Qrenlandiyanın sirləri

Qrenlandiyanın sirləri
 



Qrenlandiya Danimarka krallığının ərazisi tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşir və dünyanın ən böyük sahəsi olan adası sayılır. 1000 il əvvəl vikinqlər tərəfindən kəşf olunan bu adanın 80%-i hal-hazırda buz təbəqəsi ilə örtülüdür.

Adanın böyük hissəsində hələ də yaşayış yoxdur. Qrenlandiyada məskən salan 6 qəbilə tədqiqatçılar tərəfindən 1999-cu ildə kəşf edilib.

XX əsrin 20-ci və 30-cu illərindən sonra Qrenlandiya daha çox əhəmiyyət kəsb etməyə başladı. Şimali Atlantika üzərindən həyata keçirilən hava marşrutları nəticəsində Qrenlandiyanın iki materik arasında əlverişli dayanacaq nöqtəsi olduğu üzə çıxdı.

Qrenladiyada 1972-ci ildə bir qrup ovçunun aşkar etdiyi 8 mumiya dünyanın ən sirli tapıntıları sırasına daxildir.500 illik mumiyaların arasında körp cəsədləri də var imiş. Cəsədlərin mumiyalanmasına bölgədəki təbii şərait və soyuq hava səbəb olub. Bu mumiyaların İnuit etnosuna məxsus olduğu təxmin edilir.

Deyilənlərə görə, onlar anası ölən körpələri anaları ilə birliktə canlı-canlı torpağa basdırmışdılar. Xalqın dini inanclarına görə, bütün ailə birliktə basdırıldıqda, onlar axirət dünyasında yenidən bir ailə kimi dinclik içində yaşayacaqlar.

Paralel.az

0.020053148269653