“Nazir Rəşad İsmayılov sabotajçılıqla məşğuldur?"

“Nazir Rəşad İsmayılov sabotajçılıqla məşğuldur?
 

Naxçıvan MR Daxili İşlər Naziri, polis polkovniki Rəşad İsmayılov tərəfindən Azərbaycan Respublikası Prezidentinin Naxçıvanda həyata keçirdiyi islahatlar sabotaj edilir.

 

Gundemxeber.az bildirir ki, Ovqat.com-a Naxçıvandan göndərilən şikayət məktubunda belə deyilir.

Şikayətçinin iddialarına görə, sabotajın başında MR Daxili İşlər naziri Rəşad İsmayılov dayanır.

Məktubu olduğu kimi nəzərinizə çatdırırıq:

“Rəşad İsmayılov polislərin və vətəndaşların beyninə "Naxçıvanın bir rəhbəri var, o da cənab Vasif Talıbovdur" fikrini yeritməyə çalışır. Rəşad İsmayılovun bu addımı Azərbaycan dövlətinə və dövlətçiliyinə, eləcə də Azərbaycan Respublikasının Prezidentinə qarşı çıxmaqdır və separatçılıqdır.

Rəşad İsmayılov Naxçıvan MR-ə Daxili İşlər Naziri təyin olunan gündən bu yana nə Ulu Öndərə, nə də ki, cənab Prezidentə istinad etmir. O bütün iclaslarda Naxçıvanın "cənab Ali Məclisin Sədrinə" minnətdar olduğunu, həmçinin Ali Məclisin sədrinin yeganə rəhbərimiz olduğunu bildirir.

Rəşad İsmayılovun göstərişi ilə Naxçıvanda gün ərzində YPX xidməti tərəfindən vətəndaşlardan külli miqdarda pul yığılır. Belə ki, təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış qayda pozuntusu törətmiş sürücülərə YPX əməkdaşları zəng edərək, protokol yazmamaq qarşılığında cərimənin 80 faizini əldən ödəmək tələb olunur və bunun da nazir Rəşad İsmayılovun göstərişi olduğu bildirilir. Görün, bu adam nə qədər cızığından çıxıb ki, Azərbaycan büdcəsinə getməli olan vəsaiti öz cibinə, kirvəsi “Gestapo” ləqəbli Cəlil Rüstəmovun və Seymur Talıbovun cibinə axıdır.

Bunu isə belə əsaslandırır ki, "Azərbaycan DİN-nin rəhbərliyi kimdir ki, mən BDYPİ-nin büdcəsini Naxçıvandan yığılmış cərimələrlə zənginləşdirim".

Rəşad İsmayılov Azərbaycan Respublikasının Konstitusiyasını heçə sayaraq, "bizə o Konstitusiya lazım deyil, Naxçıvanın öz Konstitusiyası var" deyə bildirir. Rəşad İsmayılovun göstərişi ilə baş vermiş cinayət hadisələri qeydiyyata alınmır. Bu da latent (aşkarlanmamış) cinayətkarlığın artmasına səbəb olur. Rəşad İsmayılovun fəaliyyəti nəticəsində Naxçıvanda polisin nüfuzu aşağı düşüb. Düşünün insanlar öz problemlərini həll etmək üçün polisə yox, ayrı-ayrı şəxslərə müraciət edir. Bu da Naxçıvanda anarxiyanın və ayrı-ayrı qrupların nüfuzunun güclənməsinə gətirib çıxarır.

Gundemxeber.az qeyd edir ki,  Azərbaycan Respublikasının Prezidenti tərəfindən polislərin maaşının artırılması ilə bağlı 2021-ci ildə fərman imzalananda, 2022-ci il də məzuniyyətə çıxan polislərin məzuniyyət pulları Rəşad İsmayılovun göstərişi ilə artımsız hesablandı. Bu addım Prezidenti heçə saymaq deyilmi? Rəşad İsmayılov aidiyyəti orqanlar tərəfindən istintaqa cəlb edilməli və Naxçıvan DİN-in ləğv edilməsi istiqamətində addımların atılması məqsədə uyğun olardı. Çünki bu həm dövlətçilik məsələsi, həmdə sosial sifarişdir. 

Ardı var...

"Paralel.az"

0.012228012084961