Qafan toponiminin etimologiyası

Qafan toponiminin etimologiyası
 

 

Həsən Əliyev:

"Toponimiya elmi sübut edir ki, yer adları tarixi və coğrafi baxımdan öyrənilə bilmədikdə, onu ancaq dilçilik elminin köməkliyi ilə açmaq mümkün olur.Həqiqətən də toponimiya elmi bu üçlüyün vəhdəti əsasında öyrənilir.
Qafan toponiminin tarixi e.ə.IV əsrdən mövcud olması tarixi və coğrafi mənbələrdə öz əksini tapmışdır.Hətta Musa Kalankatlının “Alban tarixi” əsərində bu regionun adı çəkilir.Əvvəlki yazılarımda qeyd olunduğu kimi ermənilər Qafqaz Albaniyasının tarixi yer adlarını qəsdən dəyişərək öz tarixlərini Alban dövrünə calamaq istəmişdilər.Çox cüzi sayda arxaik qədim türk toponimləri dövrün türk dillərində başa düşülmədiyindən ermənilər “köklərini” Qədim Azərbaycan torpaqlarında bərkitmək üçün yer adlarına toxunmamışlar.Çünki, bu adların saxlanması onların saxta tarixinə çox yarayır.
Əgər biz Qafan rayonunun coğrafi ərazisinə diqqət versək onun dağlıq ərazi olduğunu görərik.Qədim vaxtlar bu dağ Qaf dağı adlanmışdır.Qədim əfsanə və əsatirlərdə bu dağın zirvəsində Simürğ quşunun yaşadığı nağıl olunurdu. (Simürğ quşunun adı folklor araşdırmalarında fars dilindən yanlış olaraq “otuz quş” kimi tərcümə olunmuşdur.Əslində Simürğ quşunun adı fars dilində “Simmürğ”dür.Yəni “sim”- “gümüş”, “mürğ” isə “quş” deməkdir.Sözdəki qoşa “m” samitinin biri eliziyaya(səsdüşümünə) uğrayıb, söz “Simürğ” kimi günümüzə “Qızılquşun” qarşı tərəfi kimi folklor koloriti yaratmışdır.)Bu dağın ən yüksək zirvəsinin hündürlüyü 3904 m. olan “Qapıcıq” dağıdır.Dilçilik baxımından “Qapıcıq dağı”, “Qafıcıq dağı”ının deformatik formada eyni məxrəcdən görsəndiyi aydın olur.Doğrudur bu gün “Qaf” dağı ayrılıqda coğrafi ad kimi coğrafi xəritədə qeyd olunmasa da, onun adı “Qafqaz” dağı toponiminin tərkibində səslənir.Əslində Qafqaz dağlarının əhatə dairəsində yəniQaf dağından başlamış Kazbek(Qazı beyi) dağına qədər sıralanıb gedir.Və əhatə etdiyi yaşayış əraziləri də Şimali və Cənubi Qafqaz kimi toponimləşmişdir.Bu fakt onu sübut edir ki, rəsmi coğrafi xəritələrdə Qaf dağının adı ayrıca adlanmasa da “Qafqaz dağları” altında öz tarixi adını qoruya bilmişdir.”Qafqaz dağları”nın adının cəmdə işlənməsi bunu bir daha sübut edir.
Gəlin “Qaf” adının Qafan kimi işlənməsini öyrənək.Musa Kalankatlının “Alban tarixi”ndə adı çəkilən “Qovsak” əyalətinin coğrafi miqyası indiki Qafan rayonunun ərazisinə uyğun gəlir.Həmin ərazidə “Oxçu” çayının keçməsi və ərazidə qədim Alban kilsələrinin mövcud olması məlumdur.”Oxçu” çayı adından göründüyü kimi Qədim Oğuzların adından alınmadır.Məlum olur ki, həqiqətən də çay kənarı yaşaış məskəni kimi həmişə məskunlaşma üçün əlverişli olmuşdur.Çay adları onun sahilində yaşayan xalqlara mənsub olduğu üçün həmin çaylar etnosun adı ilə adlanırdı.Məlum olduğu kimi eranın ilk illərində Qədim Azərbaycan torpaqları Roma imperiyası istilasında idi.Roma hərb tarixindən məlum olduğu kimi inzibati ərazini idarə etmək üçün işğal olunmuş ərazilərin xəritələri hazırlanırdı.Dövrün məhşur coğrafiyaçı alimi Strabon Roma ekspediyasının tərkibində Azərbaycana gəlmiş və ərazinin məhşur etnik inzibati xəritəsini hazırlamışdır.Çox təəssüf ki, bu günə qədər bu xəritədə olan 26 etnosun və coğrafi adların öyrənilməsinə cəhd edən alimlər bu adları olmayan “qədim türk alban” dilində öyrənməyə çalışmışlar.Elə bu səbəbdən də heç nə öyrənilməmişdir.
Əgər biz “arxsak(q)” və “qovsak(q)” adlarına diqqət versək hər iki toponimin iki hissədən ibarət olduğunu görərik.Yəqin ki, romalılar bu adları xəritədə latın-yunan dillərində transliterasiya üsulu ilə tərtib etməli idilər.Bu səbəbdən də toponimləri latın dilində izah edək.”Arxsak” toponimi – “arxi” yunan dilində “archios” – “qədim”; “sak” sözü latın dilində “sagitta” – “ox” sözü olub bütövlükdə toponim “Qədim Oğuzlar” mənasını bildirir.
”Qovsak” sözü də eyni paraleldədir.”Qov qaf” teofor olduğu üçün yerli türk xalqları da bu adın mənasını bilməmişdilər “Qaf” sözü ulu Tanrı və Ulu dilin “Qa” məfhumunundan yaranmış etnosun adıdır.”Ox,oq” sözü də metateza yolu ilə “qa” məfhumundan düzəlmişdir.Sözün 2-ci hecası “sak” latın dilində “oğuz-oxuz” mənasını bildirən “sagitta” sözündəndir.Söz bütövlükdə “Qaf Oğuzları” mənasına gəlir.Çox gülməlidir ki, bu günə qədər sözün açılmaması səbəbindən ermənilər qabaqdangəlmişlik edərək bizim dədə-babamızın “Qədim Oğuz” adını özlərinə xalq adı və coğrafi ərazi adı kimi götürmüşlər.Yenə də bu adın türk dillərində mənasının izah olunmadığından ermənilər bu addan da yararlanmaq istəmişdilər.Görəsən ermənilər bu məqaləni oxusalar nə hala düşərlər?
“Qafan” sözünün tədqiqi də çox maraqlıdır.Qədim Azərbaycan ərazilərində mövcud olan və ya xarabalığı qalmış çoxlu sayda Alban kilsə və keşikçi məntəqələri vardır.Məhz Zəngəzur, Qədim İrəvan ərazilərində də bu abidələr saysız hesabsızdır.Roma tarixindən məlumdur ki, uzun sürən (təxminən 300 il) xristianlığın təqibindən sonra, Roma İmperatoru II Konstantin təxminən eranın 335-ci ilində xristian dinini dövlət tərəfindən tanıdı və onu qəbul etdi.Xristianlığın əsas atributu sayılan kilsələrin (kilsə sözünün özü ilkin forması olan “kir” sözündən olub, fonetik r-l əvəzlənməsi nəticəsidə “kilsə” kimi formalaşmışdır.Söz əcnəbi dildə olduğundan ərəblər də kilsəyə “kəlisa” deyirlər) Kilsələrə “Alban” adının verilməsi də xristianlığın “ilk martyrisi(şəhidi)” müqəddəs Albanın adına ehtiram əlaməti olaraq xalqla barışığın əlaməti kimi səciyyələnir.Romalı əsgər Alban xristianlığı yaydığı üçün Roma İmperatoru Servimus tərəfindən onun boynu vurulmuşdur.Xristian xalq yürüşlərində Albanın əksi olan bayraqlar onların mübarizə rəmzləri olmuşdur.(müəllif – FB səhifəmdə geniş məqaləmi oxuya bilərsiniz.)
Həmin dövrdə Azərbaycan əraziləri də romalıların tabeçiliyində olması səbəbindən bu torpaqlarda da “Alban kilsələri” tikilmişdir. Əsasən Alban kilsələri olan vilayət və kiçik məntəqələrin adlarının sonluğunda “vənd, vəng, van, vən” söz vahidi vardır.Bu heç də şəkilçi vahidi deyildir.(müəllif)Latın dilində “fanum” dilimizə “müqəddəs yer, məbəd, ziyarətgah” kimi tərcümə olunur.”Fanum” sözü əcnəbi söz kimi başa düşülmədiyindən dilimizdə praktik qısa formada “van, vənd” kimi formalaşmışdır. Dildə “f-v” əvəzlənməsi qəbul olunandır.
Qafların bu ərazisi romalılar tərəfindən ilkin olaraq “Qovsak”, xristianlığın qəbulundan sonra isə “Qaffan” adlanmış, sözdə “f” qoşa samitinin biri düşərək “Qafan” kimi günümüzə gəlib çıxmışdır.İrəvan, Qafan, İncivan, Mincivan, Qərvənd, Sırxavənd, Xudavənd, Papravənd, Vəng və s. toponimik ərazilərdə Alban kilsələri vardır.Məhz ermənilər bu tarixin 4-cü əsrə aid olduğunu bilərək həmişə IV əsrdən burada yaşamalarını israrla təkid edirlər.Qafan rayonunu ərazisində də çox sayda Alban kilsə abidələri mövcuddur.
Nəticə olaraq aydın olur ki, Qafan toponimi “Qaf” tayfasının adı ilə adlanmış Qaf dağının ərazisində məskunlaşmış Qədim Oğuz tayfalarından olan Qafların əzəli vətəni olmuşdur.
P.S. Mən özüm Alban tarixi ilə əlaqədar bir çox materialları oxumuşam.Ermənilərin əməlləri hamıya məlumdur.Maraqlı budur ki, azərbaycanlı tarixçilər “öz Alban əsərləri”ni yazanda məlum olur ki, 444 müəllifdən 395 erməni, təxminən qalanlarının çoxu da ermənipərəst müəlliflərdirlər.
Qədim Zəngəzur torpaqlarının elmi şəkildə izah etməyi ziyalılara, sadə vətəndaşlara çatdırmağı özümə borc bilirəm.Heç bir ədəbiyyatda bu adların izahı tarixi, coğrafi və dilçilik baxımından müfəssəl izah edilməmişdir.İnanın ki, mən özüm də bu yazıları tədqiq edərkən öyrənirəm.Bütün yazılarımda təsvirlə yox, elmi dilçilik üslubu ilə (fonetiq əsasda) izah edirəm.Yəqin ki, nə vaxtsa bu yazılara əhəmiyyət veriləcəkdir.Əsas odur ki, insanda mənsəb sevgisi yox, onun içində vətən sevgisi olsun...Oxuyub və dəyər verənlərə təşəkkürümü bildirirəm."

Paralel.az

0.029836893081665