"Mən bilmirəm ki, dilimizi kimlər korlayır?"- Tahir Əmiraslanov

 
 
Şəkilin açıqlaması yoxdur.
 
"Bunu bu gün çəkdim. Belə dükanlar çoxdur. Ağdam əti, Masallı əti və s.
 
Dostlar rayonun, kəndin və s. əti olmur. Mal əti, dana əti, qoyun əti, quş ətı və s olur.
 
Torpaqda yetişdiyi üçün Qazqulu ( Tovuz) xiyari, Gəncə göyərtisi, Zira pomidoru, Ağdaş heyvası, Göyçay narı, Gədəbəy kartofu, Hövsan soğanı və s olur.
 
Amma bunların əti olmur.
Dükanın adı “ Beyləqan. Ət dükanı” yazıla bilər.
Və ya. “ Beyləqan heyvanlarının əti” və s.
 
Bundan başqa Kənd toyuğu, kənd yumurtası , həyət yumurtası olmur. Təbii yumurta, təbii yetişdirilmiş toyuq,toyuq yumurtası, bildirçin yumurtası və s. yazılmalıdır. Kənd, həyət yumurtlamır axı.
Mən bilmirəm kim dilimizi bu günə qoyur. Kim buna cavabdehdir?
 
Amma milli dilində yazıb oxumaq üçün bilirsiniz nə qədər millətlər mübarizə aparır? Elə cənublu qardaşlarımızı götürək. Dilimizin tətbiqi üçün qanlarını, canlarını verirlər.
Bizə isə Allah dilimizi dövlət dili etmək imkanı verdi.
Dövlət dilinin tətbiqi barədə Prezidentimiz neçə sərəncam verib.
 
Gəlin, yerinə yetirək.
Vallah , mənı qınamayın, sovetlər dövründə Azərbaycan dilu daha doğru, daha düzgün , daha geniş tətbiq olunurdu.
İş o yerə çatıb ki, bir Azərbaycan İctimai Birliyının axmaq rəhbəri mənə ingilis dilində müraciət məktubu göndərib.
 
Əlbətdə cavab vermədim. Sadəcə səni ora qoyanın da, arxanda durub səni dəstəkləyən məmurların və iş adamlarının da ( ardını bilirsiniz).
Hamısını yağladım. Siz də yağlayın."
 
Paralel.az
0.10095191001892