Sözün tam mənası yenə aydın olmadı...

Sözün tam mənası yenə aydın olmadı...
 



Həsən Əliyev:
Əslində mənim Qərbi Zəngəzurumuzun toponimik yer adlarının etimologiyaları haqqında silsilə yazılarım geosiyasi xarakter daşıyır. Ermənilər 1920-ci ildən başlayaraq nəinki Qərbi Azərbaycan torpaqlarında, hətta respublikamızın daxilində - Qarabağda qədim türk toponimlərinin adlarını tamamilə dəyişmişdir. Mənası anlaşılan türk sözlərini ya erməni dilində tərcüməsini, ya da türkcə mənası bilinməyən teofor sözlərə hərf artımı və ya səs düşümü edərək sözləri yerindən oynatmışdılar.Bu gün gündəmdə olan demarkasiya və delimitasiya şərtləri sovet dövrü xəritələri əsasında aparılması tələb olunur. Siz onu nəzərə alın ki, sovet dövründə adlanan "Dağlıq Qarabağın" ərazisində qədim türk toponimlərindən bir işarə də qalmamışdır. Əgər onlar keçən əsrin70 illik sovet rejimində maneəsiz olaraq Azərbaycan respublikasının xəritəsində toponimləri erməniləşdirərək dəyişdiriblərsə bu o qədər də keçmiş zaman sayılmır. Sovet rejiminin istər respublika ərazilərində məqsədli Stalin siyasəti nəticəsində qarışıqlıqlar, istərsə arealların adlarının sovetləşməsi post sovet məkanında problemlər yaratmışdır. Əslində bu gün Azərbaycanın siyasi inzibati xəritəsi birinci növbədə 1920-ci ilə qədər mövcud olmuş xəritəsi əvvəlki və bu günkü şəkildə fərqləndirici şərti rənglərlə respublika ərazisində bütün təşkilatlarda yayınlanmalıdır. Hələ 6 ay bundan əvvəl ermənilər nəinki Ermənistanda, hətta Qarabağın sovet dövrü xəritəsindəki ermənicə yer adlarından bəhs edən kitablar çap edərək xarici ölkələrdə öz çirkin təbliğatlarını həyata keçirirlər. Dövrün çevik informasiya yayımı siyasi cəhətdən böyük rol oynayır. Siyasi gecikmələr informasiya aləmində yolverilməzdir və onlar lazımsız fəsadlar yarada bilirlər. Dövr sürət dövrüdür. Gecikmə siyasi xətadır. Ermənilərin məqsədli siyasəti nəticəsində dəyişdirilmiş yer adlarının bərpası sürətlənməlidir. Bəlkə də həyəcan siqnalı səslənməlidir. Xəritələrdəki yer adları şəxsiyyəti təsdiq edən sənəd qədər önəmlidir. Bu günkü Ermənistan ərazilərində hələki öz qədim yer adlarını saxlayan toponimlərin qalması onların türk dilində anlaşmaması səbəbindəndir. Ermənilər bu adların qədimliyindən istifadə edərək öz köklərini bu adlara bağlamaq istəyirlər.O ki qaldı "Eçmiəzdin" rayonunun və kilsənin adına, ermənilər bu toponimin də adının türk dilində birbaşa anlaşılmadığı səbəbidən bu adı saxlamışdılar. Az miqdarda olan Gorus, Qafan, Sünik, Eçmiəzdin kimi regionların etimologiyasını tapmaq çətin olsa da onların fonoloji qaydada izahını vermişəm.Qeyd etmək istəyirəm ki, bu izahlar birinci dəfə olaraq yazılmışdır. Eçmiəzdin sözünü izah edərkən söz tam fonoloji qaydada izah olunmuşdur.Fonoloji izah müasir dilçilik elminin ən ağır sahəsidir.Sizin bu sözün tam izahına aydınlıq gətirməyimi istəyirsiniz.Əslində bu toponim bu gün "Üç kilsə" kimi tərcümə edilməsi fonoloji cəhətdən olmasa belə, semantik cəhətdən ərəb dilindən tərcüməni tam əks etdirir."Eç" sözü semantikaya praktik cəhətdən məbədin üç korpusdan ibarət olmasına uyğun gəlir.Məhz bu səbəbdən də ermənilər "üç" sözünü azdıraraq onu "eç" şəklinə salmışlar.Sözün qalan hissəsinin türk dilində olmadığı səbəbindən və tarixi sənəddə bu adın fiksasiyasından bəhrələnmək üçün sözün qalan hissəsini saxlamışdılar.Əslində "Üç kilsə" sözü ərəb dilindəki "Eç+miəzdin" sözünün tərcüməsini verir.Lakin sözün ikinci hissəsinin ərəb dilindən fonoloji araşdırılması daha səhihdir.Bu məqalənin əhəmiyyəti ondadır ki, bu gün Ermənistanın "köksü" sayılan "Eçmiəzdin" toponimi ermənicə deyil , Azərbaycanın Şirvanşahlar dövrünün saray dilinə mənsub olan sözüdür.Məsələnin geosiyasi mahiyyəti bax budur! Təşəkkür edirəm.

Paralel.az

0.032942056655884