Masallı sakinlərinin müraciəti “Açıq mikrofon”da səsləndi- FOTO

Masallı sakinlərinin müraciəti “Açıq mikrofon”da səsləndi- FOTO
 

“Bu aksiyaların keçirilməsində məqsəd qaz təchizatçısı olan SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə sizin müraciətlərinizi çatdırmaq və təmaslarımızı intensivləşdirməkdir.”

"Paralel.az" xəbər verir ki, bu sözləri Lənkəran qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov Masallı rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında vətəndaşlarla görüşü zamanı bildirib. İdarə rəisi sakinlərdən aksiyada fəal olmalarını xahiş edib. Bildirib ki, sakinlərin qaldırdığı hər bir məsələlər yarana biləcək nöqsanların zamanında aradan qaldırılmasına köməklik göstərir. 

Bundan əlavə, Əzizabad kəndindən Sarvan Cahangirov, Xəlifələr kəndindən Səyədulla Mənəfov, Yeni Zuand kəndindən Əsgər Bəşirov, Rüdəkəran kəndindən Əhliman Hidayətov və Nəzəroba kəndindən Fərman Nəzərov yaşadıqları məntəqələrin təbii qazla təmin olunması üçün Birlik rəhbərliyinə müraciətlərini “Açıq mikrofon”dan ünvanlayıblar.
Rayonun müxtəlif yaşayış məntəqələrindən aksiyada iştirak edən vətəndaşlar müraciətlərini sərbəst şəkildə bildiriblər. Belə ki, sakinlər aksiyada sonradan ödənişli qaz sayğacının (mexaniki tipli) öncədən ödənişli qaz sayğacı ilə (smart-kart tipli) əvəz olunması, qaz sayğacının yerinin dəyişdirilməsi, orta məktəbə təbii qazın açılışının təmin olunması və s. məsələlərlə bağlı müraciətlər də səsləndiriblər.
Ünvanlanan bütün müraciətlər araşdırılması üçün qeydə alındı.

0.018535852432251