Avtobus qəzaya düşdü

Avtobus qəzaya düşdü
 

 

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə bu gün səhər saatlarında baş verib. 123 saylı marşrut xətti üzrə hərəkət edən 10 TH 210 dövlət qeydiyyat nişanlı avtobus Novxanı qəsəbəsində idarəetməni itirərək aşıb. 

Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

“Paralel.az”

0.014119148254395