Qarabağda işləyənlər nə qədər əmək haqqı alırlar? – AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilərdə işləyən insanların aylıq əmək haqlarının məbləği açıqlanıb.
"Paralel.az" xəbər verir ki, bununla bağlı Dövlət Məşğulluq Agentliyinin departament müdiri Səbuhi Qənbərzadə açıqlama verib.
“Xəzər” Televiziyasının “Xəbər ertəsi” proqramının qonağı olan S.Qənbərzadə deyib ki, işçilərin əmək haqları peşəyə və vəzifə öhdəliklərinə görə dəyişir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə işləyənlərin aylıq əmək haqlarının məbləği 500-2500 manat arasında dəyişir.