İşi, iş bilənə tapşıraq!

İşi, iş bilənə tapşıraq!
 


Şəmsəddin Əliyev:

Tanrı lütfü ilə yaratdığı
zəkalı varlığına-Homo Sapiensə bəxş etdiyi çox şey var. Təbiət bu sırada birincidir.
Təbiətin göz oxşadığı,cazibədarlığı ilə insanı valeh edən gözəlliklər Tanrı hikmətinin təcəllasıdır.
Acgözlüklə əldə etdiyimiz qiymətli daş-qaşlar sərvət və zənginlik baxımdan diqqət çəkir.Onlardan zinət əşyaları kimi gözəl yerlərdə və ziyafətlərdə istifadə edirik.Sonra əzizləyib əmin olduğumuz gizli bir yerdə saxlayırıq.Demək, əşyalarımıza dəyər veririk.Özümüzü isə unuduruq...
Adi çınqıl da daşdır, təbiətin zərrəcikləridir.Amma çınqıldan çuxurları doldurmaq üçün xeyirxahlıqdır,-deyə istifadə edirik.O daşla bu daşın fərqi böyükdür.Elə deyilmi?
Qədim Sparta dövləti(Likurqun dövründə) rüşvəti ləğv etmək üçün dövriyyədən qızıl,gümüş sikkələri və əskinasları yığışdırıb əvəzində qara,adi metal qəpikləri dövriyyəyə buraxmaqla sui-istifadələrə son qoyub...
Allah insanı yer üzünün zinəti və əşrəfi kimi yaradanda onu bütün canlı varlıqların göz bəbəyi,"daş-qaşı"olaraq yaratdı.Ona,davranışları,ətrafına və xalqına,dövlətə xidməti,əxlaqı və nümunəvi xasiyyətilə seçilməli və öndə olmağı həvalə etdi (tapşırdı).
Aləmlərin Rəbbi İnsana yaşaması üçün hər cür imkan yaratdığı halda o, nəfsani istəklərinin əsirinə çevrilib qafil bir həyat tərzi yaşadı,ömrünü bihudə verib zay etdi və övliyaların dediyi kimi,ən böyük axmaqlığa yol verdi.Belələri Haqqın dərgahında bütün izzət,şərəf və heysiyyətini,hətta ləyaqətini də itirmiş olur,insanlıq dəyərindən məhrum olmaqla(qalmaqla) özünə zülm edir.
Son günlərdə DTX-nın Haxçıvanda həyata keçirdiyi təxirəsalınmaz kəşfiyyat xarakterli tədbirlər nəticəsində dövlət büdcəsindən xüsusilə külli miqdarda məbləği mənimsədiklərinə görə həbs edilənlərin vətənə və dövlətə,dövlət Başçısının etibarına və etimadına,habelə içdiyi anda sədaqətsizliyi və şəxsi-özəl maraqlarını dövlət marağından üstün tutması ən azı axmaqlığa dəlalət edir.
Bu mənada təbiət özü-özünü tərbiyə edə bilirsə,insan həmişə mənəvi tərbiyəyə möhtac olur.Pis əməllərdən çəkinmək və etibar edilən vəzifə funksiyalarından sui-istifadə etmək təmayülləri insanda fitri olaraq mövcud olurmuş.
Tərbiyəsi,əxlaqı və ədəbi,habelə mədəniyyəti olan,abır-həyasını gözləyib,qanunların cəza təhdidi altında təqib olunmasını anlayan şəxsin belə zidd əməllərə yol verməsi mümkün deyil!
Rəvayət edirlər ki,Hz.Mövlana bir gün ağlına xitab edir:"Ey ağılım!Ədəb nədir? Ağıl əyilib pıçıltı ilə qəlbimin qulağına dedi ki,ədəb imandandır".
Bəli,imanı olmayanın ədəbi,əxlaqı,mədəniyyəti və ən başlıcası vətənə sevgisi də olmaz ki!Bu xislətdə olanları yüksək vəzifələrə təqdim edən səlahiyyətli şəxslərin də suçu var.
İnsan həmişə nümunəvi davranışa möhtacdır.Evdə,kollektivdə,ictimai yerlərdə,mərasimlərdə,toy şənliklərində,hətta təklikdə də,"Heç kim məni ğörmür,"-deyə həddini aşmamalıdır.Allahını tanıyıb Ondan təqvalıdırsa,bilməlidir ki,Yaradan hər şeyi görür və qəlbindən keçənləri də bilir!
Bu mənada insanların ən yaxşısı,elə insanlara xeyirli,mərhəmətli və faydalı olandır.
Avropalılar işi,işi bilənə tapşırdıqlarına görə bizdən irəlidədirlər.
İŞİ,İŞ BİLƏNƏ TAPŞIRSAQ,necə olar?
 İrəli gedə bilərikmi?

Paralel.az

0.09477710723877