Qadın xəstəxanada öldü

Qadın xəstəxanada öldü
 


Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.
 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb. Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilib. Basqın zamanı 1939-cu il təvəllüdlü Elbrus Muradov bıçaqlanaraq öldürülüb. Onun bıçaq xəsarətləri alan həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov xəstəxanaya yerləşdirilib. Rahil Muradov həmin gün xəstəxanada ölüb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paralel.az

0.01469612121582