Siyasi partiyalar xaricdən pul ala bilməyəcək

Siyasi partiyalar xaricdən pul ala bilməyəcək
 


Siyasi partiyaların maliyyələşmə prosesi müəyyənləşib.
Paralel.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin yeni redaksiyasında qeyd olunub.
Siyasi partiyalar üzvlük haqqı, ianə, dövlət maliyyə yardımı, mülki hüquq müqavilələri üzrə, o cümlədən əmlakından istifadə və onun satılmasından, borcun (kreditin) alınmasından əldə edilən vəsait, hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlak, qanunla qadağan olunmayan digər gəlirlər hesabına maliyyələşəcək.
Siyasi partiyaların aşağıdakı mənbələrdən ianələr qəbul etməsi qadağan olunur:
1. dövlət orqanları (qurumları);
2. yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;
3.digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;
4. beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;
5. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
6.əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
7.yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
8.adını, soyadını, atasının adını, həmçinin fərdi identifikasiya nömrəsini, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.
9. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.
10. Siyasi partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələr və s.) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər.

0.014348983764648