Bloger Anar Zeynalov kimlərin sifarişilə həbs olunub, faktlar nə deyir?

Bloger Anar Zeynalov kimlərin sifarişilə həbs olunub, faktlar nə deyir?
 

Anar Zeynalov barədə sifarişli hökm oxuyan hakimi hər kəs tanısın...

Anar Zeynalovun məhkəmə prosesi zamanı cinayət işi üzrə ittihamı müdafiə edən prokuror niyə ibtidai istintaq zamanı cinayət işinin materialındakı prosessual pozuntulara göz yumub? Niyə ittihamı müdafiə edən prokuror Anar Zeynalov barədə cəza tələb edərkən bir başa azadlıgdan məhrumetmə cəzasını yox, maddənin sanksiyasında nəzərdə tutulmuş yüngülləşdirici cəza növünün seçilməsini tələb etməyib?

Maraqlıdır ki, hakim Ramiz Nurullayev Anar Zeynalov barəsində azadlıqdan məhrumetmə cəzası seçərkən, ittihamla azadlığın məhdudlaşdırılması və islah işləri növündə alternativ cəza növləri olduğu halda, hansı əsasla onun barəsində bir başa həbs barədə hökm çıxarıb?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4-cü maddəsinin mənasına görə, bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır.

Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Ramiz Nurullayevin və ittihamı müdafiə edən prokurorun (və ya prokurorların) nəzərinə ərz edim ki, Anar Zeynalovla bağlı hökm çixarmamışdan əvvəl azından Cinayət Məcəlləsinin 41.2, 58.1, 58.3, 59.1.9, 59.2, 59.1.1-1.14-cü maddələrini oxuyub, sonra qərar qəbul edə bilərdilər. Bu maddələr bir başa Anar Zeynalovla bağlı cəzanı təyin edərkən cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmalı idi.

Halbuki, həmin Məcəllənin 59.1.9-cu maddəsinə görə, cinayətin anlaqlığını istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi cinayətin törədilməsini yüngülləşdirən haldır.
Hazırda cinayət işinin materiallarında da Anar Zeynalovun psixi pozuntusunun olması, Beyləqan rayon Mərkəzi Xəstəxanasında "şizofreniya-şəxsiyətin isterika tipli dəyişməsi" diaqnozu ilə dispanser qeydiyyatda olması barədə arayış var.

Həmçinin həyat yoldaşının onkoloji xəstə olması da kifayət edir ki, Anar Zeynalov barədə digər alternativ cəza növü seçilsin. Bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərinə görə, cəzanı yüngülləşdirən halladır. Beyləqan rayon məhkəməsi bunları nəzərə almayıb.

Eyni zamamda da Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Nurullayev Prezident İlham Əliyevin cəza siyasəti ilə bağlı müvafiq Sərəncamının tələbinə əməl etməyib. Hakim çıxardığı hökmdə azadlığın məhdudlaşdırılması və islah işi növündə cəza olduğu halda, nə üçün azadlıqdan məhrumetmə cəzasının seçdiyini əsaslandırmayıb, alternativ cəzanı tətbiq etməyin mümkünsüz olmasının səbəblərini göstərməyib.

Qeyd etdiyim bütün bu hallar göstərir ki, həm hakim Ramiz Nurullayev, həm də ittihamı müdafiə edən prokuror kimlərinsə sifarişini icra edərək, Anar Zeynalovu qərəzli səkildə həbs ediblər.

Qeyd edim ki,işin ibtidai istintaqı zamanı da Anar Zeynalovun həm müdafiə hüququ pozulub, həm də onunla qərəzli davranışlara yol verilib. Bu haqda isə daha sonra növbəti yazımda yazacam.

Ramin Məhəmmədoğlu  "RealMedia.az"ın baş redaktoru

0.013848066329956