Zirvələrə gedən yollar...

Zirvələrə gedən yollar...
 


Birinci Qarabağ müharibəsindən üzü bəri, 30 il boyu qürurlandığımız istinad mənbələrindən biri, silinməz qəhrəmanlıq tarixi yazmış - Könüllü Tələbələr Taborunun bir hissəsi...
"Hesen Qasimov: 27.02.1992. BDU. Hamının üzündə bir kədər var, hamının gözlərində odla su öpüşür. Auditoriyalarda mühazirə və müzakirələrin bir adi var - XOCALI. Gənc oğlanlar qızların üzünə baxa bilmir. Bütün baxışlar "hanı sizin qeyrətiniz" - deyir. Və nəhayət. “Savaşa getmək istəyənlər hazirlaşsin!” Çoxlari Novruz şənliklərinə hazirlaşırdi. Və 70 nəfər martın 19-da Sabir müəllimin rəhbərliyi altında VƏTƏN müharibəsinə yola düşdük...
Bu gün hara baxiram yarali VƏTƏN, ŞƏHİDLƏRİN RUHU VƏ ... ŞƏRƏFLİ KOMUTANLAR GÖRÜNÜR. Qalan hər şey təfərrüatlardı".
"Cavanşir Abdullayev: ...Şərəfli bir döyüş yolu keçdik. Bu böyük sınaqda Sizlərlə mərd, qeyrətli Vətən fadailəri ilə tanış oldum və bu gün də hər birinizlə fəxr edirəm! Hansı ki, sonradan döyüş yolum müxtəlif istiqamətlərdə oldu.Mən Könüllü Tələbələr Dəstəsində gördüyüm fədakarlığı, əzmi döyüş ruhunu, qardaşlığı heç yerdə görmədim, desəm bəlkədə yanılmaram!"
" Sabir Məmmədli: Sizlər mərd, qeyrətli oğullar silinməz tarix yazdınız! Həyatda elə məqamlar olur ki, ətrafındakı mərd oğulların, dostların mənlik, vicdan, ləyaqət, şərəf və Vətən qeyrəti sənin ruhunla səsləşir, biri-birini tamamlayır, bütövləşir və doğma torpaq üçün, Vətən üçün çox rahat şəkildə istənilən vəzifənin öhdəsindən gələ bilirsən! Qarabağ – ana yurdumuzu çox qısa müddətdə azad edə bilərik və bu millətin ruhu özünə qayıdar! Şərəfli səngər həyatından təmiz, pak heç bir şey ola bilməz!
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qəbirləri nurla dolsun!"

Sabir Məmmədli

Paralel.az

0.046645164489746