"Gec də olsa, qurucu babalarımızın qəbirüstü abidələrinin qurulmasına nail olmalıyıq"
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərhum müğənni Ahmet Kayanın Fransanın paytaxtı Parisdə yerləşən məzarının Türkiyəyə köçürülməsini istədiklərini bildirib. Azərbaycanın milli müstəqilliyinin ideoloqlarının və cumhuriyyət qurucularının məzarlarının vətənə köçürülməsinin vaxtı çoxdan keçib. Gec də olsa, qurucu babalarımız Məhəmməd Əmin Rəsulzadənin məzarının Ankaradan, Fətəli xan Xoyskinin məzarının Tiflsidən Bakıya köçürülməsinə, Nəsib bəy Yusifbəylinin vətəndə simvolik olsa da məzar daşının və qəbirüstü abidələrinin qurulmasına nail olmalıyıq.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Gənclər qolunun bu təşəbbüsünü ictimailəşdirir, sizi rəylərinizi bildirməyə və xüsusilə də vətənpərvər və azadlıqsevər izləyiciləri ADR-çı gənclərin təşəbbüsünə dəstək olmağa dəvət edirəm.
Paralel.az