Ömər Cavadov Avropa birinciliyində iki gümüş medal qazandı

Ömər Cavadov Avropa birinciliyində iki gümüş medal qazandı
 



15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. "Paralel.az"ın məlumatına görə yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək.
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlardan ikisi - “Zirvə” İdman Klubunun təmsilçisi Ömər Cavadov və “Təhsil” İOEUGİŞ Məktəbinin təmsilçisi Murad Əliyev yaşı 20-yə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıblar.
Murad Əliyev birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.
O, təkanla qaldırma hərəkətində 156 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 7-ci pillədə qərarlaşıb.
Toplam 289 kq (133+156) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı yeri tutub.
Ömər Cavadov isə birdən qaldırma hərəkətində 140 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazanıb.
O, təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 4-cü pillədə qərarlaşıb.
Toplam 305 kq (140+165) nəticə göstərən atletimiz yekun sıralamada 2-ci yeri tutaraq gümüş medal qazanıb.
Təbrik edirik!omer 1.jpeg

omer gumusler.jpg

0.024631977081299