RƏQABƏT anlayışı deyir ki...

RƏQABƏT anlayışı deyir ki...
 

 

Siracəddin Hacı:

- “Rəqib”, “rəqabət” sözləri ərəbcədir, yaxın əlaqə, bitişik mənalarını daşıyan kökdən törəmişdir, rəqib odur ki, gözün hər an onun üzərindədir, onu yaxından izləyirsən, “təqib” sözü də bu kökdəndir – rəqiblər davamlı olaraq bir-birini təqib edərlər, “qəbir” sözü də eyni kökdəndir, cəsəd torpağa yaxın, bitişik olduğu üçün bu adı almışdır. Rəqabət sözünün canında davamlı nəzarət, gözləmə, izləmə, yaxınlıq anlamları var;
- Rəqabət fərqliliyi qəbul etməkdir, iradə azadlığına sayğıdır;
- Azadlıq varsa, rəqabət də var;
- Rəqabət məsuliyyət yükləyər;
- Ağılı, duyğuları, iradəni, səbri, əxlaqı tərbiyə edər;
- Ədalətə yol açar;
- Rəqabət olsa, diktatorluq/tiranlıq olmaz;
- Rəqabət əməyə dəyər qazandırar;
- Ağılı, iradəni önə çıxarar, gücləndirər;
- Cəmiyyətin, işin, malın keyfiyyətini artırar;
- Yarış havası formalaşdırar;
- Təşəbbüskar insanların sayını çoxaldar;
- Dünya ilə əlaqə qurar;
- Təcrübəni öyrədər;
- İnkişafa yol açar;
- Elmi, təhsili, mədəniyyəti gücləndirər;
- Ölkəni siyasi, iqtisadi, elmi, fikri, mədəni baxımdan zənginləşdirər;
- Güclü liderlər, şəxsiyyətlər yetişdirər;
- Güclü olanın qələbəsinə yol açar;
- Azərbaycanda azadlıq olmadığına görə rəqabət də yoxdur, rəqabət olmadığına görə də siyasi, iqtisadi, fikri inkişaf yoxdur – çox zəifdir;
- Rəqabət didişmə, əzmə, şeytanlaşdırma, intiqam deyil, yaxşılıq uğrunda yarışdır, xeyri çoxaltmaqdır;
- ALLAH RƏSULU buyurur ki, xeyirli işlərdə yarışın;
- Rəqabət deyir ki, aciz insanlar şansa, güclü insanlar əməyə inanar;
- İnsan inkişaf etmək istəyirsə, öncə özü özünə rəqib olmalı, duyğularına, düşüncələrinə nəzarət etməli, güclü, zəif yönlərini bilməli, onları fərq etməli, doğru oxumalı, özünü kəşfə yönəlməli, özünə hakim olmalıdır;
- Özünü tanımayan, həddini bilməyən, imkanlarını, gücünü kəşf etməyən özünə hakim ola bilməz. İnsan özünə rəqib olsa, özünü tanımağın, inkişafın yolu açılar;
- ALLAHIN gözəl adlarından biri ƏR-RƏQİBDİR – O qorumaq üçün nəzarət edər, yaratdıqlarından bir an belə xəbərsiz olmaz. O hər şeyi bildiyinə görə yaratdığı hər şeyə nəzarət imkanı var. ALLAH qorumaq, tövbə qapılarını göstərmək, bağışlamaq üçün nəzarət edər. ALLAHIN ƏR-RƏQİB olması insanın iradə azadlığının, seçim haqqının dəlilidir, insanın nə zaman, nə edəcəyi bəlli olsa idi, nəzarətə ehtiyac qalmazdı. O, hər şeyə, o sıradan Elçilərinə də nəzarət edər;
- Rəqabət özünü tanımağın, inkişafın, siyasi, iqtisadi, mədəni, fikri zənginliyin anasıdır;
CÜMƏNİZ MÜBARƏK OLSUN, ALLAH BİZƏ XEYİR, MƏRHƏMƏT, BARIŞ, ƏDALƏT, AZADLIQ UĞRUNDA YARIŞMAĞI NƏSİB ETSİN, GÖZƏL İNSANLAR!
AMİN!

Paralel.az

0.014420986175537