“Azəriqaz” İB tərəfindən qazlaşdırılan növbəti kənd - VİDEO

“Azəriqaz” İB tərəfindən qazlaşdırılan növbəti kənd - VİDEO
 

 

"Paralel.az" xəbər verir ki, Dövlət proqramı çərçivəsində 2022-ci ilin qazlaşdırma planına uyğun olaraq Lerik rayonunun Babaküçə kəndi qazlaşdırılıb. Daha dəqiq vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədilə paylayıcı qaz kəmərlərinin tikinti-quraşdırma işləri yekunlaşdırılaraq qazın verilişi təmin edilib.

Ölkə başçısının şəhid ailələri və qazilərin sosial-məişət qayğılarının diqqətdə saxlanılması tapşırığına uyğun olaraq SOCAR “Azəriqaz” İB tərəfindən kənddə məskunlaşmış 1-ci Qarabağ müharibəsi şəhidi Telman Kazımovun qardaşının fərdi yaşayış evi qazlaşdırılıb.

Ətraflı video materialdan izləyə bilərsiniz:

 

0.016824007034302