Savaşan ağıl deyir ki...

Savaşan ağıl deyir ki...
 

 

Siracəddin Hacı:
- Ağıl Allahın nemətidir;
- İnsan ağıllı, iradəli, vicdanlı varlıqdır;
- Bu nemətlər insanı başqa varlıqlardan seçir, dəyərli edir, üstün qılır;
- Savaşan ağıl hərəkətli ağıldır;
- Hərəkətli ağıl düşünər, səbəb-sonuc əlaqəsi qurar, nəticə çıxarar;
- Ağıl hərəkətdə olmasa, kirlənər, fitrəti pozular, ölər;
- Ağılın şükrü ondan ilahi təyinatına uyğun istifadə etməkdir;
- Ağılın qidası elmdir;
- Düşməni xurafələr, yalanlar, cəhalətdir;
- Ağlı olmayanın – doğru çalışmayanın dini olmaz, fanatizmin qapısı açılar;
- Savaşan ağıl tərbiyənin, çalışmağın, əzmin nəticəsidir;
- İman ağıla deyil, ağıl imana nəzarət etməlidir;
- Diktatorlar, zalımlar, cahillər ağıllı insanları sevməzlər;
- Savaşan ağıla sahib olanlar insanlığın ortaq dəyərləridir;
- Savaşan ağıl hər şeyi sorğu-suala çəkər;
- Xurafə, qorxu, zülm, tənbəllik ağılı öldürər;
- Bir şeyi dəlil ilə qəbul, ya da rədd edər;
- İnkişafın, dəyişimin, dönüşümün motor gücü savaşan ağıldır – ağıl dirilməsə, insanlıq dirilməz;
- İnsanı qorxulardan qurtarar – düşünməyən qorxaq olar;
- Əsarətin/köləliyin ən qorxulusu ağıl köləliyidir;
- Düşüncə dəyişməsə, davranış dəyişməz;
- Savaşan ağıl iradəni hərəkətə keçirər, gözəl əxlaqa yol açar, anlayışı həyata, davranışa, əmələ daşıyar;
- Savaşan ağıl sahibinin gerçək, imkana uyğun hədəfi olar – hədəf ağılı çalışdırar;
- Savaşan ağıl sahibi ümid doludur, əsla yasa batmaz, pəs etməz, əl çəkməz;
- Bilər ki, hər şeyə nəzarət imkansızdır;
- Mükün olanı dəyişər, olmayanı qəbul edər;
- Keçmişin peşmanlıqları, gələcəyin qayğıları ilə deyil, indini, halı yaşayar, onu xeyrə sərf edər;
- Savaşan ağıl sahibinin zaman şüuru var, zaman israfından qaçar, kimsənin vaxtını çalmasına izin verməz, əsla boş işlərlə məşğul olmaz;
- Bilər ki, dəyişim, uyum, hərəkət gücdür;
- Yalanı, yalançını, yaltaqlığı, yaltağı sevməz, harama bulaşmaz;
- Bədən-ruh, ağıl-qəlb, sevinc-kədər, dünya-axirət tarazlığı qurar;
- Sərvətin, şöhrətin, vəzifənin köləsi deyil, ağası olar;
- Din taciri olmaz, dinini satmaz;
- Kimsəni bütləşdirməz, insanlara deyil, Allaha itaət edər;
- Xətalarından öyrənər;
- Məzhəbçi, təriqətçi, təqlidçi, bölücü olmaz;
- Cəsur olar, ümid verər, məsuliyyətini yerinə yetirər, insan haqlarını qoruyar;
- Zülmə qarşıdır;
- Ədalət, azadlıq, mərhəmət, elm üçün cihad edər;
- Öfkəsini intiqama deyil, inkişafa çevirər – onu incidən futbolçunu döyməz, rəqibin qapısına qol vurar;
- Savaşan ağıl əmək, qaynaq, zaman tələb edir;
- Ruhuna, ruhlara vitamin olan düşüncələri, duyğuları, saleh əməlləri var;
- Qurani-Kərim buyurur ki, Allah ağlından doğru istifadə etməyənlərin başına pislik tökər – ağılın haqqını verməyən kölə olar;
- Qurani-Kərimdə “ağıl” sözü hər zaman feil kimi işlənmişdir – ey insan, düşün ki, savaşan ağlın olsun ki, ağıl nemətinin şükrünü yerinə yetirəsən, hərəkət bərəkətdir, düşünən, anlayan, seçən toplum hüzura qovuşar, ilahi rizanı qazanar;
CÜMƏNİZ MÜBARƏK OLSUN, ALLAH AĞLINIZA BƏRƏKƏT VERSİN, GÖZƏL İNSANLAR!
AMİN!

Paralel.az

0.017219066619873