5%) milyon manat artım nəzərdə tutulubBu isə əmək pensiyalarının 15 faizlik indeksləşdirilməsindən 3-4 faiz artıq məbləğdir.

Bir məqamı da qeyd edək kigələn il üçün dövlət büdcəsində yaşayış minimumu 246 manat müəyyənləsdirilib kibu da minimum əmək pensiyasından 6 manat çox olduğundan uyğunsuzluq yaradırBöyük ehtimalla gələn ilin yanvar ayının 1-dən əmək pensiyalarının minimum məbləğı 250 manata qaldırılaraqyaşayış minimumuna uyğunlaşdırılacaqYerdə qalan 3-4 faiz artıq vəsait  onun maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Onu da vurğulayaq kihökumət büdcənin  Prezidentin ehtiyat fondundan istifadə edərək  pensiyaları artıra bilərLakin təyinatlı ayırmalarda pensiyaların indeksləşdirmədən başqa artımı nəzərdə tutulmur.

0.015497922897339