“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 30 sentyabr saat 11:00-da başlayacaq.
"Paralel.az" xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.