Səadət Şıxıyeva yazır...

Səadət Şıxıyeva yazır...
 

Filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva

Bu gün "Türk dünyası gəncləri və Nizami Gəncəvi dühası" kitabının təqdimatı gözəl anları ilə yadda qaldı. Bu məzmunlu tədbirə dəvət etdiyi üçün istedadlı gənclərimizdən olan İntiqam Yaşara çox təşəkkür edirəm.

Qeyri-iş günü olmasına baxmayaraq tədbirdə çoxsaylı tanınmış ziyalılar və gənclərin iştirakı TÜRK DÜNYASI SEVDALILARININ bu ali ideyaya səmimi sevgisinin göstəricisi idi. Tədbirin sonunda redaktoru olduğum "Nizami Gəncəvi irsi və gənclik" (Bakı, 2022) adlı kitaba görə diplomun təqdimi isə məni xüsusilə mütəəssir etdi. Nizami İlində çoxsaylı məqalə, müsahibə, seminarlarıma baxmayaraq, ilin sonunda bütün fəalliyətim gözardı edilmişdi. Amma qədirbilən gənclərimiz sağ olsun.

Bu diplom - yeganə təltifim mənim üçün Nizami İlinin əziz xatirəsi kimi hər zaman dəyərli olacaq. Çıxışları ilə diqqəti çəkən tanınmış şair və publisist Ekber Qoşalı, əziz dostum, tanınmış alim Nezaket Memmedli, hər zaman yeni söz deməyi bacaran gənc şair və publisist Ferid Huseyn və digər çıxışçılara da çox təşəkkür edirəm... Əlbəttə, tələbələrimizi - Umid Najjari, Aytac Nüsrət Qayıbova, Emin Zeynalov və soyadını, təəssüf ki, unuduğum Fəridəni (hazırda AzTv-nin əməkdaşı) görmək də xoş anlar yaratdı...

"Paralel.az"

0.093667030334473