Müqəddəs əməliyyat

Müqəddəs əməliyyat
 
İdris Abbasov:
AMEA institutlarından, universitet kafedralarından, şöbə müzakirələrindən, müdafiə şuralarından tutmuş Ali Attestasiya Komissiyasına qədər dövlətin elm təyinatlı isti və rahat dəhlizlərini rüşvət və alver dəhlizinə çevirən, bülbül kimi ötərək "savadlı alim" imici formalaşdırıb və ardınca rüşvətin ağuşuna tullanan, ölkədə hərc-mərclik statusunu qoruyub saxlamaq üçün korrupsiyaya intellektual investisiya yatıran, tələbəni, dissertantı, doktorantı səhv yönləndirən, onların təcrübəsizliyini istismar edən, dalana dirəyib soyan, diplomlaşdırmadan "gəlir" əldə edən, ortada yeyib qıraqda gəzən, bir sözlə, dövlət və millət üçün perspektiv təhdid və təhlükə mənbəyi olan alim-akademik-məmur kontingentinin fəaliyyəti, onların rüşvət alıb-vermə mexanizminin, saxta-saxta işlərinin strukturu ciddi nəzarətə götürülüb araşdırılmalıdır. Dövləti aldatmaq olmaz, özünü aldatmaq isə günah deyil.

Rüşvətin dövlət üçün ən ziyanlı, ən mənəviyyatsız, ən yoluxucu və srayətedici növü - xüsusən, ilkin müzakirələrdən tutmuş müdafiələrə, dəllallardan, aradüzəldənlərdən tutmuş dissertasiya montaj edən saxtakar alim şəbəkələrinə və diplomlaşdırmalara qədər - müvafiq qurumlarda və elmi mahiyyətini itirmiş elmi-tədqiqat müəssisələrində təzahür edir.

Rüşvət haləsinin başına dolanan, təəssübkeşlik və dostbazlıq edən, əməllərini ifşa edən şəxslər haqqında qara planlar hazırlayan qılaflı alim şəbəkəsinin ifşa olunması ölkədə başlanan və davam edən antikorrupsiya əməliyyatının tərkib hissəsidir.
Məncə, nə qədər manevr etsələr də, rüşvət əxlaqına təslim olmuş heç bir qurum bu müqəddəs əməliyyatdan kənarda qalmayacaq!
 
Paralel.az
 
0.041761159896851