"Bəs mənim balamı kim qaytaracaq?"

 

Deyir ki, Qasım Məmmədovdan (istintaq qrupunun rəhbəri) soruşdum: "Bəs mənim balamı kim qaytaracaq?". Anadır, ürəyindən keçənləri deyir, amma eyni zamanda da qətliam qurbanlarının hamısına analıq edir və deyir ki, hamısı mənim balamdır.

Həqiqətən, bacım Validə Ana olmaq haqqını təkcə qazanmadı, həm də bu ada layiq olduğunu hər addımı ilə sübut etdi. Bilərsiniz, bu, mübariz xanıma nə böhtanlar atdılar, nələr dedilər ona. Biri mənə yazmışdı ki, oğlu öldürülməsəydi Validə Əhmədova səsini də çıxarmazdı.

Cavab verdim ki, ay alçaq, şərəfsiz, sənin heç kimin öldürülməyib deyə susursan və hələ üstəlik də susmayanlara da qara yaxırsan, hamını öz arşınınla ölçürsən. Validə bacımın övladı ölümündən sonra bəraət alanda ona, mərhum övladına böhtan atanlara üzr istəməyi təklif etdim, istəmədilər.

Bu gün artıq bəraət almış qətliam qurbanlarının hamısından, onların ailələrindən, bütün Azərbaycan xalqından üzr istəməklərini təklif edirəm. Üzr istəyin ki, cəzanız bir az yüngül olsun. Üzr istəyin ki, Nazim Bayramovun arxasınca gedəndə sizə az da olsa mərhəmət göstərməyə əsas olsun. Nə dediyimi yaxşı anlayırsınız, əminəm. Odur ki, nə qədər gec deyil, üzr istəyin.
Müəllif: Ərastun Oruclu

"Paralel.az"

0.013980150222778