12 noyabr 1937-ci il

12 noyabr 1937-ci il
 


"Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!”
Bu gün iki gündür ki, burdayam. Keçirdiyim həyat mənə yuxu kimi gəlir. Bir qovğa içindəyəm. Səhər saat 10-dur. Nadzor gəlib qapının qıfılını açdı. Kamerada elə qarışıqlıq var ki, belə bir şeyi mən ömrümdə təsəvvürümə gətirə bilməzdim. Bütün yorğan-döşəklər yerə sərilib. Axşamdan bəri 36 adamın ayaqyolu kimi istifadə etdiyi ağzına qədər çirkab dolu vedrəylə yanaşı qoyulan çay vedrəmizin də ağzı açıqdır. Bu murdarlığı və üfunət iyini təmizləyəcək bir şey yoxdur. Burada hər şey fövqəladə bir şəkildədir. Kamerada çay içmək və yemək üçün cəmi 18 qab var. 36 nəfər bu 18 qabda həm yemək yeyəcək, həm də çay içəcəyik. Yeməkdən sonra yuyulmayan qablarda növbəylə çay içmək, qanımızı yemək kimi bir şeydir. Bunu düşmənimə də arzu etmirəm!”
ÜMGÜLSÜM SADIQZADƏ
P.s. Umgülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. Məmmədəmin Rəsulzadənin əmisi qızı olmuşdur. Kiçik yaşlarında ata və anasından fars və türk dillərini öyrənən Umgülsüm, Şərq ədəbiyyatına və klassik Azərbaycan şeirinə maraq göstərmişdir. 9 yaşından şeir yazmağa başlamış Umgülsüm 1914-cü ildən “Iqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. mətbuat orqanlarında hekayə və şeirlərini çap etdirmişdir. Onun 200-dən artıq şeiri, bir poeması bizə gəlib çatmışdır. O, həmçinin “Vətən sevgisi”, “Solğun çiçək” və s. hekayələrin müəllifidir...
Allah rəhmət eləsin!
Müəllif: Ellada Məmmədli

Paralel.az

0.019757032394409