Fransanın, Makronun müsəlman-türk düşmənliyi - I yazı

Fransanın, Makronun müsəlman-türk düşmənliyi - I yazı
 

Siraccəddin Hacı:
BİRİNCİSİ, Avropanın tam ortasında yerləşən, özünü demokratiyanın, mədəniyyətin beşiyi sayan, insanlığın müəllimi mənəm iddiasında olan (biz fransız xalqının dünya elminə, sənətinə, ədəbiyyatına verdiyi töhfələri inkar etmirik, əksinə, Volteri, Balzakı, Sartrı, Kamyunu, Napaleonu, Şarl De Qolu... oxuyuruq, öyrənirik, başqalarını da onları öyrənməyə təşviq edirik), səksən milyonluq Fransanın əhalisinin təxminən on faizi müsəlmandır. Bu müsəlmanlar fərqli ölkələrdən, özəlliklə, Afrikadan – bir vaxtlar Fransanın müstəmləkəsi olmuş, indi də ciddi təsir imkanlarını qoruyub saxlayan (fransız dilini ana dili kimi işlədirlər) ölkələrdən gəlib Fransa vətəndaşı olmuşlar. Təhsil səviyyələri yüksək olmasa da, siyasətdə, elmdə, mediada fəal iştirak etməsələr də (əhalinin on faizini təşkil edən müsəlmanların Fransa parlamentində cəmisi on millət vəkili var), sosial həyatda, məsələn, idmanda, ticarətdə önəmli yer tuturlar, böyük bir qismi dininə çox bağlıdır, Fransa dövlətinin onlara qarşı tətbiq etdiyi zülm, ayrıseçkilik, aşağılama, fransız irqinin üstünlüyü siyasəti bu ölkədə yaşayan müsəlmanların dini, milli duyğularını oyadır, onları birliyə sövq edir, bəzən də şiddətə yönəldir (şiddətin səbəbi zülmdür), üstəlik, fransız əsilli müsəlmanların sayı hər gün artır, fransızlar sürətlə qocalırlar...
İKİNCİSİ, Fransa Avropada müsəlman-türk düşmənliyini dövlət siyasətinə çevirən ölkələrin lideridir, ölkə içindəki siyasi çəkişmələrin ana mövzularından biri İslam və müsəlmanlardır. İrqçi siyasətçilər İslamı və müsəlmanları Fransa dövləti üçün təhlükə sayırlar. Fransada İslam, müsəlman, türk, Türkiyə düşmənliyi siyasi qazanc gətirir, Fransız xalqının önəmli bir hissəsini səfərbər edir, onları müsəlman düşmənliyi təbliğ edən siyasi təşkilat və liderlərə səs verməyə yönəldir.
ÜÇÜNCÜSÜ, İslam və müsəlman düşmənliyi ayrı-ayrı siyasətçilərin, təşkilatların deyil, Fransa dövlətinin siyasətidir deyirik. Bu, doğru təsbitdir. Təqdim edəcəyim örnəklərin bu təsbitin doğruluğuna sizi də inandıracağını düşünürəm. Baxın, Fransa dövləti öz müsəlman vətəndaşlarını sıxışdırmaq üçün hansı addımları atır:
- Fransa bir müstəmləkə dövlətidir, özünü ağa, müsəlmanları kölə sayır. Bu, dövlət siyasətinin əsasını təşkil edir;
- Məsələni hüquqi müstəviyə daşıyır, insan haqq və hüquqlarına zidd olan qanunlar, qərarlar qəbul edir;
- Sarkozi deyirdi ki, iki min ayəni Qurani-Kərimdən çıxarmaq lazımdır, bu məqsədlə bir “alimlər” qrupu yaratmışdı;
- Makron deyir ki, İslamı yenidən dizayn etməliyik, fransız İslamı yaratmalıyıq;
- Fransa dövləti terrorla İslamı eyniləşdirir, “islami terror” ifadəsini özəlliklə seçir;
- Fransız televiziya, radio və qəzetlərində Qurani-Kərim, Allah Rəsulu təhqir olunur;
- İslami ölçüyə uyğun geyinmiş qadınların təhsil və işləmək imkanlarını məhdudlaşdırır;
- İslami ölçüyə uyğun geyinmiş qadınların dövlət idarələrinə girişini yasaqlayır;
- Halal ət kəsiminə icazə vermir;
- Mağazalarda halal malların satış bölmələrinin olmasına qadağa qoyur;
- Oğlan uşaqlarının sünnət edilməsinə imkan vermir (övladlarını sünnət etdirən yəhudilərin etirazı ilə bir az geri çəkildi);
- Məscidlərin sayını azaldır;
- Deyir ki, minarəli məscidlər tikilməyəcək – minarə Tövhidin simvoludur;
- İnanmayacaqsınız, ancaq bu, həqiqətdir: deyir ki, ictimai məclislərdə bir-birinə məhrəm olmayan qadın və kişilər əl-ələ verib görüşməlidirlər;
- Məscidlərin qarşısından donuz başı asır;
- Televiziya, radio, jurnal və qəzetlərdə İslam, müsəlmanlar təhqir olunurlar;
- Müsəlmanların evlərinə təhdit məktubları göndərilir;
- Xəbərlərin doxsan faizi müsəlmanların əleyhinədir;
- Allah Rəsulunun karikaturu çəkilir;
- İslamın dəyər və simvolları ələ salınır;
- İslamı, müsəlmanları təhqir etmək təşviq olunur, mükafatlandırılır;
- Deyir ki, uca səslə azan verə bilməzsiniz;
- Müsəlmanların dövlət işlərində çalışmasına qadağalar qoyur;
- Makronun göstərişi ilə Allah Rəsulunun karikaturu böyüdülərək ictimai binalardan asılır;
- Məktəb və universitetlərdə İslam, müsəlman, türk düşmənliyi açıq-aşkar təbliğ olunur, dərsliklərdə bu məsələ önəmli yer tutur;
- Erməni soyqırımı yoxdur deyənlərin həbs olunması ilə bağlı qanun çıxarır;
- Müsəlmanlara deyirlər ki, siz kirlisiniz (pisliksiniz), onların bu çirkin iftirasında maddi, mənəvi (fikri) kirlilik nəzərdə tutulur. İndi vicdanı olanlar, ağlı kirlənməyən, fitrəti pozulmayanlar düşünsünlər: kirli olan kimdir? Təmizlik imandandır ölçüsünə inanan, gündə beş dəfə dəstəmaz alan, ehtiyacı olanda qüsullanan, Allahın haram buyurduqlarını yeməyən, içməyən, kəbinsiz cinsi münasibəti rədd edən, yeməyə Allahın adı ilə başlayıb, Ona həmdlə bitirən müsəlmanlarmı, yoxsa tualetdə sudan istifadə etməyən, tualetdən çıxanda əllərini yumayan, qüsul nədir bilməyən, Allahın haram saydıqlarını yeyən, içən, övladlarının yüzdə otuz beşi bic olan (zina yolu ilə doğulan), onlar kimi olmayanlara siz pisliksiniz çirkabı atan fransızlarmı? Sizcə, fikri kirli olanlar kimlərdir? Fransız olmağı üstünlük ölçüsü sayan, koronavirus dönəmində yaşlılarını qocalar evində ölümə tərk edən fransızlarmı, yoxsa cinsiyyət, irq, rəng, zənginlik, məkan, vəzifə üstünlük ölçüsü deyil, üstünlük təqvadadır ayəsinə inanan, qocalarına “uf” belə deməyən müsəlmanlarmı?;
Biz bütün fransızlara qarşı deyilik, onların içərisində gözəl insanların olduğunu bilirik, hamını tərəzinin eyni gözünə qoymaqdan Allaha sığınırıq.
Fransa və Makron niyə İslam, müsəlman, türk, Türkiyə, Azərbaycan düşmənliyini qızışdırır?
Ardı var...

Paralel.az

0.016067028045654