Sahibsiz bəy otağı...

Sahibsiz bəy otağı...
 

Cəlilabad rayon ərazi vahidliyinə aid olan Hamarqışlaq kəndi. Qədim tarixə malik olan bu kənddə dünyaya gəlmişdi,şəhid Cavid Hüseynov. Ata yurdunda yaşamaq üçün,özünə ayrıca ev tikdirmişdi Cavid.Amma zalım fələk yenə bir ailəyə oyun oynadı.Bu evdə Cavidin özü deyil,gözlər önündən silinməyən izi, qəlblərdən silinməyən xatirələri qaldı. Ana oğlu üçün otağın ən gözəlini, işıqlısını bəy otağı çeçmişdi. Amma bu gün həmən bəy otağı ziyarətgaha çevrilib,bütün insanlar həmən otağa qəhraman şəhidi ziyarətə gəlir.

1994-ci il 1 aprel....Bizim qəhrəmanımız bu gün dünyaya gəlir.Hamımızın yaddaşına gülüş günü ,yəni aldatdı günü kimi yazılan bir gün.İllər ötdükcə digər günlər kimi bu günün də gizlin sirrindən hamımız xəbərdar olacaqdıq.Və biləcəkdik ki,bu gün gülüş günü deyil, faciə dolu bir gündür. On beşinci əsirdə xiristian ordusunun başçıları həmən gün onlara qalıb gələn türk ordusunun əsgərlərini aldadaraq bir günlük "atəşkəs" elan edərək onları hiylə ilə qətlə yetirirlər.Birdə ki, xain xiristian ordusundan bundan artıq nə gözləmək olardı ki?
Qəhrəmanımızın atası Habil müəllim musiqiçi idi.Anası Xatirə xanım sevə-sevə ailəsinin qayğısına qalardı. Çeyhun adlı özündən böyük bir qardaşı var idi.
Bu uşaq da digər qəhrəmanlarımız kimi yaşıdlarından çox fərqlənirdi, tank onun sevimli oyuncağı idi, oyuncaq mağazasına yalnız tank almaq üçün gedərdi..Özünü İki dəfə Sovet İttifaqı qəhramanı,tankçı, Həzi Aslanova bənztməyi çox sevərdı.Yaşıdlarına -"Qarabağ torpağını düşmənlərdən biz azad edəcəyik," söyləyərdi.
2000-ci il 15 sentyabr, "Bilik günü" doğulduğu kənd də Orta məktəbin birinci sinfinə gedən Cavid ilk gündən Azərbaycanın üç rəngli bayrağına,himninə vurğun kəsilir."Səndən ötrü can verməyə cümlə hazırıq" dərin məna kəsb edən bu misra onun yaddaşına hopur.Məktəbdən evə geri dönən Cavid evdə Azərbaycan Himnini oxumağa başlayır.Beləcə təhsil alacağı məktəb vətənpərvərlik hissini ona ilk gündən aşlamağı bacarır.
Əyninə hərbi paltar geyinən insanların arxasınca həsədlə baxardı, böyük arzusu hərbiçi olmaq idi.Təhsil aldığı məktəb illərində hərbin bütün sirlərinə yiyələnmışdı. Sevdiyi fənn Tarix fənni, sevdiyi oyuncağı tank olan bu oğlanın bitib tükənməyən arzusu Şuşa torpağını,Xarı bülbülü azad görmək idi.
Orta məktəbi bitirdikdən sonra Cəlilabad rayon hərbi komisarlığına könüllü olaraq ərizə ilə müraciət edir,vaxtından əvvəl hərbi xidmətə yollanmaq istəyirdi.Amma bu arzusuna çatmır.On səkkiz yaşının olmasını səbirsizliklə gözləyir.Nəhayət arzuladığı arzusuna qovuşdu.Həqiqi Hərbi xidmətə yollanan Cavid il yarımlıq hərbi xidmətini layiqincə başa vurur və geri qayıdır.
Doğma kəndində özünə rahatlıq tapmayan Cavid yenidən ordu sıralarına müddətdən artıq, Hərbi xidmətçi kimi geri dönərək arzusuna qovuşur.O arzusunda olduğu tank atıcısı kimi xidmətə başlayır.Cavid dəfələrlə tank yarışlarına qatılır O Respublika tankçıları arasında keçirilən yarışda birinci yerin sahibi olur.Beynəlxalq səviyyəli yarışa qatılaraq ikinci yerin sahibi olmuşdu.26.06.2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi"yubiley medalı ilə təltif olunur.26.06.2020-ci il "Qüsursuz xidmətə görə"3-cü dərəcəli medalı ilə təltif olunur.

2020-ci il Azərbaycan,Türkiyə ordusunun birgə keçirdikləri təlimlərdə iştirak edən Cavid "tank atışı" üzrə Türkiyə komandanlığından təşşəkür alir.
Sonuncu dəfə sentyabr ayının 17-də bir günlük evlərinə gəlir. Axşam anası və qardaşının sevimli oğlu Kamalla bir yatağı paylaşır. Qardaşının övladı onun üçün böyük dünya idi.
Səhər sübhdən o yenidən hərbi hissəyə qayıtmalıydı.Ailə üzvləri sübh tezdən bir masa arxasında əyləşib səhər yeməyi yeyirdilər. Anası Xatirə xanım üzünü oğluna tutaraq.
-Oğul,Cavid sən haçan evlənəcəksən?,artıq evin tikilir, bəy otağın belə seçilıb.Cavid üzünü anasına tutaraq.
-Ana iki gözüm,şirin sözlüm,mən məsləyimlə evliyəm,gör nə qədər qızlarımızın nişanlısı ölüb,gəlinlərimiz dul qalıb.
-Ana sənə söz verirəm torpaqlarımız düşmən taptağından azad olan kimi evlənəcəm,söyləyərək anasının könlünü sakitləşdirirdi.Cavid qəlbindən keçənləri hamıdan gizlin saxlayırdı.Hərbin o qədər gizlin sirləri var ki,bilmirsən sabah səni nə gözləyir. Bir güllə sənin məhv etməyi bacaran ən böyük nankordur bunu hərbiçi olan insandan başqa heç kim anlaya bilməz.
Yel qanadlı vaxtın nə zaman yetişdiyi dən bixəbər ailə üzvləri şirin-şirin söhbət edirdilər.Eşikdən gələn səs onların görüşünə son verdi,gələn sürücü idi.Ana bilsəydi ki,bu gediş oğlu üçün ayrılan son görüşdür oğlunun getməyinə heç bir zaman izin verməzdi.Vidalaşma zamanı Cavidin yaxınlarına söylədiyi son sözləri bunlar olur.
-Zaman gələcək,siz oğlunuzla qürur duyacaqsınız, bütöv Azərbaycan xalqı məni tanıyacaq.Bizim ordumuz güclüdür,heç bir düşmən bizə qalib gələ bilməz.Salamat qalın söyləyərək ailə üzvlərilə görüşür və son dəfə doğulub boya-başa çatdığı həyəti tərk edir.
21 sentyabr 2020-ci il Ali baş komandanın qismən səfərbərlik elan etdiyi gün. Artıq İkinci Qarabağ müharibəsı başlamışdı Fizuli istiqamətində qızğın döyüşlər gedirdi.Bu döyüşlərdə Cavid bir dəfə yaralanmışdı.O hospitalda müalicə almalıydı amma Cavid müalicə üçün öz komandirinə etiraz edir.
-İllərdir mən bu günün həsrətiylə yaşayıram.Öncə vətən torpağı,döyüş sonda hospital!!!
30 sentyabr 2020-ci il,bu gün Cavidin son döyüş günü və anası Xatirə xanımla son telefon danışığı.
-Oğul,Cavid mən sənsiz yaşaya bilmərəm,hər gün səsini eşitməsəm ölərəm,sənin səsin mənim dərdimin dərmanımdır.Anasını dinləyən Cavid.
-Ana,bilirəm, sən mənim səsimi eşitməsən ac,susuz qalarsan, darıxma ana qələbə bizimdir,.Düşmənlər qorxaq dovşan kimi bizdən qorxub qaçırlar.
-Sağ ol ana,düz iki saatdan sonra sənə yenidən zəng edəcəm.Anası ilə sağollaşan Cavid son dəfə qardaşı Ceyhunla telefon əlaqəsi yaradır.
-Qardaş qələbə bizimdir, burada görünməyən döyüşlər gedir, müharibə olduğunu unutma, bilmək olmaz başıma nə gələcək atamı,anamı sənə tapşırıram. Mən əminəm Azərbaycanın Müzəffər ordusu mütləq qalib gələcək,Qarabağ bizimdir!!!Çünkü bu döyüş ötən illərin döyüşünə bənzəmir.Hamınln qəlbi eyni məqsəd üçün döyünür.
-"Biz qalib ölkənin qalib oğulları kimi geri dpnəcəyik." Artıq Cavid döyüşlərə rahat qatıla bilərdi ata və anasını böyük qardaşına tapşırmışdı.Tək bir nigarançılığı var idi,Qarabağın azad olunması.Bu döyüşdə Qarabağ torpağı hökmən azad olunacaqdı.Cıdlr düzündə ermənilər deyil Azərbaycan Ordusunun yenilməz əsgərləri "Yallı" oynayacaqlar.Bu gün bu döyüşdə ölsəm belə peşiman olmaram.
Döyüş yoldaşlarının söylədiklərinə görə bu döyüşdə Cavidin unudulmaz rolu olur.O erməniləri məhv etməyin acı idi.İllərdir ki,bu arzuyla yaşayırdi.Onun ac gözlərinı yalnız axıdılan erməni qanı doydura bilərdi. Axıdılan namərd qanı azad olunan torpaqların sevincinə şərik olurdu.Elə bil torpaq da insanlar kimi canlanaraq rahat nəfəs alırdı.Ağır zirehli tankı ustalıqla idarə edirmiş.O elə bil ki,ağır zirehi ilə döyüşmürmüş,sanki piyada döyüşlərinə qatılıbmış.Həmın döyüşdə o düşmənin bir neçə tankını məhv edərək göyüşçü yoldaşlarına yol açırmış.Bu döyüşdə düşmən onun tankını hədəf alır və mərmi açılır.Axı o anasına söz vermişdi iki saatdan sonra anasına zəng vuracaqdı.

İki saatdan sonra Xatirə xanımın telefonuna zəng gəldi, gələn zəng oğlu Caviddən deyil,Cəlilabad rayon Hərbi Komisarlığından idi.
Cavid Hüseynov Fizuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.O şəhidlik şərbətini sevə-sevə qəbul etmişdi.Döyüş yoldaşları onun adını əbədiləşdirmək üçün idarə etdiyi tanka Cavid adını qirmızı,yaşıl,mavi hərflərlə yazırlar. Uzaqdan baxan döyüşçülər onun,idarə etdiyi tankı Azərbaycanın üç rəngli bayrağına bənzədirdilər.
Artıq Cavid həyatda deyil,idarə etdiyi tankı çox vəfasız oldu, onu qorumağı bacarmadı.Namərd mərmisi onun cəsur qəlbini susdurmağı məharətlə bacarmışdı.Torpaqlarımızın azad olunması həsrətiylə yaşayan igid döyüşçüyə,torpaqlarımızın azad olması günün unudulmaz sevincini doya-doya görmək və yaşmaq qismət olmadı..
Özü üçün seçdiyi bəy otağı bu gün qəm otağına,ziyarətgaha çevrilib.Həmın gün bir ananın ürək dağlayan səsi insanların qulağından bu günə kimi getmir.
Həmən gün bir atanın beli büküldü,bir qardaş tənha qaldı,bir körpə gözü əmisinin geri dönəcəyi anı görmək həsrətilə yollara dikilidı.
Ölkəmizin başçısı,Ali Baş Komandan İlham Əliyevin verdiyi sərəncama əsasən,şəhid Cavid Hüseynov olmündən sonra ,"İgidliyə görə","Vətən uğrunda","Fizulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə","Şuşanın azad olunmasına görə",Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
"Şəhidlər ölməz,vətən bölünməz"
Məkanın, Cənnət olsun Şəhidim!

Yazını qələmə aldı Natəvan Məlikova.

Paralel.az

0.018049001693726