"İran bizə nələr verir"

 


Ədalət Cümşüdoğlu:

1989- cu ildə "Beyləqan" qəzetində (keçmış "Yüksəlış") korrektor işləyirdim. Məktublar şöbəsinə daxil olan şeirlərə və kiçik həcmlı nəsr nümunələrinə rəy bildirmək və onun xülasəsini vermək baş redaktorun tapşırığı ilə mənə həvvalə edilmişdi.
Ara- sıra siyasi motivli yazılar da yazırdım. Baş redaktor Zakir Əliyev (allah ona rəhmət eləsin, yaxın günlərdə dünyasını dəyişdi) - "Ədalətin qələminə bələdəm" - deyərək, yazılarma imza qoyub, birbaşa çapa göndərirdı. Bu da bəzi əməkdaşların xoşuna gəlmirdi.

Ad çəkmək istəmirəm, çoxusu dünyasını dəyişib, mənə "A bala, get korrektorluğunu elə (hamısı yaşca məndən böyük idi), biz neçə illərin jurnalistiyik, hələ sənin kimi başımızdan yekə qələt eləməmişik",- deyirdilər.
 Bu cür yazılarımdan biri də "İran bizə nələr verir?" adlı yazı idi. Yazının girişində M. Şəhriyardan, S. Rüstəmdən poetik nümunələr gətirərək, o taylı, bu taylı Azərbaycanın ümumi dərdindən, həsrət və nisgilindən söz açıb, bu günün (yəni, 1989-cu ilin) reallıqlarından bəhs etmişəm:
"Bu gün bizim elektirik avadanlıqlarımız, texnika və kombaynlarımız, iri və xırda buynuzlu mal- qaramız Arazın bu sahilindən o sahilinə ötürülür, əvəzində isə cənublu qardaşlarımız (oxu:farslar) bizə üç şeyi əlmağan edirlər: təsbeh, saqqız və bakkuş..

RS: Bu gün İranın Azərbaycana olan "qayğı" və "sayğısı" hələ 33 il bundan əvvəl məlum idi...
 
Paralel.az

0.021704912185669