USAİD-in maliyə dəstəyi ilə layihə həyata keçirildi - FOTO

 USAİD-in maliyə dəstəyi ilə layihə həyata keçirildi - FOTO
 

22 illik fəaliyyəti olan Gənc Mühasiblər İctimai Birliyi USAID-in “Özəl Sektorun İnkişafı” layihəsi (PSA) çərçivəsində qadınların biznes assosiasiyaları və sahibkarlıq fəaliyyətinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlərdə iştirak edərək təşkilatın xidmətlərinin genişləndirilməsi, üzvlüklərin artırılması və təşkilatın institusional inkişafını gücləndirmək üçün iştirak etmiş və yeni strateji planlaşdırma etmişdir.
Bu istiqamətdə GMİB tərəfindən keçirilən “GMİB-in institutisonal inkişafına dair tədbirlər” layihəsi çərçivəsində qadın sahibkarlarının və qadın assosasiyalarının mühasibatlıqla bağlı problemlərinin həllinə, maliyyə savadlılığının artırılmasına, qadın assosiyalarının inkişafına dəstək olmaq məqsədilə Bakı, Masallı və Gəncə şəhərlərində təlimlər təşkil etməyi nəzərdə tutmuşdur.
Belə ki, ilk təlim Gəncə şəhərində 2 və 3 dekabr 2022-ci il tarixlərində keçirilmişdir. Təlimdə 20 nəfər qadın iştirak etmişdir. Təlimçi Rəvan Cəfərli sahibkarlıq fəaliyyətinə yeni başlamış və ya başlamaq istəyən qadınlara mühasibatlıqla bağlı vacib məlumatları çatdırmış, iştirakçıların suallarını cavablandırmışdır. İki gün davam edən təlimin sonunda iştirakçılar sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, iştirakçılara konsultasiya xidmətləri də göstərilmişdir. Üzvlüyə qəbul olunan qadınlar isə bu xidmətlərdən davamlı yararlana biləcək.

Paralel.az

0.022954940795898