Dilçilik və siyasət

Dilçilik və siyasət
 

Həsən Əliyev:

Bu yaxınlarda  Yunanıstanla Türkiyə arasında adalarla bağlı gərginlik yaşanmışdır.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğan Yunan hökumətinə sərt mesajlar ünvanlamışdır.”Bir gece ansızın gele biliriz”.Mesajın azərbaycan dilində mənası “Bir gecə qəflətən gələ bilərik” kimi başa düşülür.

Mahmud Kaşğarinin “Divani Lüğat-il Türk”ündə “akınçı” (axınçı) – “gecə düşmənə basqın edən əsgər” kimi mənalandırılır.Osmanlı İmperiyasının hərbi təşkilatlarında, sərhəd bölgələrində düşmən ölkələrinə gecə hücumlar edən əsgər (desant birliklərinə bənzədilir) “akınçı” adlandərılmışdır.. 

Bu gün Türk hava qüvvələrinə məxsus olan taktiki pilotsuz hərbi uçaklar- “Akınçı TİHA”-lar Türkiyənin hərb sənayesinin  qüdrətini artırmışdır və dünyanın  hərbi arenasında çox məhşurlaşmışdır.

Cənab Ərdoğanın Yunanıstana “Bir gecə qəflətən gələ bilərik” mesajı qədim türk hərb tarixindəki “akınçı hücumu”nun müasir  ”Akınçı TİHA”larına  işarədir.Yəni Türkiyənin bu günkü ən müasir insansız hava araclarına verilən  “Akınçı Tiha”ların  adı  qədim türk hərbiçiləri olmuş “Akınçı”ların adındandır.

Təşəkkür edirəm. 

P.S.Doğrusu bu məqaləni 4 gün əvvəl öz f/b səhifəmdə və 2 nəfərin səhifəsində dərc etmişdim.Bu yazının gündəmdəki siyasi hadisələrlə həmahəng olduğunu görərək,  ziyalılara çatdırmaq istədim.

Müasir politoloqlar yayılan xəbərləri təhlil edir və onu geniş müzakirəsinə nail olurlar.Demək olar ki, tələb olunan missiyanı yerinə yetirə bilirlər.Onlar siyasətin tarixi təcrübəsindən ustalıqla istifadə etmə vərdişlərinə malikdirlər.

Mənim fikrimcə politoloq baş vermiş hadisədən əvvəl onun baş verəcəyi vaxtı, müddəti, ərazini və s. dəqiqliyə yaxın proqnozlaşdırmalıdır.

 Rusiya-Ukrayna müharibəsində aydın şəkildə Avropa Ukraynaya açıq şəkildə həm siyasi, həm də hərbi sahədə köməkliklər göstərir.Bəs səbəb nədir ki, Rusiya öz hərbi simvolunu  ona düşmən kəsilmiş avropalıların (əksəriyyət) işlətdiyi latın qrafikası böyük  “Z” ilə  işarə etmişlər?

Əslində ta qədimdən xalq arasında “siyasət işlətmək ” sözü “gizli iş görmək” mənasını anlatmışdır.Yəni “görükən” – “baş vermiş hadisədir.” ”Görükməyən” isə “siyasətdir.” Əsl siyasətçi “görükməyəni” tapmalıdır.Almanlar demişkən: “Jede Medaille hat zwei seiten” – “Hər bir medalın iki üzü vardır.”

Məqaləni dünyanın Böyük Siyasətçisi Azərbaycanı Türkiyə qədər sevən Rəcəb Tayib Ərdoğanın siyasətinə həsr etmişəm.

Yeri gəlmişkən hörmətli prezident Ərdoğanın adının mənası “er doğan” – “erkən doğan”, yəni “GÜNƏŞ” Tanrı inancının adıdır.Tanrı yardımçımız olsun!

Paralel.az

0.013988018035889