Murov, Rəşadı Neylədin?

Murov, Rəşadı Neylədin?
 

14 sentyabr 2022 –ci il.... Qəhrəmanlar diyarı lilabad  rayonu və onun Göytəpə qəsəbəsi....Gedəcəyim ünvana çatmaq üçün zamanın bitməsini istəmirdim.Zamanın vəfasız olduğunu unutmuşdum..Artıq onun valideyinlərinin  yaşadığı ünvana yaxınlaşdıq.Daş barıya Vətən MüharibəsiQəhrəmanı,”Canavar” ləqəbli XTQ-nin şəhid kapitanışad Abdullayevin barelyfi vurulmuşdu. Maşından enmək mənim üçün çox çətin gəlirdi. Amma bu maşını Qəhrəmanımız üçün tərk etməliydim.Bir dəqiqəlik sükütla şəhidimizin ruhunu yad etdik.Sonra şəhidimizin doğulub,boya-başa çatdığı,valideyinləri yaşayan həyətə daxil olduq.Həyətməni və digər qonaqları Şəhidimizin qızı “Ata ,hardasan? qayit gəl” şeri iləryad edərək atasını səsləyən Rüqayyə qarşıladı.Ruqəyya mənu gördüyü an şox sevindi.Çöhrəsindən sevinc yağan Rüqəyyanın gözlərindən kədər yağirdı.

   Bu gün şəhidimizin cənnətdəki dəyişməyən ikinci Mövlud  günü idi.Ona “Doğum günün mübarək!” söyləməyə gəlmişdik. Abdullayev Rəşad Arif oğlu cəmi 32 il ömür sürdü. O, evli idi.Həyat yoldaşı Gülnar xanım Rüqəyyə adlı qızı,Məmmədağa adlı bir oğlu var idi. Övladlari hal-hazırda Heydər Əliyev adına Musir Təhsil Komleksində təhsil alırlar.  Rəşad AbdullayevHərb tarixində elə bir irs qoyb getdiki onun hərbi irsindən hərbiçilər hər zaman yararlana bilər.

 Daxıl olduğumuz mənzildə əyanı tanıdığım yalnız bir insan var idi.Rəşad-Gülnar sevgi dastanının ikinci qəhrəmanı, haqqında  “Aslanın erkəyi,dişisi olmaz” söylədiyim Gülnar xanım. Artıq biz ailə üzvüləri və Rəşadın doğmaları ilə bir masa arxasında əyləşmişdik. Şəhidimizin anası Sevil xanımın çohrəsindən nur,gözlərindən qəm yağırdı. Şəhid anaları,yarları,bacıları ilə göz-gözə gəlmək mənim üçün ölüm qədər qorxulu idi.

- Oğlum dünyaya bir payız günü gəldi.Mənfur ermənilər illər idi özlərini yatmış kimi ggöstırirdilərUlularımız doğru söyləyib, “Su yatar,düşmən yatmaz” 1988-ci ilin fevralında  başladı Sumqayıt hadisələri,.....Həmən ilin bu günü yəni 14 sentyabr da dünyaya gəldi mənim qəhrəman oğlum! Oğlum dünyaya gəldiyi gün mənə dünya boyda sevinc bəxş etdmişdi.Onu Sentyabr ayında tanrım mənə bəxş etdi.Sentyabr ayında oğluma toy etdim,canından şox sevdiyi Gülnarına bu ayda qovuşdu.Sentyabr ayında oğlum qəhramancasına şəhid oldu.Şəhidlik ən böyük zirvədir.Mən əfsanəyə çevrilmuş oğlumla qürur duyuram. Onu hərbiçi edən hərbin sirrlərini öyrədən babası Məmmədağa oldu.

- Balaca Rəşad günlə, ayla deyil, sanki saatla böyüyürdü.Böyüdükcə hamının sevimlisinə çevrilirdi. Çox sakit olmasına baxmayaraq, daxildə çox çılğın  idi. Bütün nəsil Rəşada vurğun idi, Rəşadsa bir insana: Böyük Vətən müharibəsinin  iştirakçısı olmuş, böyük bir döyüş yolu keçmiş babası Məmmədağa Abdullayevə.Babasının çoxlu orden və medalları var idi. İki yaşlı, amma yaşına görə dolu bədənli balaca oğlanbabasının orden və medallarını yaxasına düzdürər, medalların ağırlığına tab gətirməyərək yıxıla-dura böyüyürdü. Böyüdükcə orden və medallara olan məhəbbəti daha da çoxalırdı. O,sinəsindəki orden və medallarla gəzərkən başını qürurla dik tutar, özünü hərbi parada rəhbərlik edən general kimi hiss edərdi...

    `1995-ci ildə Rəşad Göytəpə də yerləşən və Birinci Qarabağ müharibəsi şəhidi ,qıhraman Vüqar Mürsəlovun adını daşıyan  1 saylı tam orta məktəbdə oxumağa başlayır.O, dərslərini yaxşı oxumaqla yanaşı, məktəbin ən fəal şagirdlərindən biri idi.Rəşadın ən böyük arzusu hərbçi olmaqdır. Hərbçiliyə gedən yolun özülününgeneral Cəmşid Naxçıvanski adına Hərbi liseydən başlandığını bilən Rəşad səkkizinci sinfi bitirəndə atasına hərbçi olmaq istəyini bildirir və ondan xeyir-dua istəyir. 

Oğul, sən hərb üçün doğulmuş insansan,səni yaşın deyil, yaşadıqların hərb üçün yetişdirdi. Müəllimin, baban Məmmədağa ilə birlikdə Qarabağ dərdi səni bu yolun yolçusu edir.Get, yolun açıq olsun,bu yolda sənəuğurlar arzulayıram.

Sevil xanım da bir ana kimi oğluna xeyir-dua verdi:

      – Oğul, hər sevgi tükənər vətən,torpaq adlı sevgilinin sevgisi tükənən deyildir. Biz analar  oğullarımızı Vətəni qorumaq   üçün dünyaya gətiririk.Rəbbim sənin kimi vətənpərvər övladları qorusun.Valideyn olaraq bu arzun üçün sənə yox cavabı verməyəcəm,

Valideynlərinin xeyir-duasını alan Rəşad səhəri gün atası ilə birgə paytaxta gəlir və sənədlərini hərbi liseyə təqdim edir.O,bul imtahanlarını uğurla verərək hərbi liseyə qəbul olur.

  2006-cı ilrbi liseyi müvəffəqiyyətlə bitirən Rəşad Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur.2010-cu ildə Ali Hərbi Məktəbi “Motoatıcı” ixtisası üzrə bitirir. Hərbi məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası müdafiə nazirinin 23 iyun 2010-cu il tarixli əmri i  leytenanthərbi rütbəsi alır. Rəşadın əldə etdiyi nailiyyətlər onu qane etmirdi,o,daim öz ixtisasını təkmilləşdirmək istəyirdi. Buna görə də tezliklə Təlim və Tədris Nərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilir.Burada  təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikasının müdafiə nazirinin əmrilə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində motoatıcı taborun tank əleyhinə taqım komandiri vəzifəsində xidmətə başlayır.2011-ci il  ilin dekabrında XTQ kursu keçmək üçün ezam olunan Rəşadbu kursda həsrətində olduğu arzusuna qovuşur.

          Onun bir arzusu var idi: kəşfiyyatçı olmaq,kəşfiyyatın bütün sirlərinə yiyələnmək.Kəşfiyyatçı olmaq onun aləmində düşmənlə təkbaşına mübarizə aparmaq,düşməndən təkbaşına intiqam almaq demək idi. Kəşfiyyatçı olmaq Rəşadı heç bir zaman qorxutmazdı. Rəşad və digər kəşfiyyatçıların bir istəyi var idi. Onlar alnıaçıq, üzü: “Biz qalib dövlətin qəhrəman oğullarıyıq!” deməyi bacarsınlar. Bəli, artıq Rəşad bütün maneələri arxada qoymuş və arzusuna çatmışdı.Digər kurslar kimi, bu kursuda birinciliklə bitirərək geriyə dönür.

    Həmən kursu bitirdikdən sonra  artıq Rəşad Xüsusi Təyinatlı qrupun  komandir müavini,müharibə başlayanda isə kapitan qərargah rəisi, tabor komandiri idi.Kapitan Abdullayevə xüsusi şücaətinə görə vaxtından tez 2 rütbə təqdim edilsədə, o həmin rütbələrdən imtina edir.

    - Rəşad qızımla  2013-cü ildə ailə həyarı qurmuşdu.Onların dillərə dastan olan saf,təmiz sevgisini namərd fələk qəbul etmədi.Mənim həyat yoldaşımyeganə övladını görmədən dünyasını dəyişdi.Rəşad ataqayğisi necə olar o hissi yaşatdı övladıma. Gülnar tək həyat yoldaşını deyil onun timsalında atasını,qardaşını,bacısını,demək olar ozünün sağlam həyatını itirdi söylədi Pəri ana.

       2016-cı il  Tarixə Aprel döyüşləri kimi  yazılan döyüşdə Rəşad Abdullayev “N” saylı hərbi hissənin komandir müavini kimi  iştirak edirdi Həmən vaxtlarda Azərbaycan  Ordusunun say-seçmə oğulları  Tərtərin Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdular.Rəşad və digər döyüşçülər dörd gün mühasirədə qalırlar. Mühasirədə olmalarına baxmayaraq onlar döyüşə-döyüşə Ermənistan Ordusunun zabit-əsgər heyətini məhv etmişdilər.Gecə döyüşləri  zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli  mövqelər,strateji  nöqtələr ,o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.Həmən döyüşlərdə  Ermənistanın Müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və ermənistan Ordusunun “yenilməz Ohanyan xətti” adlanan müdafiə xəttinin bir hissəsini darmadağın etmişdilər..Həmən yerəAzərbaycanın üç rəngli bayrağını şəxsən Rəşad Abdullayev özü sancmışdı.Onların mühasirədə çıxmasına yardım edən mərhum generalımız Polad Həşimov və döyüş yoldaşları olmuşdu.

        Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətinə,xidmət vəzifələrini  və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Arif oğlu Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2016-ci il tarixli 2176 nömrəli  Sərəncamına əsasən ““Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib 2014,2015, 2017 və 2019-cu illərdə xarici ölkələrdə XTQ kurslarının o cümlədən  Türkiyədə keçrilən “TurAz Qartalı”paraşüt təlimlərinin içtirakçısı olaraq bütün kurslar fərqlənmnə ilə bitirib.

Rıçad Abdyllayev xidmət  illərində “Azərbaycan Silahlı qüvvələrinin 90 illiyi”,”Azırbaycan Silahlı qüvvələrinin 95 illiyi”,”Azərbaycan Ordusunun 100 illiyi”,”Azərbaycan Xalq Cümurihiyyətinin 100 illiyi”yebley medalı,3-cü dərəcəli “Qüsursuz xidmətə görə”medalı iləltif edilmişdi.

27 Sentyabr 2020-ci il başlayan vətən müharibəsi zamanı ordumuzun müxtəlif bölmələri fərqli istiqamətlərdə əks hücüm əməliyyatlarına   başladı.Rəşad Abdullayevin döyüş yolu Murov-Kəlbəcər istiqamətində olur.Döyüş yoldaşlarının söylədiyinə görə onlara məlum olur ki,düşmən Murov dağ istiqamətində təxribata keçmək istəyir.Murovun düşmənlərdən azad edilmə planını hazırlayan komandir hər bir döyüşçüyə döyüş tapşırığını verir və özü üç döyüşçü ilə birlikdə öndə gedir.Birdən toz-dumana qarışır, onların qarşısına gözləmədikləri  erməni postu çıxır və onlar atışmaya başlayırlar .Döyüşçü zabitlərdən biri düşmənin  şəxsən Abdullayevi nişan aldığını görür.Və düşməndən cəld tərpənən zabit iki snayper nişancısını öldürür.Artıq gec idi üçüncü snayper gülləsi Rəşad Abdullayevi yaralamışdı.O yaralı olmasına baxmayaraq döyüşə özü komandanlıq edərək 20 saat döyüş mövqeyindən əl çəkmir. Murov dağa ilk ayağı dəyən Rəşad Abdullayev və onun dəstəsi 34 erməni postunu alaraq,Murova Azərbaycan bayrağını sancan şəxsən  kapitanın özü olur. Yaralı komandir sonda bunu söyləyir.-“ Balalarımı yetim qoymaq istəməzdim. 2 oktyabr 2020-ci il Göytəpə qəbirsanlığının buz kimi soyuq torpağı isti qəlbi vəıtənin azadlığı uğrunda susdurulan Rəşad Abdullayevin nəşini öz  qoynuna aldı.Şəhidin atası Arif ata  yeganə oğlu ilə birlikdə qəlbində bəslədiyi bütün arzularımı da məzarlıqda basdırdı.

  - Oğul çiynində ata gedər məzara bu mənim sonsuz istəyim idi amma bu gün tam əksinə....... Oğlum Murovu uçuraraq onun bütöv ağrlığını mənim çiyinlərimə yüklədi.Oğlumdan mənə yadıgar  üçəmanət qaldı.Onları göz bəbəyim kimi qoruyacam.Birdə bunu söyləmək istərdim, oğlumun düşmən tapdağından azad görmək istədiyi,Murov ,RəşadıNeylədin?”

Ana Sevil xanım:-Tanrıdan yalnız bir arzum var oğlunun şəhid olduğu Kəlbəcər torpağına qədəm basmaq və oğlumun qanınələnən torpaqları doya-doya öpmək

Üç bacının bir qardaşı idi Rəşad, bacıların üçü də yalnılz bunları söylədilər.

-Ondan yaxşı qardaş yox idi!!!! Şəhidin övladıMəmmədağanın əlində bir kitab var idi.Bu kitab da atası haqqında xatirələr qələmə alınmışdı.Kitaba baxmaq istıdim amma Məmmədağa onu mənə vermədi. Kiçik qucağında kitabı gizləyərək, körpə qəlbi ilə bəlkə bunları söyləmək istəyirdi.

-”Mən atamı da belə qoruyardım” amma onu bizdən tez aldılar.Mərd vətən qizi Gülnar xanım.

-Rəşadın son döyüşdə əynində olduğu qanlıpaltarlarının mənə gəlməsini istərdim amma o paltarlar gəliib mənə çatmadı.Axı o paltarlarda Rəşad yaralı-yaralı saatlarla vuruşub sonra arzuladığı “ŞƏHİDLİK ZİRVƏSİNƏ” qovuşub. Bu gün Cəlilabad rayon 2 saylı tam orta məktən Rəşad Abdullayevin adını daşıyır ”ŞƏHİDLƏR ÖLMƏZ,VƏTƏN BÖLÜNMƏZ”.    

  Şəhidimiz Abdullayev Rəşad Arif oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhadətindən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” adı və “Vətən uğrunda”,”Kəlbəcərin azad olunmasına görə”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

 Mən Rəşadı öz xalqına yenidən belə tanıtdım əfsanələr yaradan  Muov Qartalı.Biz hər zaman sənlə qürur duyuruq.

Paralel.az üçün yazını qələmə aldı Natəvan Məlikova.

0.014634132385254