ERMƏNİLƏR KİMDİR ?
Ermənilər (haylar) kimdir, mənşələri nədir, hansı etnik-mədəni sistemə daxildirlər, hansı coğrafi məkanda və nə vaxt
tarix səhnəsinə çıxıblar, Yaxın Şərqə və Qafqaza nə vaxt gəliblər , necə olub ki, bütün dünyaya səpələniblər?
Bu və bu kimi suallar yüzillər boyudur ki, alimləri düşündürür, lakin dəqiq bir cavab, ortaq bir fikir yoxdur. Ona görə yox ki, elm bu suallara
cavab verməkdə acizdir, ona görə ki, birincisi, söhbət normal
bir etnik toplumdan, xalqdan, millətdən getmir, dünyanın erməni kimi tanıdıığı, lakin özləri özlərini erməni yox, hay ad-
landıran, dillərinə hay dili, əcdadlarına Hayk, atalarına hayrik, vətənlərinə Hayrenik, ölkələrinə Hayastan deyən, etnik cəhətdən çox mürəkkəb, qarışıq və qeyri-yekcins bir toplumdan gedir.
İkincisi də ona görə ki, ermənilər necə ki, lap qədim dövrlərdən üzü bəri qəbilələrin, tayfaların, xalqların oyuncağı
olublar, indi də böyük dövlətlərin və millətlərin əl ağacından, dirijor çubuğundan başqa bir şey deyildirlər. Bunu onların özünə və başqalarına başa salmaq bu gün heç kəsə sərf eləmir,
bu gün bütün dünyaya o sərf edir ki, ermənilər var və onlarla istədikləri vaxt istədikləri kimi davranır, onlardan istədikləri şəkildə istifadə edirlər və ən vacibi də odur ki, ermənilərin
özləri də buna çox həvəslə gedirlər.
Akademik M.Ağanbekyan yazır : "Er-
məni dili hibrid (calaq) dildir. O biri yandan erməni qəbiləsi də hibriddir”.
Erməni şairi M.Nalbandyan isə erməniləri ümumiyyətlə
bir etnik varlıq kimi şübhə altına alır: “Mən ermənilərin yaşadıqları bir çox yerləri gəzmişəm. Daima xalis ermənicə olan
bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetirilməyib”.
Belə misalların sayını istənilən qədər artırmaq olar.
Lakin məsələ düşündüyümüz qədər də sadə və aydın deyil.
Məsələ ondadır ki, bizim bu gün erməni dediyimiz millət ermə-
nilər deyil, haylardır. Üstəlik, bugünkü ermənilər etnik cəhətdən
yekcins olmadığı üçün onların damarlarında regionun bütün
qədim və müasir xalqlarının, o cümlədən albanların, ermənilərin
(ərmənlərin), qaraçıların, kürdlərin, farsların, talışların, tatların,
ərəblərin, yunanların, aysoruların, gürcülərin, azərbaycanlıların,
rusların və s. qanı axır, ən çox da qıpçaq türklərinin. Onlar etnik
toplum yox, kilsə ətrafına yığılmış dini toplumdur. Ona görə də dünən olduğu kimi, bu gün də onları kilsə idarə edir.
Əlbəttə, bu tezisi əsaslandırmaq üçün ən azı üç suala cavab vermək lazımdır: 1) Ermənilər kimdir və Qafqazda nə
vaxtdan yaşayırlar? 2) Haylar kimdir və Qafqazda nə vaxtdan
yaşayırlar? 3) Qafqazda və Yaxın Şərqdə yaşayan ən müxtəlif
xalqların nümayəndələri bu kiçik etnik toplumun içində necə
əriyib haylaşdılar?
Öncə ermənilər.
Əvvəla, Qafqaz tarixində erməni deyilən bir xalq yoxdur, heç alban deyilən bir xalq da yoxdur. Bütün bu ərazilər xüsusilə iki böyük Türk qövmü arasında bölüşdürülüb – Oğuz alplarının
məskunlaşdıqları ərazilərə Alpan, Alp eli, Albaniya, yəni “Alp-
ların ölkəsi”, qeyri-oğuz türk boylarının – Qıpçaq ərlərinin. məskun olduqları coğrafiyaya isə Arman//Ərmən, Armani-
ya//Arminiya//Ərməniyə, yəni “Ərlərin ölkəsi” deyiblər.
Başqa sözlə, ermənilər və ya ərmənlər ən qədim za-
manlardan üzü bəri Cənubi Qafqazda və Yaxın Şərqdə yaşayan
oğuzlar, qarqarlar, qamərlər, saklar, işquzlar, qıpçaqlar, bul-
qarlar, gögərlər (quqarlar), hunlar, kasbilər, xəzərlər, şadlılar
və b. kimi türk boylarından biri yox, onların bütöv bir qrupu-
nun ümumiləşmiş adıdır, alpanlar//albanlar kimi, yəni subet-nosdur. Ona görə də bütün tarixi mənbələrdə bu coğrafiyada az
qala dövlət səviyyəsində iki coğrafi məkanın adı çəkilir –Albaniyanın və Ərməniyyənin. Üçüncüsü də var – İberiya, o da
Ərlər boyu anlamındadır (İb-er//Bi-er və ya Eb-er), lakin hələ
ondan burada danışmırıq, o, başqa söhbətin mövzusudur.
Ümumiyyətlə, Cənubi Qafqaz və Yaxın Şərq tarix boyu Türk ərlərinin//alplarının anayurdu olduğundan bu coğrafiyadakı bütün qədim dövlətlərin adında ərmənlərin də mənsub
olduğu həmin Ərlərin//Alpların (Ər-manların//Alp-anların –“Ər kişilərin”) adı keçir: Şumer//Subar, Xarxar//Qarqar, Aratta, Ararat, Alpan, Arman, Aran, İber və s.
Sasani hökmdarları, daha sonra ərəblər bu bölgəni Erməniyə adlı dörd inzibati vahidə böləndə də bugünkü ermə-
niləri yox, Türk Ərlərinin yaşadıqları coğrafiyanı nəzərdə tuturdular.
Tarixi Ərməniyyə isə qədimdən qıpçaq türklərinin Ana yurdu idi!!! Və 405-ci ildə Mesrop Maştots “erməni əlifbası”
deyilən əlifbanı həmin ermənilər – xaçpərəst qıpçaq türkləri üçün tərtib etmişdi və bu gün yüzlərlə qıpçaq mətni həmin
əlifbada günümüzə qədər gəlib çatmışdır. Görkəmli türkoloq - alim, professor Aleksandr Karkavetsin “Erməni-qıpçaq yazı-
ları” kimi dünya elmi ictimaiyyətinə təqdim etdiyi həmin
mətnlər ən müxtəlif yönlərdən, xüsusilə Qafqazın tarixi ilə
bağlı yuxarıda irəli sürdüyümüz konsepsiya baxımından öz
ciddi elmi tədqiqini hələ də gözləməkdədir.
Ərmən-qıpçaq türkləri ilə Oğuz türkləri arasında mövqe,
mənsəb və ərazi davaları, təbii olaraq, həmişə olub və bunun ən
bariz nümunəsini “Kitabi-Dədə Qorqud” dastanlarında görürük.
Bu dastanda yerli “kafir” Qıpçaq türklərinin vətəni olan Ermənistanın yenicə islamı qəbul etmiş gəlmə Oğuz türkləri (sonrakı tarixdə: türkmanlar) tərəfindən məskunlaşdırılmasının, başqa sözlə, oğuzlaşdırılmasının tarixi mənzərəsini görürük.
Ərmənlərin ən böyük tarixi faciəsi də elə həmin dövrdə, Qafqazın islamlaşması ilə başladı. Bu işdə ərəblərin günahı da az olmadı. Ərəblər atəşpərəstliyini qoruyan və ya tanrıçılığı öz
dini inancı hesab edən yerli və gəlmə xalqları (türkləri) «imana gətirmək» adı ilə qılıncdan keçirdilər, «qılınc müsəlmanı» elə-
dilər. Qıpçaq ərmənlərin və Oğuz albanların bir hissəsi isə «dini və Allahı» olan xalqlar kimi bu təzyiqdən qismən kənarda qal-
dılar, hələ bəzən bəhrələndilər də. Nəticədə bir xalq iki yerə bölündü: müsəlmanlara və xaçpərəstlərə. Zaman-zaman islamın
adından danışan bəzi yerli din xadimlərinin başqa dindən olanlara aqressiv münasibəti, onları cəmiyyətdən kənar etmələri so-
nucda eyni bir xalqın dinayrı iki qanadının bir-birinə düşmən kəsilməsinə, ən azı nifrət etməsinə gətirib çıxardı. Əvvəl-əvvəl
öz ata-baba (IV yüzildən bəri) dinlərini (xaçpərəstliyi) qoruyan soydaşlarımız tədricən ayrı bir dini-sosial-iqtisadi-mədəni züm-
rəyə çevrildilər. Çoxları buna dözmədi, davam gətirmədi və bu zümrə sürətlə öz sıralarını seyrəltməyə başladı, hələ də xaçpərəstliyini saxlamış soydaşlarımızın bir hissəsi azlıqda qalan xaçpərəst düşərgəsindən islam düşərgəsinə keçib, çoxluğa qovuşdular.
Əslində, XVIII-XIX yüzillərə qədər davam edən bu proses XIII-XIV yüzillərdə başa çatmalı idi. Lakin həmin dövrdə Qafqazı bürüyən monqol-tatar yürüşləri və onların Cənubi
Qafqazdakı Hülakülər hakimiyyəti nəinki bu prosesin qarşısını aldı, əksinə, Hülakü xanın övladları (Qazan xana qədər!) xaçpərəstliyə dayaq durdular və Cənubi Qafqazda xristianlığın dini-iqtisadi mövqeləri daha da möhkəmləndi.
Hülakülərdən sonra Əmir Teymur Cənubi Qafqazda xaçpərəstliyin belini sındırsa da, sonrakı yüzillərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarları xaçpərəstliyə xüsusi
önəm verdilər və ondan siyasi məqsədlərlə istifadə etməyə başladılar. Müsəlman cahangirləri bir-birlərinə qarşı mübarizədə
xaçpərəst ölkələr arasında özlərinə müttəfiq axtarmaq və bu zaman öz xaçpərəst təbəələrinin imkanlarından bəhrələnmək
yolu tutdular. Hətta bəzən özlərini xaçpərəstliyə daha yaxın göstərmək üçün bir-birləri ilə yarışa da girdilər.
Ən böyük səhvi isə 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşah etdi.
O, Qafqazda fəaliyyət göstərən alban-oğuz və ərmən-qıpçaq kilsələri olmağına baxmayaraq, Kilikiyanın Sis şəhərindən hay-xristian dini kafedrasının İrəvan yaxınlığındakı yarımdağılmış Üçkilsə ərmən-türk xaçpərəst məbədinə köçürülməsinə icazə verdi. Bununla da Yaxın Şərqdən hay-xristian missionerlərinin onun İrəvan xanlığı ərazilərinə axını başladı.
Az sonra Üçkilsə xaraba qalmış ərmən-türk xaçpərəst məbədlərini bərpa etməyə, onları haylaşdırmağa start verdi.
Lakin bu ərazilərdə xaçpərəstliyini hələ də qoruyub saxlamış az sayda ərmən türklərini öz tərəfinə çəkmək üçün Üçkilsə təkcə xristianlığı təbliğ etməklə kifayətlənmir, həm də bunun
üçün tarixi-ideoloji zəmin hazırlamaq barədə düşünürdü.
Beləliklə kilsələrə cəlb edilmiş katiblər tarixi kitabların üzünü köçürür, onları ümumxristian tarixi ilə uzlaşdırır, ərmən və alban xaçpərəst tarixini hay-ərmən xristian tarixi kimi formalaş-
dırırdılar. Kitabların orijinalları isə məhv edilirdi.
Kilsənin ikinci funksiyası yaradılmış bu saxta tarixi kilsə məktəblərinə cəlb edilmiş uşaqlara öyrətmək idi ki, bununla da saxta tarixlə zəhərlənmiş yeni nəsil yetişdirilirdi. Maraqlıdır ki, kilsədə bütün bu işlər «qədim erməni dili» deyilən qrabarda
həyata keçirilirdi. Əslində, bu, yerli ermənilər (türk ərmənlər)üçün tamam yad bir dil idi. Bu dil Hind-Avropa dil sisteminə
daxil olan (flektiv) dil idi və bu dili kilsədə tədris edənlərdən və öyrənənlərdən başqa heç kəs bilmirdi. Hətta erməni tədqiqatçıları da etiraf edir ki, kilsə erməni əhalinin bu dili öyrənməsini
qəti qadağan etmişdi. Yəni kilsə xaçpərəst türk-erməni əhalinin kilsənin apardığı antimilli (antitürk) siyasətini başa düşüb ondan üz döndərə biləcəyindən qorxurdu. Hər şeyi gizli aparırdı. Lakin müsəlman dünyasının ortasında bu gizli oyunların sonu yox idi.
Bunu özləri də başa düşür, buna görə də xristian dövlətlərindən dəstək almaq üçün elçilər göndərir, dəridən-qabıqdan çıxır, himayəçi axtarırdılar. Nəhayət, belə bir dəstək XVIII -cı yüzilliyin çar Rusiyası tərəfindən verildi, çünki çar RusiyasınınQafqazda və Yaxın Şərqdəki siyasi maraqları ilə hay-erməni
kilsəsinin dini-milli maraqları üst-üstə düşürdü.
XIX yüzilin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalı ilə əlaqədar Ön Asiyadan Cənubi Qafqaza çoxlu hayların (onların böyük bir hissəsi türkləşmiş bizans-yunan-aysoru tör-
töküntüləri idi) köçürülüb gətirilməsi buradakı ərmənlərin və albanların (xaçpərəst qıpçaq və oğuz türklərinin) haylaşmasına sonuncu təkan oldu. Lakin XIX yüzilin əvvəllərində Qafqaza
gələnlər etnik cəhətdən yekcins olmadığı kimi, onların vahid dili də yox idi. İrandan gələnlərin çoxu fars-türk, Türkiyədən gələnlər türk dilində, yerli ərmənlər isə Azərbaycan türkcəsində danışırdılar. Gəlmələrin danışıqlarında hay kəlmələri azlıq təşkil edirdi. Kilsə icmaları azsaylı olduqları üçün onların dili (qrabar) xalq üçün artıq məqbul deyildi. Yeni erməni ədəbi
dilinin (aşxarabar) banisi Xaçatur Abovyanın etiraf etdiyi kimi,
«dünyada iki elə dil tapmaq mümkün deyildir ki, onlar arasın-
da qədim erməni (kilsə) dili (qrabar) ilə yeni erməni (xalq) dili(aşxarabar) arasındakı fərq qədər fərq olsun».
Buna görə də yeni erməni dili türk dil sistemi və türk dili
leksikası əsasında formalaşdı. Yerli xaçpərəst ərmən türklərinin (türk ermənilərin) dili ilkin mərhələdə mühüm rol oynadı. Buna görə də bu gün erməni tədqiqatçıları təəccüb edir ki, nə üçün qədim erməni-hay dili olan qrabardan fərqli olaraq çağdaş – XIX yüzil erməni-hay dili
olan aşxarabar bu qədər Azərbaycan-türk dilinə yaxındır.
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji qurultayda çı-
xış edən məşhur erməni dilçisi Hraçya Açaryan da çıxışında etiraf edirdi ki, türk (Azərbaycan) dilinin erməni dilinə təsiri çox böyükdür, bir dildən başqa dilə, adətən, isimlər, az halda
sifətlər və çox nadir hallarda feillər keçdiyi, saylar, bağlayıcı və zərflər isə qətiyyən keçmədiyi halda, nədənsə türk dilindən
erməni dilinə bu nitq hissələrinə aid sözlər bərabər səviyyədə və hətta 70-90 faiz səviyyəsində keçmişdir, hətta elə cümlələr
var ki, bütövlükdə türk sözlərindən ibarətdir.
Əslində, H.Açaryan bilməmiş deyildi ki, bu, hayların dili yox, XVIII-XIX yüzillərdə gəlmə hayların kobud sözləri ilə zibillənmiş ərmən-qıpçaq və alban-oğuz xristian türklərinin
dilidir. 1836-cı ildə çar tərəfindən alban kilsəsinin rəsmi olaraq ləğv edilib erməni kilsəsinə tabe etdirilməsi alban və ərmən
xristian türklərinin haylaşdırılmasını qəti olaraq başa çatdırdı.
Bununla da ermənilərin (hayların) etnogenezində Azərbaycan-
türk faktoru daha da gücləndi. Lakin az sonra – XIX yüzilin ortalarından başlayaraq Yaxın Şərqdən o qədər hay köçürülüb , Qafqaza gətirildi ki, tədricən nəinki erməni dili güclü şəkildə haylaşmağa məruz qaldı, həm də erməni milləti öz etnogenezindəki türk elementlərini itirərək hay etnosistemində əriyib
yox oldu. Dənizdə bir damla su kimi!.. Elə o vaxtdan tarixdə
erməni deyilən bir xalq-millət yoxdur, ermənilər (xaçpərəst qıpçaq türkləri) Qafqazın latın xalqı olaraq tarix səhnəsindən silinib getdilər. Lakin tarixdə onların çoxlu izləri, mənbələrdə
adları, bütün Qafqaz və Yaxın Şərq boyu səpələnmiş yeraltı və yerüstü mədəniyyət nümunələri qaldı. Xaçpərəst türk ərmənləri öz içlərində əridən haylar bu dəfə də fürsətdən ustalıqla yararlandılar, ərmənlərin//türk ermənilərin nəinki adına, həm də
tarixinə, mədəniyyətinə yiyələndilər, minillər boyu yaratmış olduqları maddi və mənəvi dəyərlərini mənimsədilər. Özlərini
“hay” adlandıra-adlandıra dünyaya “erməni” kimi çıxdılar.
Bəs, əslində, haylar kimlər idilər?
Başlanğıcını Assuriya və Urartunun qul koloniyalarından götürüb, bu koloniyalarda müxtəlif peşələrə yiyələndirilib,
sonra da qul bazarlarında dünyanın hər tərəfindən gələn tacirlər ixtisaslaşmış qullar kimi satılan, etnik cəhətdən yekcins olmasa da, Hayasa şəhər-vilayətinin adı ilə hay
(yəni Hayasa qulu) adlanan indiki ermənilərin XV yüzilə qədər Cənubi Qafqaza heç bir dəxli olmayıb. Bu barədə dünya və
hətta erməni alimlərinin özü də kifayət qədər yazıb.
Özlərinin milli heç nəyi olmayan bu qullar (sonrakı tarixi dövrlərdə nökərlər, kənizlər, işçilər, daha sonra sənətkarlar, tacirlər , bacarıqlı xidmətçilər) cəmiyyətdən kənarda, cəmiyyətin alt qatında yaşadıqca tədricən bir etnik toplum təşkil edir, köləsi olduqları xalqların maddi-mənəvi dəyərlərindən, xüsusilə mətbəxindən , musiqisindən, dilindən, dinindən, folklorundan və s. gündəlik həyatlarında istifadə edir, özləri hibrid millət olduqları
kimi, həm də hibrid bir mədəniyyət formalaşdırırdılar.
Məsələ ondadır ki, tarixdə ermənilərin ya-
ramaz bir millət olmaları barədə yazılan, qədim mənbələrdən götürülən fikirlərin əksəriyyəti, əslində, Cənubi Qafqazın və Yaxın Şərqin tarixi sakinləri olan qədim ermənilər (türk ərmənlər) barədə deyil, bu gün «erməni» adlandırdığımız, lakin erməni yox, hay olan bir millət haqqındadır. Ermənilərdən (türk
ərmənlərdən) fərqli olaraq, haylar Hind-Avropa dilli xalqdır.
Bu iki qanadın
haylaşması prosesi də iki istiqamət üzrə cərəyan edib: albanların bir hissəsi erməniləşərək sonrakı mərhələdə ermənilərin tərkibində haylaşıb, digər hissəsi isə birbaşa hayların tərkibinə daxil olub.
Bu proses XIX yüzilin ortalarında başa çatıb və bundan sonrakı dövrlərdə bölgəyə köçürülən digər qeyri-müsəlman və qeyri-türk xalqların nümayəndələrinin – aysoruların, qaraçıla-
rın, yezidi kürdlərin və b.-nın haylaşması davam edib.
Beləliklə, tərkibinə regiondakı çoxlu sayda etnik qrup-lardan qopub-ayrılan qırıntıların da daxil olduğu bugünkü ermənilər , yəni haylar, əsasən, ən çox iki etnik toplumdan iba-
rətdir: haylardan və haylaşmış ermənilərdən.
Lakin bunu etiraf etməsələr də, tarixən qul olaraq, özlərinin milli heç nəyi olmayan, xaçpərəst türklər sayəsində xalq
və millət kimi formalaşan haylar sonralar da türk izini nə tarixindən silə bildilər, nə dillərindən, nə məişətlərindən, nə
musiqilərindən, nə mətbəxlərindən, nə də hətta soyadlarından.
Amma təəssüf ki, tarixən kin-küdurət püskürən haylar
yerli erməniləri, o cümlədən albanları (özləri onları nifrətlə«şurdvas», yəni dönmə, türkdən dönmə adlandırsalar da) Azərbaycan türklərinə qarşı düşmənçiliyə sövq edib, Qafqazı
müharibə çanağına çevirdilər. Halbuki həmin yerli ermənilər və albanlar tarixin müəyyən mərhələsində dini fərqliliyinə görə
müsəlman türklərdən qopub ayrılmış və haylaşdırılmışlar.
Qoy onlar öz soyadlarını
araşdırsın, əcdadlarının kimliyi üzərində uzun-uzadı düşünsünlər... Bilsinlər ki, tarixlərini nə qədər saxtalaşdırsalar da, özlərini və övladlarını uydurma hay nağıllarına nə qədər inandırmağa çalışsalar da, soyadları onları həmişə düşünməyə məcbur edəcək, şüurlarının bir küncündə şübhə toxumu kimi yatıb qalacaq, özünün cücərməsini gözləyəcək: niyə Darbinyan yox
(darbin-դարբին-dəmirçi) – Damirçiyan, niyə Dertşakyan yox
(dertşak-դերձակ-dərzi), Darzyan və s... Həm də 1001 dəfə...
* * *
Ermənilər soyadına “azqanun” deyirlər, “azq” ermənicə
soy, nəsil, “anun” isə ad deməkdir. Lakin bu söz sonradan ya-
ranma, qondarma olduğundan keçmişdə ermənilərin soyadında işlənməmişdir. Erməni alimlərinin iddiasına görə, keçmişdə er-
mənilərdə soy, nəsil mənsubiyyətini bildirmək üçün “i” (dili-mizdəki -nın4
şəkilçisi əvəzinə) şəkilçisindən və ya ev anlamında
olan “tun” sözündən istifadə olunmuşdur. Məsələn, Amatuni,
Arsruni, Baqratuni, Rştuni və s. Lakin bu fikir növbəti erməni
saxtakarlığından başqa bir şey deyil. Əvvəla, ona görə ki, çağdaş
erməni dilində “i” şəkilçisi Azərbaycan dilindəki -nın4 şəkilçisini əvəz etsə də, yuxarıdakı Amatuni, Arsruni, Baqratuni, Rştu-
ni və s. soyadlarında soyad düzəldən suffiks kimi iştirak etmir, buradakı soyad düzəldən şəkilçi “i” yox, “uni”-dir (dilimizdəki
-nın4 şəkilçisi əvəzinə). Buna görə də ermənilərin soyad düzəldən suffiks kimi, erməni dilində “ev” anlamında işlədilən “tun”
sözünü ortaya atmalarının heç bir elmi əsası yoxdur.
Erməni soyadlarında tez-tez rast gəlinən“yants” (янц)
suffiksi (sonralar “ts” (ruscada: «ц») şəklinə düşərək), əslində, “lar” anlamında başa düşülmüşdür.
Məsələn, Tiqranyants –yəni “Tiqranlar”. Yeri gəlmişkən, bu suffiksli soyadların
məhz Zəngəzur mənşəli ermənilərin soyadında müşahidə edilməsi də onun alban mənşəliliyindən xəbər verir.
Erməni soyadlarının böyük bir hissəsi peşə bildirən sözlərdən yaranmışdır ki, bu da onların “sənətkar” xalq olmasından irəli gəlir. Lakin maraqlıdır ki, bu sözlərin əksəriyyəti türk-
mənşəlidir və həmin peşələrin ermənicə adında soyad yox dərəcədir, tək-tək olanlar isə ya qondarmadır, son illərin məhsuludur, ya da yanlış yozuma əsaslanır.
Məsələn, ermənilərin
izahına görə, guya Kartaşyan soyadı erməni dilində “daş ustası" (ruscada: “каменщик”) mənasını verir, guya burada “kar” – ermənicə “daş” sözündəndir (erməni dilində “daş”a
həqiqətən “kar” deyirlər). Onda adamdan soruşarlar, əgər bu, doğrudan da “daş” anlamını verən “kar” sözündəndirsə, onda
ikinci “daş” sözünün burada nə yeri var? İkincisi, eyni məna daşıyan “kar” və “daş” sözlərinin “daş ustası” (“kamenşik”)
peşə adına nə dəxli var? Üçüncüsü ermənilər nəzərə almır ki, heç bu “kar” sözü də ermənicə deyil axı, bu gün də Azərbaycan türkcəsində “karxana” sözü var və buradakı “kar” sözü “iş”
anlamında “kargüzar”, “kar aşmaz”, “sənətkar”, “xidmətkar” və s. şəklində bu gün də dilimizdə geniş işlənir. Digər tərəfdən,
Kartaşyan soyadının erməni dilində “daşçı”, “daş ustası” anlamında işləndiyini iddia edən ermənilər unudur ki, erməni dilində Daşçıyan soyadı da var. Və o da qəribədir ki, darıdan fil
düzəltməkdə çox mahir olan erməni alimləri necə olur ki Kartaşyan soyadının “qardaş//kardaş” anlamını görmürlər?!
Beləliklə də , ermənilər öz soyadlarının transkripsiyasını ağaları olan millətlərin dillərinə çox asanlıqla uyğunlaşdırırlar. Məsə-
lən, birincisi, ermənilər son iki yüzildə (Rusiyanın himayəsinə
keçəndən sonra) öz adlarını sürətlə ruslaşdırırlar. Məsələn,
Ohanes, Hovanes erməni adları (o cümlədən bu adlardan dü-
zələn soyadları) kütləvi şəkildə “İvan”laşdırılır, Mikael – Mi-xailləşdirilir, Aşot –Aleksandrlaşdırılır, Yeprem Yefremləş-dirilir və s. Həm də bu proses iki şəkildə davam edir: həm adlar birbaşa rus adı ilə əvəz edilir, həm də bir adam iki ad daşıyır,
məsələn, 1918-ci ildə yaradılmış erməni daşnak Ararat Respublikasının ilk baş naziri Aleksandr Ohanesi Xatisyan tarixdə
üç fərqli ad daşıyır: erməni mənbələrində 1) Aleksandr Oha-nesi Xatisyan, 2) Aleksandr Ovannesi Xatisyants, rus mənbə-
lərində isə 3) Aleksandr İvanoviç Xatisov.
Digər bir fakt. Avropa Şurasının insan haqları üzrə eksper-
ti, hüquq elmləri doktoru Qriqor Mikaeli Badiryan beynəlxalq
arenaya çıxanda olur Qriqori Mixayloviç Badiryan.
O cümlədən, çar generalı Foma İvanoviç Nazarbekov, əsl
adı: Tovmas Ohanesi Nazarbekyan.
O cümlədən, sovet general-polkovniki, fizika-riyaziyyat
elmləri doktoru Georgi Stepanoviç Narimanov, əsl adı: Gevork
Stepani Narimanyan.
O cümlədən Bakı doğumlu aktrisa, Ermənistanın Əmək-
dar artisti Nina Yefremovna Abalyan, əsl adı: Nvard Yepremi Abalyan.
İkincisi, erməni soyadları adların sonluğuna -yan, -yants suffiksləri artırmaqla düzəldilsə də, ermənilər onlara lazım olanda çox asanlıqla bu sonluğu -ov, -yev-lə əvəz edərək rus-
laşdırırlar. Elə yuxarıdakı soyadlarda olduğu kimi: Xatisov,
Nazarbekov, Narimanov və s.
Üçüncüsü, erməni dilində inisiallar -i/yi suffiksi ilə dü-
zəldildiyi halda, ermənilər onu kütləvi şəkildə -oviç/yeviç-lə
əvəz edirlər. (Əslində i/yi də bizim mənsubiyyət şəkilçimizdir:
məsələn, Həsənin Kamili və s.). Məsələn, ermənilərdə belə
yazılır: Qriqor Mikaeli Badiryan, Tovmas Ohanesi Nazarbek-
yan, Gevork Stepani Narimanyan və s.
Bəzi erməni soyadlarının müxtəlif transkripsiyalarda iş-
lənməsi də sübut edir ki, bu sözlər, adlar ermənilərə məxsus
deyil, məsələn, Azərbaycan dilindəki Adil şəxs adının erməni
soyadlarında aşağıdakı variantları var: Adilyan-Adelyan-Adal-
yan və ya Topçyan-Topçiyan, Veziryan-Viziryan, Şehiryan-
Şaharyants və s.
Bütün bunları nəzərə almaqla, türkmənşəli erməni soyadlarını şərti olaraq aşağıdakı kimi qruplaşdıra
bilərik:
1. Yer-yurd adlarından düzəldilmiş türkmənşəli erməni
soyadları (Şirvanzadə, Şuşanyan, Misiryan, Stambolçyan və s.);
2. Rütbə, mənsəb, titul bildirən sözlərdən düzəldilmiş
soyadlar (Ağayan, Ağabekyan, Şahyan və s.);
3. Birinci tərəfi sifətdən, ikinci komponenti isə rütbə,
mənsəb və titul bildirən isimlərdən düzəldilmiş soyadlar (Qa-
rabekyan, Sarıbekyan, Qaraxanyan və s.);
4. Birinci tərəfi heyvan, bitki, ikinci tərəfi titul, rütbə və
mənsəb bildirən isimlərdən düzəldilmiş erməni soyadları (Qu-
zubekyan, Gülbekyan və s.);
5. Türk dilləri vasitəsilə erməni dilinə keçmiş ərəb və
fars mənşəli isimlərdən düzəldilmiş erməni soyadları (Amir-
yan, Mirzoyan, Muradyan, Acemyan və s);
6. Peşə və sənət bildirən -çı4
sözdüzəldici şəkilçisi va-
sitəsilə düzəldilmiş erməni soyadları (Dəmirçyan, Papaxçyan,
Qırçyan və s.). Belə soyadlarda, adətən, sözün sonundakı sait
düşür və bəzən də “ç” samiti “c” samitinə çevrilir;
7. Erməni soyadlarının bir hissəsinin əvvəlinə “məlik”
(erməni əlifbasında “ə” səsi olmadığı üçün “melik” şəklində)
sözü əlavə olunur ki, bu da alban xristian türklərinə məxsus
zadəgan titulu olmaqla, əsasən, Zəngəzur-Qarabağ mənşəli in-
sanların soyadında geniş yayılmışdır (Melik-Yeqanov, Me-
lik-Şahnazaryan və s.).
8. Erməni soyadlarının bir hissəsinin də əvvəlinə “Ter”
prefiksi (sözün əvvəlində gəlib, onun leksik və ya qrammatik
mənasını dəyişən morfem) əlavə olunur. Bu sözönü də alban
xristian türklərinə xas olmaqla nəslin ruhani mənsubiyyətini
bildirərək, əsasən, “keşiş ata” anlamına gəlir, yeri gəlmişkən,
ermənilər keşişə “ter-ter” deyirlər (Ter-Petrosyan, Ter-Qriqoryan və s.).
Qədim türk etnoslarının adından düzəldilmiş erməni
soyadları (Arşakyan, Xalacyan, Avşaryan və s.).
Köçürülüb məskunlaşdıqları yaşayış yerlərinin adın-
dan götürülmüş erməni soyadları. Belə soyadlara, adətən,
Azərbaycan dilində -lı4
şəkilçisini əvəz edən tsi (ruscada “ци”
– ermənicədə “ցի”) şəkilçisidir (Adanatsi, Şirakatsi və s.).
Sonu saitlə bitən sözlərdən düzən erməni soyadların-
da, adətən, sözün sonundakı sait düşür (İçmelyan, ......)
Material tədqiqatçı - alim
Əziz Ələkbərlinin " Erməni soyadları "
Ermənilərin tarıxi kimliyinin güzgüsudür" kitabından istifadə olunub
Paralel.az