Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

 

"- Başını örtən qadın da, örtməyən qadın da ikisi də dəyərlidir, sevgiyə, ehtirama layiqdir, onların haqlarını fərq qoymadan qorumaq borcdur, vəzifədir, insanlıqdır;
- Toplumlardakı gərginliyin səbəbi fərqli olmaq deyil, fərqliliyi, seçim haqqını tanımamaqdır;
- Öz dəyərlərinə güvənməyənlər fərqliliyi təhlükə sayar, onu yox etməyə çalışar, din əldən gedir deyərlər;
- İnsanın seçim haqqını, fərqliliyi qəbul etsək, sayğı duysaq, hüzur, barış, sevgi, mərhəmət olar, bir arada yaşamaq imkanı formalaşar;
- Əxlaq polisi əxlaqı pozar cburiyyət əxlaqın düşmənidir;
- Dinin sahibi Allahdır, O, heç kimi Özünə vəkil seçməmişdir, hökm qoymaq da, hesab sormaq da Ona aiddir;"
 
Paralel.az

 

 

0.13891386985779