Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı:
 

İki il öncə - 2020-ci ilin oktyabr ayı təkcə ordumuzun cəbhədə uğurlu əməliyyatları ilə yox, həm də döyüş meydanında məğlub olan Ermənistanın Azərbaycan şəhərlərini bombalaması ilə tarixə düşdü: Gəncəyə terror hücumlarından iki il ötür, bu iki ildə erməni terroru ilə bağlı beynəlxalq səviyyədə heç bir hüquqi qiymət verilməyib, nəinki hüquqi qiymət, ədalətli reaksiya belə olmayıb, əksinə bu iki il müddətində Azərbaycanı “təcavüzkar” elan etmək cəhdləri edilib, edilir də;

Ukrayna müharibəsində dünyanın terrora münasibətinin tam əksini gördük. Şəhərləri bombalayan Rusiyaya qarşı beynəlxalq səviyyədə haqlı mövqe sərgilənir, beynəlxalq birlik Ukraynanın yanında yer alıb. Bəs, Kiyevi bombalayan Rusiya ilə Gəncəni bombalayan Ermənistan arasında fərq varmı?!

Dünyanın göstərdiyi münasibət terrora yanaşmada belə fərq qoyula biləcəyini təsdiqlədi. Bu iki ildə aydın oldu ki, yalan danışırlar, terrorun milləti də, dini də, irqi də əslində olurmuş.

Paralel.az

 

0.016950130462646