Otellərdə baş verən təhlükəli halların qarşısı niyə alınmır?

Otellərdə baş verən təhlükəli halların qarşısı niyə alınmır?
 

Mühafizə orqanları otellərdəki fahişəliyə göz yumurlar

Son illər ölkənin paytaxtında və digər şəhərlərdə otel və mehmanxanaların sayı sürətlə artıb. Ekspertlər ölkədə otellərin çoxalmasını turizmin inkişafı ilə bağlayırlar.

Ona görə də ölkəmizdə otel və mehmanxanaların sayının çoxalması ilə bir sıra problemlərin də ortaya çıxmasına səbəb olur.

Xüsusilə ərəb turistlərin ölkəmizə axını başlayandan sonra otel və mehmanxana sahibləri bu sahəyə daha çox maraq göstərirlər.

Azərbaycanda turizmin inkişafı bir tərəfdən, ölkəyə xarici valyutanın axınına səbəb olursa, digər tərəfdən, bir sıra xoşagəlməz halların baş verməsinə və genişlənməsinə şərait yaradır.

Ərəb turistlərin ölkəmizə axını dünyada çox təhlükəli zümrə olan fahişələrin və narkomanların da çoxalmasına təkan verir. Artıq ölkədə fəaliyyət göstərən otel və mehmanxanaların gəlirlərinin çox hissəsini fahişəlik təşkil edir.

Bəyənmədiyimiz, imperiya adlandırdığımız sovet dövründə mehmanxanalar kişi ilə qadının eyni otaqda qalması qaydası müəyyən edilmişdir və rəsmi kəbin şəhadətnaməsi olmayan kişi qadınla eyni otağa buraxılmırdı.

Hazırda Azərbaycanda fəaliyyət göstərən otellərdə bu qaydaya əməl edilmədiyinə görə, istənilən kişi istədiyi qadınla oteldə eyni otaqda yaşaya və gecələyə bilir.
Buna görə də, işsizliyin üstünlük təşkil etdiyi Azərbaycanda gəlirli peşə sayılan fahişəlik geniş yayılıb və ölkədə ailə institutu tam məhv olmaq təhlükəsilə üzləşib.

Maraqlı və həm də çox qorxulu haldır ki, dövlət orqanları, xüsusən mühafizə orqanları ailə institutunu, dövlətin nüvəsini təşkil edən ailəni qorumaq üçün sürətlə hər gün artan fahişəliyin qarşısını almaq əvəzinə, əksinə, bu cür təhlükəli hallardan bəziləri qazanc əldə etmək məqsədilə geniş istifadə edir.

Əgər intim əlaqə nəticəsində əhali arasında yayılan yolxucu xəstəliklərin statistikasını nəzərdən keçirsək, Azərbaycanda hər yüz nəfərdən 45 - 50 nəfərin cinsi xəstəlik daşıyıcı olduğu məlum olar.

Bakı və ölkənin digər şəhərlərinin dəri-zöhrəvi xəstəlikləri üzrə dispanserlərində əksər müalicə olunan xəstələrin uçotdan gizlədildiyi barədə kifayət qədər faktlar var və bu cür təhlükəli nöqsanlara qarşı dövlət orqanları heç bir ciddi mübarizə aparmırlar.

Əgər bu təhlükəli halların qarşısı dövlət tərəfindən qısa müddətdə alınmasa, xalqımızın genefondunun böyük təhlükə ilə üzləşəcəyinə heç kim şübhə etməsin.

Abbas

 

0.035712003707886