AzTU Dünya Robot Olimpiadasının üçüncüsü olub

AzTU Dünya Robot Olimpiadasının üçüncüsü olub
 

Osman Gündüz

AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü olub.

Almaniyada keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin SABAH qruplarının "Platon Tech" komandası dünya üçüncüsü olub.

“Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyevdir.

Komandaya Günel Məmmədli mentorluq edib. Layihə AzTU-nun CezeriLab laboratoriyasında formalaşıb.

Paralel.az

0.014204025268555