Sevgilisini görüntülərlə şantaj edən kişi məhkəmə qarşısında

Sevgilisini görüntülərlə şantaj edən kişi məhkəmə qarşısında
 
 
Bakıda oğurluqda və hədə-qorxuda təqsirləndirilən Ruslan Vəliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.
"Paralel.az"-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə araşdırılacaq şikayət noyabrın 10-na təyin edilib.
Cinayət işi hakim İlqar Qılıcovun icraatına verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 177.2.2 (oğurluq, təkrar törədildikdə) və 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək niyyətilə törədildikdə) maddələri ilə təqsirli bilinməsinə və 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə, cəzasını ciddi rejimli müəssisədə çəkməsinə hökm edib.
Qeyd: Ağdam rayon sakini, ali təhsilli, subay, 1 azyaşlı uşaq atası olan 1986-cı il təvəllüdlü R.Vəliyev qeyri-rəsmi nikah münasibətində yaşadığı, intim görüntülərini yaydığı və boşanmasına səbəb olduğu Aytən Quliyevanın (ad şərtidir) Baş Mütəşəkkül Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciəti əsasında keçirilmiş əməliyyatla həbs edilib.
Belə ki, şantaj edilən qadının anası Ruslana 3 min dollar verməyə razılaşandan sonra onlar Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Daşfırın” restoranında görüşüblər. Pulu alıb restoranı tərk edən 35 yaşlı şəxs küçəyə çıxarkən polis tərəfindən saxlanılıb.
Məhkəmə istintaqı zamanı məlum olub ki, R.Vəliyev şantaj etdiyi Aytəni əlində saxlamaq üçün özünü DTX mayoru və polis əməliyyatçısı kimi təqdim edib. Bu yolla Ruslan ondan uzaqlaşmaq istəyən gənc qadını xeyli vaxt qorxu içində saxlayıb və müxtəlif ünvanlara apararaq onu döyüb, cinsi əlaqədə olub.
Məhkəmədə R.Vəliyevin 5 evdən xeyli miqdarda oğurluq etməsi həmin ev sahiblərinin və fəhlələrin ifadələri ilə də təsdiq edilib.
0.021420001983643