Volkov niyə gizlənir?
Asif Nərimanlı:
Birincisi, Moskvanın təlimatı bu yöndədir:
- Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd, prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir;
- Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq;
İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir;
Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq.
Paralel.az