Rahid Ələkbərli istefa verib

Rahid Ələkbərli istefa verib
 



Telekommunikasiya sektorunda kifayət qədər tanınmış mütəxəssis, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri Rahid Ələkbərli bu gün istefa verib.
AKTA İdarə Heyətinin bu gün keçirilən toplantısında Rahid Ələkbərli öz peşəkar fəaliyyətinə davam etməsi ilə əlaqədar olaraq qurumun rəhbərliyindən istefa verdiyini bildirib.
İdarə Heyətinin sədri vəzifəsinə “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanov seçilib.
Rahid Ələkbərlinin istefası gözlənilməz olub.
O, son yarım ildə, özəl və dövlət sektorundakı fəaliyyətindən sonra vətəndaş cəmiyyəti sektoruna baş vurmuş, formalaşdırdığı AKTA ilə ölkənin kibertəhlükəsizlik sektorunda ciddi canlanma yaratmışdı.
Bütün maraqlı tərəfləri birləşdirməklə bu sektorda çox faydalı işlərə başlamışdı.
Universitetlərdə bu sahədə kadr hazırlığı , kiber institutlar formalaşdırmaq üçün ciddi səylər göstərirdi.
Düşünmək olar ki, sabiq nazir müşaviri, DRİ-nin keçmiş rəisi, beynəlxalq İKT sektorunda da yetərincə tanınan, peşəkar İKT mütəxəssisi olan Rahid Ələkbərli hansısa daha vacib bir İKT sahəsində töhfə verməyə davam edəcək.
Ümid edirəm bu təyinat özünü çox gözlətməz.
İndiki anda belə kadrlara ölkəmizin çox ciddi ehtiyacı var.
Uğurlar olsun !
Osman Gündüz

Paralel.az

0.049848079681396