Hansı qidalar maddələr mübadiləsini normallaşdırır - SİYAHI
Balıq
Tərkibində 3 yağ turşusunu ehtiva edən balığın həzmi sürətləndirən leptin hormonuna təsiri məlum olub. Məhz bunun üçün hər bir insanın gündəlik rasionunda mütləq balıq olmalıdır.
Süd və süd məhsulları
Yağsız süd və süd məhsullarını gündə 3-4 pors qəbul etsəniz, bu, həzmin sürətlənməsinə və çəki atmanıza kömək edəcək.
Toyuq əti
Toyuq və hind toyuğu ətinin tərkibindəki protein həzmi sürətləndirir. Eyni zamanda, əzələlərə də faydalıdır.
Qırmızı və sarı mərcimək
Sağlam bir pəhrizdə olması lazım olan müxtəlif paxlalılar arasında ən asan həzm olunandır. Buna səbəb isə mərciməyin tərkibində olan dəmirdir. Həzmi yaxşılaşdırmaqla qanda şəkərin səviyyəsini də normallaşdırır. Mərcimək, təkcə toksinləri toplamır, həmçinin B1 vitamini və əvəzolunmaz amin turşuları ilə zəngindir.
Avokado
Görünüşünə görə xoşagəlməz olan bu yumşaq meyvə bol miqdarda zülal və liflə zəngindir. Orta ölçülü avokadoda təxminən 12 q sağlam lif var. Məhz buna görə o, mədədə ağırlıq hissi yaratmır və həzm prosesini sürətləndirir. Pəhrizinizə avokadonu daxil etməklə siz bir anda bir neçə problemi aradan qaldıracaqsınız. Bu ekzotik meyvə bağırsaq mikroflorasının tərkibini yaxşılaşdırır, peristaltikanı gücləndirir. Yeri gəlmişkən, avokado immun sistemini də gücləndirir.
İspanaq
Yaşıl tərəvəzlər arasında həzm sistemini yaxşılaşdıran ən yaxşı qidalardan biridir.
İspanaq şirəsində çoxlu manqan var. Bu maddə öz növbəsində ,beyinə və mədə-bağırsaq sisteminə müsbət təsir edir. O, həmçinin xoşbəxtlik hormonlarının istehsalında çox önəmli rol oynayır.
Acı bibər
Araşdırmalar nəticəsində acı bibərin tərkibində olan kimyəvi birləşmələrin ürək ritmini və həzmi sürətləndirdiyi ortaya çıxıb. Acı bibər və ədviyyatlı yemək yedikdən sonra 3 saat ərzində həzm prosesi 25 faiz daha sürətli olur.
Badam
Maddələr mübadiləsini normallaşdırır, görmə qabiliyyətini yaxşılaşdırır və ürək-damar sisteminə müsbət təsir göstərir. Badamın faydalı xüsusiyyətlərinin siyahısı bununla bitmir. O, həmçinin müxtəlif vitaminlərin təbii mənbəyidir. Gündə bir ovuc badam (təxminən on ədəd) həzm prosesini yaxşılaşdırmağa kifayət edəcəkdir.
Xurma
Bu meyvə xüsusilə həzm problemləri üçün tövsiyə olunur. Pektinlər ilə zəngin xurma təkcə bağırsaqları təmizləmir, həm də bifidobakteriyalar üçün əsas qidadır, onların böyüməsini və fəaliyyətini stimullaşdırır.