Azərbaycanın içində dəhliz ola bilməz!
Yasəmən Qaraqoyunlu:
Bütün dəhlizləri qapadın. Dəhlizlər suverenliyimizə, təhlükəsizliyimizə təhdiddir.
Xankəndi Azərbaycan şəhəridir. Xankəndində ermənilər niyə qalmalıdır? İrəvanda, Qafanda bircə türk qaldımı ki, Xankəndində erməni qala. Xankəndində ermənilər qalmasa idi, Rus işğalçıları erməniləri qorumaq üçün sülhməramlılar adı altında Qarabağa girə biləcəkdimi?
Xankəndi erməniləri və bu erməniləri Ermənistana bağlayan Laçın dəhlizi Rus işğalçılarının Qarabağda qalması üçün bir təminatdırmı?
Xankəndindəki Ermənilər Azərbaycan vətəndaşıdırsa niyə Ermənistanla əlaqə qurmalıdır?
Bu əlaqəni təmin edən Laçın dəhlizi niyə olmalıdır ki.
Xankındindəki Ermənilər Azərbaycan vətəndaşlarıdırsa, onlara dəhliz niyə verirsiz?
Bu nə saçma oyundur?
Bu dəhliz məsələsi Xankəndindəki ermınilərə status almağa əsas vermirmi? Bu Laçın dəhlizi Qarabağ içindəki Xankəndi Erməni anklavının yaradıldığını təsdiq etmirmi?
Bu Laçın dəhlizi Rus uşğalçı ordusunun Ermənistan Qarabağ arasındakı hərəkətini təmin etmək üçün yaradılmayıbmı?
Qarabağdakı işğalçı rus ordusu və Ermənistandakı 102-ci ordu (Ermənistanın Güney Azərbaycanla sərhədlərini Rusların 102-ci alayı qoruyur ) bölükləri Güney məsələsi yüksəlirkən Təbrizə girib Güney Azərbaycan Hərəkatına divan tutacaqmı? Bu ordunun silahları Ümummilli Azərbaycan Hərəkatına tuşlanmamışmı? Bu ordu burda nəyi gözləyir?
1945 -ci ildə Rus yanlısı Güney Azərbaycan hərəkatını Amerikan ordusu yendi, Güney Azərbaycanı qanla suvardı.
Hazırda durum tərsinədir. Amerikan dəstəkli Güney Azərbaycan Hərəkatını Qarabağdakı, Ermənistandakı işğalçı Rus Ordusu qan içində boğmasın? Güneyin isriqlalı, Bütöv Azərbaycan uğrundakı mübarizə 1945-ci ildəki kimi yenə Amerika -Rusiya geosiyasi rəqabəti fonunda baş verməkdədirmi? Bu rəqabət Azərbaycan davasını necə etkiləyəcək? Bunlar ciddi düşünülməlidir.
Qarabağdakı Rus ordusu və Laçın dəhlizi, Xankəndi erməni anklavı ortadan qaldırılmalıdır, Qarabağdakı rus ordusu güneyin istiqlalı və Bütöv Azərbaycan Herekatı üçün bir təhdiddir.
Qarşımızda rus-fars-erməni ittifaqı dayanır. Bölgəni bu ittifaqdan arındırıb Türk bölgəsinə çevirə biləcəyikmi?
Paralel.az