Rusiya Qarabağ ermənilərinin silahlandırır

Rusiya Qarabağ ermənilərinin silahlandırır
 

 

Siracəddin Hacı:
Rusiya Qarabağ ermənilərinə silah daşıyır. Məqsədi bunlardır:
- Azərbaycana təzyiq göstərir, Qarabağ məsələsinin nizamlanması ilə bağlı Rusiya planını qəbul etdirməyə çalışır;
- Yaratdığı “Dağlıq Qarabağ Respublikası”nı Azərbaycanın qəbul etməsini istəyir;
- Dağlıq Qarabağın ordusunu gücləndirir, Azərbaycanla savaşa hazırlayır;
- İşğalçı rus ordusunun Qarabağda qalma müddətini uzatmağa cəhd göstərir;
- Brüssel danışıqlarını pozur;
- Azərbaycanla Ermənistan arasında barışın olmasına imkan vermir;
- Azərbaycanla Ermənistan sərhəddində təxribat törətmək imkanı azaldığından – Avropanın müşahidəçiləri sınıra yerləşdi – Qarabağı fitnə mərkəzi kimi önə çıxarır;
- Qarabağ vasitəsilə Azərbaycana və Ermənistana təzyiq göstərərək Güney Qafqazı təsir məkanında tutmağa çalışır;
- Avropanın Güney Qafqaza gəlməsinə izin vermir;
- İşğalçı rus ordusu, erməni quldur dəstələri Qarabağdan çıxarılmasa, Laçın koridoru Azərbaycanın nəzarətinə keçməsə, Azərbaycan üçün çox ciddi sıxıntılar ortaya çıxacaq;
- Çıxış yolu Azərbaycan hakimiyyətinin azadlıq və ədalətlə xalqla müttəfiq olmasıdır, Rusiya-İran ittifaqına qarşı dövlətlərlə ciddi iş birliyidir;

Paralel.az

0.017838954925537