Qubad İbadoğlu: "Bir gömrük məmurunun gündəlik oğurluğu 361 643 manat olub"

Qubad İbadoğlu:
 



Büdcəyə gündə 86 041 manat daxil olduğu halda yalnız 1 gömrük məmurunun gündəlik oğurluğu 361 643 manat olub.

Nəticədə Naxçıvan gömrüyündə yığılan pulların hər 5 manatından 1 manatı büdcəyə, 4 manatı isə gömrüyün şöbə müdirinin hesabına gedib. Yəni, 80% özünə, 20% büdcəyə. Sonra da deyirlər ki, uşaqpulu verməyə vəsait yoxdur.

Belə korrupsiya olmur, bu külli miqdarda oğurluq da deyil, bu talançılıqdır, dövlətin məhvidir!

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.Səbail Rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib. Məhkəmədə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb.

Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. İttihamın mahiyyətindən görünür ki, NMR DGK vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Naxçıvanın 2021-ci il üçün büddcənin icrasına dair açıqlanan rəqəmlərdən məlum olur ki, həmin il ərzində muxtar respublikanın dotasuyadan kənar büdcə gəlirlərinin 21,6 faizini və ya 31 milyon 405 milyon manatını gömrük ödənişləri təşkil edib.

DTX isə Naxçıvanda Gömrük Komitəsinin şöbə rəisinin 132 milyon manat, yəni rəsmi olaraq Naxçıvan büdcəsində gömrükdən 1 il ərzində daxilolmalardan 4,2 dəfə çox vəsaitin mənimsədiyini iddia edir. Belə çıxır ki, gömrükdən Naxçıvan büdcəsinə gündə 86 041 manat daxil olduğu halda, yalnız Naxçıvan Gömrük Komitəsinin şöbə rəisinin gündəlik qazancı 361 643 manat olub. Naxçıvanda 1 gömrük məmurunun oğurluğu il ərzində muxtar respublikanın büdcəsinə daxil olan məbləğdən 100 milyon manat çox olub. Buna nə ad vermək olar? Belə korrupsiya olmur, bu külli miqdarda oğurluq da deyil, bu talançılıqdır, hələ də davam edir.

P.S. Nəzərə alın ki, hesablamalarım 1 ilin bazasındadır. Amma bu oğurluq on illərdir ki, davam edir.

Paralel.az

0.024110078811646