Sahibkarlarla növbəti görüş İsmayıllı rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş İsmayıllı rayonunda keçiriləcək
 

 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla İsmayıllı rayonunda görüşü təşkil olunacaq.

Aksiya İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.

“Səyyar qəbul otağı” noyabr 17-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.020064115524292