İranda Azərbaycan vətəndaşları həbs olunub

İranda Azərbaycan vətəndaşları həbs olunub
 

İranın Kəşfiyyat Nazirliyi bildirir ki, ölkənin cənubundakı Şiraz şəhərində şiə məbədinə hücumla əlaqədar 26 xarici vətəndaş həbs olunub
Bu hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti ekstremist təşkilatı götürmüşdü.

"Paralel.az" xəbər verir ki, noyabrın 7-də verilmiş bəyanatda deyilir ki, hücuma rəhbərliyi Azərbaycan vətəndaşı edib və o hücumun əsas fiqurudur:

"Həbs edilənlərin heç biri iranlı deyil. Bunlar Azərbaycan Respublikasının, Tacikistan və Əfqanıstanın vətəndaşlarıdır”.

Oktyabrın 26-da baş vermiş hücumda azı 15 nəfərin həlak olduğu deyilirdi.

İran dövlət televiziyası xəbər vermişdi ki, Şirazdakı Şah Çıraq məbədində axşam ibadəti zamanı hücumu törədən bir nəfər silahlı olub.

Şah Çıraq məbədinə hücum zamanı daha 19 nəfər xəsarət alıb.

Sözü gedən məbədə hücum İranda sentaybrın 16-da polisdə vəfat etmiş Məhsa Əmininin ölümünə görə kütləvi etirazların davam etdiyi bir vaxtda baş verib.

İran hakimiyyəti antihökumət etirazçılarına amansızlıqla divan tutur.

Bir çox iranlılar inanırlar ki, rejim məbədə hücumdan etirazları zəiflətməlk və etirazçılar üzərinə basqılarını daha da artırmaq üçün fürsətlənmək istəyir.

Hazırkı aksiyalar İranda 1979-cu il inqilabından bəri ən genişmiqyaslı etirazdır.
Müharibə Araşdırmaları İnstititu bildirir ki, məbədə hücum İD-in üslübuna uyğun deyil və rejimin ölkədə məzhəblərarası düşmənçiliyi qızışdırmaq cəhdindən irəli gələ bilərdi.
Bu cür iddialara cavab olaraq Kəşfiyyat Nazirliyi bildirib ki, məbədə hücumu xüsusi xidmətlərlə bağlayanlar mühakimə olunacaqlar.

0.010448932647705