Alıcı: “Camaat zülm çəkir..."- VİDEO
Alıcı: “Camaat zülm çəkir. Axşam ucuzluqdu, malı atıb gedirlər, biz də yerdən zibil yığırıq”.
"Paralel.az" xəbər verir ki, bazarlarda qalıb satılmayan, çürüməyə başlayan meyvə-tərəvəzlərin də axşam saatlarında öz alıcıları olur.
8-ci km bazarında çalışan satıcılar deyir ki, axşam 7-dən sonra gələn alıcılar qiyməti ucuzdur deyə keyfiyyətsiz məhsulları seçirlər. Onlar piştaxtanın qarşısında dəqiqələrlə dayanıb xarab olan meyvə-tərəvəzi saf-çürük edirlər.
Mənbə:AbzasMedia