1300 illik ən bəzəkli nümunə tapılıb - FOTO

1300 illik ən bəzəkli nümunə tapılıb - FOTO
 

İngiltərədə bir tikinti zamanı təxminən 1300 illik olduğu düşünülən qızıl boyunbağı da daxil olmaqla qiymətli əşyalar və qızıl xəzinəsi tapılıb. Qəbirdə olduğu ehtimal edilən qiymətli əşyaların çıxarılması üçün qazıntı işlərinə başlanılıb. Xəzinənin orta əsrlərdə yaşayan zəngin və dinar qadına məxsus olduğu bildirilib.

Xəzinə İngiltərədə tikinti sahəsində təməlqoyma zamanı işçilərin qazdıqları yerdən aşkarlanıb. Qazıntı zamanı işçilərin maneə ilə rastlaşdığı haqqında səlahiyyətli şəxslərə məlumat verilib və ərazidə qazıntı işlərinə başlanılıb. Aparılan qazıntı işləri nəticəsində 630-670-ci illərə aid olduğu düşünülən 1300 illik xəzinə üzə çıxarılıb.

London Arxeologiya Muzeyinin rəhbəri Levente Bence Balazs “The Guardian”qəzetinə açıqlamasında bildirib: "Bu, Britaniyada indiyə qədər aşkar edilmiş ən mühüm erkən orta əsr qadın məzarıdır. Bu tapıntılar 1300 ildir ki, gün işığı görmür və onları ilk görən adam olmaq sözlə ifadə edilə bilməz. Aşkarlanan xəzinə indiyə qədər tapılan ən bəzəkli nümunədir. Belə bir şey tapmaq hər bir arxeoloqun arzusudur.”

Paralel.az

0.017000913619995