Şəhid Həkim Mirlətif Aqayevin unudulmaz xatirəsinə həsr olunur
Ömrünü vətəninə,torpağına,bayrağına qurban verən General Polad Həşimov şəhidlik zirvəsinə qovuşduqdan sonra Qarabağ sevgisi oğullarımızı yenidən eyni anda Hərbi Komissarlıq önünə topladı.Gənclərimizin bir arzusu,bir istəyi var idi Qarabağı, düşmən taptağı altında əsir qalan digər rayonlarımızı xain düşmənlərdən xilas etmək. Zəngəzuru,İrəvan xanlığını yenidən Azərbaycanin tərkibində görmək. Ürəyi vətən sevgisi ilə döyünən Azərbaycanın igid oğulları düşmən üzərinə zor gücünə deyil,gülə-gülə gedirdilər. Dünya yaranandan yer üzü belə müharibə,belə döyüş görməmişdi.Xarici mətbuatlarda belə, bu döyüşlər haqqında geniş məlumatlar yazırdılar.
”Onlarda vətən,torpaq sevgisi,biri-birlərinə bağlılıq o qədər güclü idi ki. Düşmən tapdağında əsir qalan torpaqlarına sahib çıxdıqları kim,yaralılarına,şəhidlərinə də eyni qaydada sahib çıxırdılar.Bu ölkənin gəncləri təqdirə layiq gənclərdilər,hamısı cəsur,qorxmaz. Azərbaycanın igid oğulları bu otuz ildə necə susmuşdular? onu anlamaq olmurdu..Onlar bir tikə çorəklərini bir qurtum sularını öz aralarında bölüşürdülər.Azərbaycanin cəsur oğullati erməni ordusuna öz birlikləri sayəsində qalib gəldilər”.
44 gün sürən Vətən müharibəsində həkimlərimiz,tibb işçilərimiz öz vəzifə borclarını ləyaqətlə yerinə yetirdilər. Bu müharibədə torpağ üzərində öz qanlarından qıp-qırmızı xalılar toxuyan şəhid həkimlərimiz,tibb işçilərimiz də çox idi. Cəsur həkimlərdən biri 247 yaralı əsgərin həyatını xılas edən,20 Şəhidi döyüş meydanından çıxaran Azərbaycan Ordusunun zabiti, leytnantı, hərbi tibb-quluqçusu Ağayev Mirlətif Mirislam oğlu idi
Qəlbi vətən torpağının azadlığı üçün döyünən Mirlətif Ağayev xidmət etdiyi hissədə savadlı,vətənpərvər həkim kimi döyüşçülərin hörmətini,dərin sevgisini qazanmışdı.Döyüşçülər,xəstələri onun haqqında Cəlilabadlı zabit, həkim deyə qürurla söz açardılar Əsgərlər onunla bir arada olmağı çox sevərdi.Çünkü o həkim kim olduqca savadlı həkim,döyüşçü kimi fəal döyüşçü,insan kimim əsil insan idi.O döyüşçülərə vətənimizin keçmişi haqda elə dəqiq,səlis,doğru-düzgün məlumatlar verirdi ki, döyüçşülər ona heyranlıqla qulaq asırdılar.Zaman gələcək belə savadli insanla bir yerdə olan əsgərlər onun haqqında fəxarətlə söz açacaq və biz Mirlətif həkimi nəfəsimizi çəkmədən dinləmişik söyləyəcəkdilər.
Bütün bunlarla yanaşı o yaralı döyüşçülərə yüksək səviyyədə xidmət edər,ağrıkəsici dərmanların,iynələrin kəsə bilmədiyi ağrının məlhəmi onun isti münasibəti olurmuş. Xəstələrə yüksək səviyyədə xidmət göstərmək onların qayğısına doğma insan kimi qalmaq ona atası Mirislam həkimdən miras qalmışdı.Axı atalar -”ot öz kökü üstə bitər” söyləyib
Ağayev Mirislam Cəlilabad rayonun Göytəpə qəsəbəsində yerləşən Uşaq xəstəxanasının Baş həkimi işləyirdi.Cənub bölgəsində böyük nüfuza sahib olan Mirislam Ağayev həkim işlədiyi illər ərzində minlərlə körpəni ölmün pəncəsindən xilas edərək,onlara ikinci həyatı bəxş etmişdi.Mirislam həkim bu gün belə insanların yaddaşında savadlı həkim, xeyriyyəçi insan kimi yaşayir və daima yaşayacaqdlr.
Onun həyat yoldaşı Teyyubə Ağayeva evdar xanımdır.Bu evlilikdən onların beş övladı dünyaya gəlir. Onların Miranə,Sevinc,Ülviyyə adlı üç qızları və Ülvi adlı bir oğulları var idi.Teyyubə ananın beşinci övladı dünyaya gələndə Mirislam həkimin anası bu uşağa sevinə-sevinə Mirlətif adını vermək istəyir.Ananın qızlarından biri körpəyə bu adın verilməsinə qarşı çıxır.
-Ana,sən nə üçün unutqansan?!!!!!
- Bu ad bizim nəsilə yalnız bədbəxtlik bəxş edir,uğursuz adı körpəyə vermə! Bu ad zamanında ulu babamızı,cavan əmimizi bizim əlimizdən almışdır.Mən bu adın ailəmizə bəxş etdəcəyi fəlakətlərdən çox qorxuram!! Təmkinli dünya görmüş ana qızına bunları söyləyir.
-Qızım,Lətif ulu yaradanın adlarından biridir,yəni” İnsanlara bilinməz yollardan faydalar çatdıran”deməkdir.Adını mən verdim yaşını,talehini yaradan versin,yaxşı fikirləşək ki,hər nə var yaxşı olsun.
Əziz oxucularım, bu gün sizə bir ananın ürək ağrısıyla qələmə aldığı gündəlikdən söz açacam.
Gündəliklə məni Teyyubə ananın qızı, dil-ədəbiyyat müəllimi Sevinc xanım tanış etdi.Nur üzlü mələy ananın şəhid oğlunun unudulmaz xatirəsinə ithaf etdiyi gündəliyi əlimə aladığım zaman ürəyim yarpaq kimi əsirdi.Ana gündəliyi kril əlifbası ilə yazmışdı.Gündəliyi vərəqlədikcə ananın vərəqlərə hopmuş göz yaşlarını görməmək mümkün deyildi. Ananın quruyan göz yaşlarının izləri kiril hərfləri kimi ağ vərəqlərdə saralmış izlər salmışdı.Hamımıza bəllidir ki,analar sonbeşik övladlarına daha çox bağli olurlar.Analar övladlarini hamıdan,hətda Əzraildən qoruyacaqlarına belə əmin olurlar. Vərəqlərə mirvari kimi düzülən hər bir hərfdən yaranan sözlər bıcaq olub kürəyimə batırdı.Kürəyimə batan küt,soyuq silahdan ürəyimə ağrılar dolurdu.Bu ağrılar içində qovrularaq ananın dərdinə şərik oldum.Ürəyi oğul dağı ilə dağlanmış ananın yazılarına öz ürək sözlərimilə əlavələr edərək siz oxucuları nakam ömürlü stamatoloq Mirlətif Ağayevin həyatı ilə tanış etməyi müqəddəs borc sandım.
Həyatımıza rəng qatan dörd fəsil və hər fəslin bizi ovsunlayan öz gözəlliyi .Payız fəsli insanların yaddaşında silinməz izlər buraxır.Bu fəsildə sevdiyimiz meyvələri ağzclardan böyük həvəslə topladığımız kimi,yarpaqların ağaclara vida etməsinə üzülürük.Hər ağacın yarpaqları fərqli-fərqli rənglərə çevrilərək torpağa düşər.Qış fəslinə uzanan cığıra gedən yol bu fəsildən başlar.
1990-ci il 20 yanvar dünya tarixinə “Qara yanvar” kimi yazılan, unudulmayan facə dolu tarix.Rus imperiyasının əliyalın Azərbaycan əhalisinin üzərinə tanklarla,beterlərlə hücümu,dinc insanların xaincəsinə qətlə yetrilməsi.Bu il qirmızı qərənfillər ilk dəfə toyxanalara deyil,şəhid məzarlarının bəzəyinə çevrilərək,onların məzarları üzərinə səpildi.Bu il şair Bəxtiyar Vahabzadı göz yaşları içində “Ağla qırənfil” deyərək fəryad etdi.Həmən illərdən sonra Şəhid “toyxanalarında” oynayan qırmızı qərənfillər oldu. Bu illərdə doğulan oğlan uşaqları otuz ildən sonra Zəfər tarixini yazan müəlliflərə çevrildilər.
1990-ci il qış fəslinin astanasındaydıq, noyabr ayının 20-də mənım beşinci övladım dünyaya gəldi. Əlimi ürəyimlə birbaşa bağlayan çeçelə barmağıma bənzətdim sonbeşiyimi.Bir əlin barmaqlarını tamlayırmış kimi ömrümə gələn Mirlətifim gəlişilə sanki yarımçıq qalmış ailə çevrəmizi tamamlamış oldu...Mirlətif dünyaya gələndə ağlamadı,bütün uşaqlar kimi onu da zorla ağlatdılar.Dünyaya sakit gələn uşaqları nə üçün zorla ağladırlar?- bu günə kimi bu sirdən bizi agah edən insan tapılmayıb. Payızda dünyaya gəlməsinə baxmayaraq onun isti nəfəsini bahar sandım.Mirimi qaranlıq gecələrimi işıqlı sabaha qovuşduran dan ulduzuna bənzədirdim.Onu qucağıma aldığım an özümü ilk dəfə ana olurmuş kimi hiss etdim.Beşinci övladım olmasına baxmayaraq onun mənə yeni dünya bəxş etdiyini sandım. Onun gecə günəşinə bənzər qapqara saçları,qapqara gözləri vardı bu gözlər, bu baxışlar mənə bəxtəvərlik vəd edirdi.
Mən bu günə kimi yaşadığımı sanmırdım,həyat mənim üçün bir kabusa bənzəyirdi.Mənə yaşamağı Mirim öyrətdi çünkü onda qeyri-adı qüvvə var idi.Bu qeyri-adlik məni yenidən həyata bağlanmağı,sevinməyi,gülməyi öyrətdi.Yenicə dünyaya gələn övladım yaralı qəlbimin məlhəmi oldu elə bilirdim ki, ürəyim onun ürəyindən qidalanır.Mən itirdiklərimin hamısın bu övladımda tapmışdım.Həyatın bütün şirinliklərini mənə o öyrətdi.Sanki bu övlad böyüyüb yenidıən kiçilmişdi.Onun böyüdüyü hər gün üçün tanrıma şükürlər edirdim.Üç yaşı olanda qəlbimə elə yara vurdu ki,yenə qorxular içində yaşamağa başladım.
-“Ana, mən payız fəslində dünyaya gəlmişəm,payız fəslindədə dünyadan köc edəcəm”söylədi.Ondan bu sözləri eşitdiyim an az qaldı ürəyin dayansın.Dilim,dodağım titrəyə-titrəyə.
-Mirim,anan qurban, bu söz sənin ağlına hardan gəldi?-söylədim.O sakit-sakit üzümə baxdı mənə heç bir söz söyləmədi.Mən üç yaşımda olarkən anasız qalmışdım,ana şəfqətindəm,ana məhəbbətindən o yaşımda məhrum olmuşdum. Allahım,bu gün üç yaşlı oğlum mənə nələr söyləyir. Axı üç yaşlı körpəm mənim üçün həm ana idi,həm də övlad.
Üç yaşli uşaq ölümün nə olduğunu haradan bilirdi,bu sözü ona hansı qüvvə söylətmişdi? Həmən gündən sonra hər payız fəsli gələndə ömrümdən bir il gedirdi.Bu minvalla iyirmi doqquz payız fəsli yola saldım,- “Allahım şükürlər olsun sənə,oğlum yaşayır” söyləyərək özüm-özümü təsəlli edirdim.Nə biləydim ki,qorxulu payız fəslimə cəmi on bir ay qalır.
Ulu baba Mirlətifin adını daşıyan Mirim bütün nəslin sevimlisi idi.Hamı onu özünə ata sanirdı.Heç bir insanın qəlbini qırmağı xoşlamazdı.O uşağlığından iti ağlı,qətiyyəti,cəsarəti,fiziki gücü və cəldliyi ilə yaşıdlarından çox fərqlənərirdi.Yaşının az olmasına baxnayaraq Böyük vətən müharibəsi iştirakçısı olmuş Mirsəftər babasının orden və medalları ilə qürur duyardı. Oxuduğu 1 sayli məktəb Birinci Qarabağ müharibəsi şəhidi.Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun adıni daşıyirdi. Birinci Qarabağ müharibəsində şəhid olan Göytəpəlilərin çoxu bu məktəbdə təhisil almışdı.İkinci Qarabağ müharibəsində bu məktəbdə təhsil alan on üç şagird şəhidlik zirvəsinə qovuşur. O Şəhidlər haqqında məlumat toplamağı çox severdi.İlk gündən məktəbdə müəllimlərin və şagirdlərin sevimlisinə çevrilmişdi.Təhsil aldığı illər ərzində idmanla məşğul olmağı çox sevərdi.On bir yaşından güləşlə məşğul olan Mirlətif dəfələrlə medallar almışdı.Bialogiya fənnindən bilik yarışmalarına qatılar və hər zaman qalib olardı.Məktəbin bilık açarı ona təqdim edilmişdi.
Orta məktəbi əla qiymətlərlə bitirən Mirlətif Ağayev sənədlərini Azərbaycan Tibb Universtetinə təqdim edir,imtahanlarını müvvəfəqiyyətlə verən abutuyiyent oğlan Stamatologiya fakultəsinə qəbul olaraq tələbə adını qazanır.Uşağliğından atasının layiqli davamşısı olmağına söz vermişdi.Mirlətif atasının ən yaxşı şagirdi idi.Diş həkimi olmaq arzusunda olan bu gənc həm də xəstələri müayinə və müalicə etməyi də bacarırdı.2013-cü ildə hərbi xidmətə yollanan Mirlətif 1 il doqquz ay leytinant kimi xidmət edir.
2016-ci ildə hər bir xəstəyə sağlam ömür bəxş edən Mirislam həkim xərçəng xəstəliyindən həyata vida edir.Atasını sağalda bilməyən gənc həkim özünü cox qınayır.”Atama qovuşduğum gün”özümü xöşbəxt sanacağim gün olacaqdır söyləyir. Bü gündən sonra o bütün ailənin ağırlığını öz zərif çiyinlərinə yük edir.Əmilərinin,bibilərinin həm atasına,həm da qardaşına çevrilir.Öz baci və qardaşının arxası dayağı olur.
Son bir ildə Mirlətif özünün “Live dental”adlı şəxsi kilinikasınlı açır və stamotoloq kimi həmən klinikada fəaliyyətə başlayır. Tükənməz arzusu təhsilini davam etdirib Çənə cərrahı olmaq idi.Ali məktəbi bitirməsinə baxmayaraq boş vaxtlarını kitabxanada keçirər,daima axtarışda olardı.İşlədiyi bir il ərzində neçə-neçə xəstəyə, Klinikanın işçilərinə maddi yardımlar edərdi.İnsanlara maddi cəhətdən yardımçı olan atası Mirislam həkimin layiqli davamçısina çevrilrdi.
21 sentyabr 2020-ci il Ali Baş Komandan İlham Əliyevin qismən Səfərbəyik elan etdiyi gün .Həmən gün çalınan qapı zəngi Sevinc müəlliməni çox təəcübləndirir və öz-özünə- bu zaman gələn kim olar?- söyləyir qapını açmağa gedir.Gözlükdən baxır qapı arxasında gördüyü adam onu çox təccübləndirir və tez qapını açır.O səsi titrəyə-titrəyə.
-Qaqam,sən nə üçün işə getməmisən? deyə qardaşına sual verir. Özündən kiçik qardaşına “Qaqam” deyə müracət edən bacıyla ilk dəfə qarşılaşırdım.Bu ailədə biri-birinə nə böyük hörmət varmış allahım.Bacısının təccüb dolu baxışlarını öz üzündə hiss edən qardaş soyuqqanlılıqla.
-Seva nə çox suallar verirsən,bir izin ver evə daxil olum sonra çay dəmlə bacı-qardaş birlikdə çay içərik,bir də çay dəm alanadək Hərbi biletimi gətir rayona gedirəm Hərbi Komissarlıqdan çağırıblar,təlimlərə getməliyik. Qaqasının söylədiklərinə inanan Sevinc çay dəmləyir bacı qardaş masa arxasında əyləşib gülə-gülə çay içirlər.Sevinc haradan bilərdiki,qaqası könüllü olaraq müharibəyə gedir.O qaqasının sevincdən parlayan gözlərinə son dəfə baxır və qardaşını qapiya kimi yola salır.Bacısının ona qayğı ilə baxdığını görən Mirlətif ciddi şəkildə.
-“Seva elə bil məni əsgər yola salırrsan,mən təlimə gedirəme”bacısi qardaşının söylədiklərini onun son zarafatı sanır.
Çünkü onun xəmri zarafatdan,şən söhbətlərdən yoğrulmuşdu.Onunla bir masa ətrafında əyləşən qaraqabağ insanı güldürməyə qadir idi,O.
Bacısından son dəfə ayrılan Mirlətif anasaının görüşünə gedir.Anasını da bacısı kimi şirin dillə aldan həkim digər könüllülər kimi Beyləqan rayonuna təlimlərə yollanır.Təlimlər bitdikdən sonra Fizuli, Cəbrayıl və Qubadlı rayon əraziləri uğrunda gedən döyüşlərdə iştirak edir.Yaxınlari ilə telefon əlaqəsi saxladığı zaman qızğın döyüşlərdə döyüşçü kimi vuruşduğunu gizləyir.Onları şirin dillə aldadır,biz hələ arxa cəbhədəyik,.bizə ehtiyac olarsa gedəcəyik və yaxudda “kitab oxuyuram”,”çay içirik”,müharibə bitəndən sonra gördüklərim haqqında kitab yazacam söyləyir.
Mirlətif yaşa dolduqca mənə “Validə Sultan” deyə müracət edərdi.Sevincdən ayrılandan sonra evə gəldi.
-Validə Sultan məni rayona çağıriblar, gəldim həm səninlə görüşüm,həm də lazım olan əşyalarımı götürüm ondan sonra gedim, söylədi.Oğlum yaxınlaşıb mənim boynumu qucaqlayıb yanaqlarımdan öpdü.Amma mən oğlumu öpmədim boynunu qucaqlayıb qoxusunu ciyərlərimə çəkdim,onu allaha əmanət verdim.Oğlum mənimlə sağollaşıb getdi.Mən necə bilərdim ki, doğruluğu,düzgünlüyü sevən oğlum məni aldadir.O təlimlərə deyil müharibəyə gedirmiş.Ən yaxın dostlarına bunu soyləyib.
-“Vətən torpaqlarından pay olmaz” mən könüllü olaraq vətənimin torpaqlarını düşmən tapdağından azad etmək üçün gedirəm.Bəli,mənim oğlum yeni iş yerini yaxınlarını,doğmalarını aciz buraxaraq,canından çox sevdiyi vətənini azad etməyə getdi.Müharibəyə həkim kimi getdi.Təkcə həkimlik etməyi qəbul etməyib,qızğın döyüşlərdə iştirak edib.Odun,alovun içərisindən yararlıları xilas edib.Tibbi yardım etdiyi yaralılara ömür verib,amma özünü ölümün pəncəsindən xilas etmək mümkün olmayib.Mənim oğlum müharibədə,qizğın döyüşlərdə iştirak edib amma bütün bunlari bizdən gizləyib
Tez-tez telefon əlaqəsi saxlayardı,-Validə Sultan hər şey öz qaydasındadır,erməniləri məhv edirik,qələbə bizimdir deyə çox sevinərdi.Son telefon əlaqəmiz oktyabrin 26-da oldu,səsi çox pis gəlirdi,-ana mənim üçün narahat olma yuxarı qalxıram,ola bilsin ki,bir-iki gün sızinlə telefon əlaqəsi saxlaya bilməyəm, ana duası hər pisliyə qalib gələndir,bizim üçün dua et.Oğlum çox gözəl bilirdiki mən bir saniyə olsun ona dua etməsəm yaşaya bilmərəm.Amma bu dəfə duam belə aciz qalldı,oğluma etdiyim dualarımın onu qorumağa gücü yetmədi. Sonda Qubadlı torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərkən Mirim qəhrəmancasına şəhid oldu.Məni yenidən həm anasız həm də sonbeşik övladsız, bütün nəsli yetim buraxdı.
Oktyabr ayının 26-sı sübh tezdən Mirlətif verilən əmrə əsasən vəzifə borcunu yerinə yetirmək üçün Balasoltanlı kəndinə yola düşür,həmən hissədə xidmət göstərən həkim yaralandığı üçün onu əvəz etməli idi.Artıq Mirlətif ona bildirilən ünvana çatmışdı,qızğın döyüş gedirdi,Düşmənlər həmən yüksəyliyi artileriya atəçinə tutmuşdular.Atəş zərbəsindən yerə yıxılan döyüşçünü xilas etmək üçün onum üzərinə atılan Mirlətif özü də yaralanır.
Mənfur düşmən gülləsi onu yaralayanda dünya başına firlanır,gözləri önünə ilk və son dəfə yalan söylədiyi validə sultanı canlanır,səsi gəldikcə,ünü yetdikcə anasını səslıəyir.
-Bağışla məni,ana,bağışla!!!! söz vermişdim qayidacam amma qayida bilməyəcəm.Məni sən belə vətənpərvər böyütdün.Sənin ürəyin yaralıydı ana,bilirəm mənim acılı yükümə sənin ürəyin tab gətirməyəcək.Mən vətənimin torpağını hamınızdan çox sevdim və bu gün vətən torpaqlarının azadlığı uğrunda həyata vida edirəm. Nə üçün,axı mənim həyata keçəsi arzularım var idi............!!!!!!!!
- Məni bağışlayın, sevgilim,bacılarım,qardaşım hamınızın yanında yalançı oldum.,Şuşam,Xankəndim torpaqlarınızı azad görə bilmədim.Cəmi on dəqiqə gec gəlsəydi bəlkədə bu gün Mirlətif də yaşayırdı.Yaralıları ölmün pəncəsindən xilas edən həkimi ölmün pəncəsindən xilas etmək olmur.On dəqiqə əvvəl onu oradan düşürən maşına yenidən cansız bədənini mindirirlər.
- Olüm xəbəəri nə tez yayılr Allahim, oğlum, nə çox sevənin varmış?,böyük kiçik hamı son gəlişini böyük həyacanla gözləyir.
Amma sənin toy karvanın gəlib çıxmaq bilmir,bilirəm yol uzaq maşın yorğun,belə maşınların gəlişi çox çətin olur.O maşını idarə edən sürücü maşını idarə etməyə çox xəcalət çəkir.Həhayət gəlinsiz bəy maşının gəldi.Səndən öncə maşından iki yaxın dostun, Azərbaycanın üç rəngli bayrağı, birdə qırmızı qərənfil çələngi endirildi,arxalarınca üç rəngli bayrağa bükülmüş tabut..Sən o müharibəyə öz ayaqlarrınla yeriyə-yeriyə, bəlkədə qaçaraq getmişdin. Amma bu gün doğma kəndinə çiyinlərdə gəldin.Boyük izdiham səni yüksək səviyyədə Ləkin kəndinə yola saldı.Sən mənə ağlamağı qadağan etmişdin,səni tapandan sonra mən gülməyə,bəxtəvərliyə heyran olmuşdum.. Yox, bu gələn Mirim deyil,mənim Mirim o tabutda sakitcə yatmazdı,o başını mənim dizlərim üstə qoyub yatmağı çox sevərdi.
Atanın ölmündə özünü günahkar sanırdın,mən necə həkiməm ki,atamı sağalda bilmədim söyləyirdin.Atama qovuşduğum gün mənim xöşbəxt günümdür söylərdin. Arzuna qovuşdun oğul,artıq sən xöşbəxtsən atan Şəhid oğlunun yolunu səbirsizliklə gözləyir.Mən sənə qovuşduğum gün öz cənnətimə sahib olacam
7 noyabr 2020-ci il bu gün Cəlilabad rayon, Ləkin kənd qəbirsanlığı bu nəslin sonbeşyi,ürəyimin şah damarı olan üçüncü Ağayev Mirlətifini acımasız halda soyuq qoynuna aldı.Torpaq acımasısızdır, oğul qoynu boş qalmasın deyə yaşlini cavanı biri-birindən ayirmağı bacarmaz.Onun buz kəsmiş qoynunda cinsindən,yaşından fərqli olmayaraq hər nəslin nümayəndəsinə yer var.Gözün kor olsun fələk,mənim görən gözümə necə qıydın.Digər övladlarımı yenidən atasız qoymağa ürəyin necə gəldi..
- Mən anayam ürəyi oğul dağıyla dağlanmış üç min şəhidinin anası!!!.Oğul sənin bir övladın qalsaydı,sənin qoxunu ondan alardlm.Nakam ömürlü,nakam talehli oğlum, sevdiyini,bacı-qardaşını.yaxınlarını-doğmalarını aciz qoyan oğul” Payız fəslində öləcəm” söyləyib,həmən fəsildə ölümün ağuşuna qəhrəmacasına atılıb şəhidlik zirvəsinə qovuşan oğu!!! Otuz yaşına cəmi iyirmi beş gün qalmışdı oğul!!!.Şəhadətin mübarək olsun!!.Səni ilk dəfə qucağıma alarkən özümü bəxtəvər sanmışdım.İsti nəfəsin ürəyimə istilik bəxş etmişdi.Bu gün buza şevrilmiş cəsədinin soyuqluğu damarlarımda axan qanımı dondurdu. Analar övladlarının yolunu şox gözlər.Sən mənim sonbeşik övladım idin.Azərbaycanlı ailələr sonbeşik övladlarıyla yaşamağa daha çox üstünlük verirlər. Axı,sən vəfasiz deyildin,ən böyük arzum sənin ciyinlərində məzara getmək idi!!!!!Mən yaşayan canli meyiddəm, ölən sən deyilsən mənəm,mən!!!.Düşmən gülləsi səni məhv etdi,sən də məni. Mənim xöşbəxt günüm sənə qovuşacağım gündür.Sən bir daha geri dönə bilməzsən,odur ki,mən sənə gəlməliyəm.
“ Təlimələrə gedəndə” səni Allaha əmanət vermişdim,bu gün səni məzarda yatan anama əmanət etdin.O bilər şəhid nəvəsinin yaralarına məlhım etməkdən.. Alınan torpaqlar sizin sayənizdə geri qaytarıldı amma siz 3000 şəhid geri qayitmadız.Siz heç bir insanı tanimadınız amma hami sizinlə qürur duyur.Sizdən fəxrlə,fəxarət hissiylə söz açırlar.Məkanın cənnət olsun Şəhidim! Şəhidlər ölməz bətən bölünməz.
Mirlətif Ağayev ölmündən sonra ölkəmizin prezdenti, Ali Baş komandan İlham Əliyevin sərancami ilə orden və medallarla təltif olunmuşdu.
“Elimin Şəhid Övladı” bir Azərbaycanlı kimi bu gün mən də səninlə qürur duyuram.
Qələmə aldı Natəvan Məlikova
Paralel.az