Azərbaycanın tarixi zəfərinin səbəbləri və nəticələri
Siracəddin Hacı:
1) Zəfərin səbəbləri
Azərbaycanın Qarabağı zalımdan və zülmdən azad etmə hərəkatında torpaqlarının çox hissəsini işğaldan azad etməsinin daxili və xarici olmaqla bu səbəbləri var:
- Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi nəticəsində Rusiyanın mənafeləri üçün təhlükə ortaya çıxdı, Rusiya və Ermənistan arasında yaranmış bu ziddiyyət Azərbaycana Qarabağın qıfılını açmaq imkanı verdi;
- Azərbaycan xalqı Qarabağı zalımdan və zülmdən azad etmək üçün bədəl ödəməyə hazır oldu, övladları, malı, duası ilə bu savaşda iştirak etdi;
- Milli birlik təmin olundu;
- Ədalətli intiqam duyğusu xalqı və ordunu düşmənə qarşı mübarizədə birləşdirdi;
- Cəsur Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi;
- Qardaş Türkiyə çox böyük, tarixi dəyişdirəcək ölçüdə yardım etdi, siyasəti, diplomatiyası, ordusu, hərbi imkanları, duası ilə Azərbaycan xalqının yanında oldu;
- Prezident İlham Əliyev işğalçı rus qoşununun Qarabağa gəlməsinə izin verənədək işi doğru idarə etdi;
- Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfində idi;
- Amerikanın başı daxili işlərinə qarışdı;
- İran Güney Azərbaycan türklərinin basqısı ilə işə ciddi müdaxilə edə bilmədi;
- Pakistan başda olmaqla Azərbaycanın müttəfiqləri ciddi dəstək verdilər;
2) Zəfərin müsbət nəticələri:
- Azərbaycan torpaqlarının önəmli hissəsini işğaldan azad etdi;
- Azərbaycan gücləndi;
- Milli birlik təmin olundu, önəmi anlaşıldı;
- aydın oldu ki, Vətən, onun bir parçası olan Qarabağ toplumun qəbul etdiyi, birləşdirici dəyərə çevrilmişdir;
- Milli və dini şüur gücləndi;
- şəhidlik anlayışı dəyərə çevrildi;
- Azərbaycan xalqı fikri dəyişim, dönüşüm yaşadı – dəyişim davam edir;
- Azərbaycan xalqı yarımçıqlıq – özünəgüvənsizlik xəstəliyindən önəmli ölçüdə qurtuldu;
- Orduya güvən formalaşdı, Azərbaycan xalqı ordusuna inandı, bütün gücü ilə ona dəstək verdi;
- Azərbaycan xalqı daxildə və xaricdə dostlarını, düşmənlərini tanıdı;
- elmin, texnologiyanın önəmi anlaşıldı;
- Türkiyənin dəyəri, önəmi, gücü qəbul olundu;
- Pakistan müttəfiqlər sırasına daxil oldu;
- Azərbaycan İranla sərhədini nəzarətə götürdü;
- Azərbaycan Güney Qafqazda vəziyyəti öz xeyrinə dəyişdi;
- Qarabağın bərpası üçün ciddi işlər görülməyə başlandı;
- bu hərəkat Türk dünyasının oyanmasına təsir göstərdi;
3) Mənfi nəticələr:
- Qarabağ məsələsi bitmədi;
- Xankəndində Azərbaycanın suverenliyi bərpa olunmadı;
- işğalçı rus ordusu Qarabağa gətirildi;
- üçtərəfli bəyanatda Azərbaycanın xeyrinə olmayan bəndlər var;
- Türkiyə bu bəyanatı imzalayan dövlətlər sırasında yer tutmadı;
- Azərbaycan dördtərəfli, ya da ikitərəfli formata nail olmadı;
- Qarabağ məsələsi Rusiyanın monopoliyasına keçdi;
- Qarabağın statusu gündəmdən çıxmadı, Azərbaycan bu məsələdə təkləndi;
- Laçın koridoru Rusiyanın nəzarətinə keçdi, terror koridoruna çevrildi;
- üçtərəfli bəyanatın müddəaları yerinə yetirilmədi, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmadı, Qazağın yeddi kəndi qaytarılmadı, Zəngəzur yolu açılmadı;
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadı;
- Ermənistan Qarabağ iddiasından əl çəkmədi;
- Rusiya Qarabağın dağlıq bölgəsini dövlətləşdirdi, öz nəzarətinə keçirtdi;
- Azərbaycan minalanmış ərazilərin xəritələrini ala bilmədi;
- Ermənistanın təzminat ödəməsi üçün ciddi addımlar atılmadı;
- Türkiyə ordusu Azərbaycana gətirilmədi;
- Azərbaycan diplomatiyası ciddi fəaliyyət göstərə bilmədi, bu diplomatiyanın Amerika və Avropa ayağı yoxdur;
- ədalətə bağlı milli birliyin təmin olunması üçün siyasi, iqtisadi, hüquqi işlər görülmədi;
- hakimiyyət zəfəri siyasiləşdirdi, öz adına çıxdı;
4) Azərbaycan nə etməlidir?
- ədalətə, azadlığa, mərhəmətə, rifaha bağlı milli birliyi təmin etməlidir;
- ordunu gücləndirməlidir;
- Türkiyə ilə hərbi ittifaq qurmalıdır, türk ordusunu Azərbaycana gətirməlidir;
- müttəfiqlərin sayını artırmalıdır;
- Qarabağ məsələsini Rusiyanın monopoliyasından çıxarmalıdır;
- Laçın koridoruna nəzarət etməlidir;
- Ermənistanla ikitərəfli danışıqlar yolunu seçməlidir;
- Azərbaycanın dünya ilə əlaqələrini gücləndirən siyasi, iqtisadi, diplomatik addımlar atmalıdır;
Qarabağ ermənilərinə vətəndaşlıq təklif etməlidir;
- Rusiyaya bağlı məkandan çıxıb, Azərbaycanın müstəqil və suveren inkişafına imkan verən məkana daxil olmalıdır;
- Şəhid və qazi ailələrini əlinin içində, başının üstündə tutmalıdır;
UCA ALLAHIN RƏHMƏTİ, BƏRƏKƏTİ, SALAMI ƏZİZ ŞƏHİDLƏRİMİZİN, İGİD QAZİLƏRİMİZİN, ONLARIN AİLƏLƏRİNİN ÜZƏRİNƏ OLSUN, ALLAH BİRLİYİMİZƏ BƏRƏKƏT VERSİN, ÜÇRƏNGLİ ŞANLI BAYRAĞIN XANKƏNDİNDƏ DALĞALANMASININ ÖNÜNÜ AÇSIN!
AMİN!
Paralel.az