Rusiya savaşın - işğalın üçüncü mərhələsinə keçdi

Rusiya savaşın - işğalın üçüncü mərhələsinə keçdi
 

Siracəddin Hacı:

I YAZI

"Birinci mərhələyə TƏKƏBBÜR XƏYAL adını qoymaq olar. Bu dönəmdə Rusiya siyasi elitasının inandığı anlayışın ölçülərini belə sıralamaq olar:

- Rusiyanın siyasi, hərbi, iqtisadi gücü hədəflərini gerçəkləşdirməyə çatar da, yetər də, o, məğlubedilməz dövlətdir, kimsə nüvə silahına sahib olan dövlətin qarşısına çıxa bilməz;
- Putin böyük güc sahibidir, nəyi, nə zaman, necə edəcəyini bilir, nə deyirsə, doğrudur, o, Rusiyanı dünya dövlətinə çevirəcək;
- SSRİ-ni başqa bir adla olsa da, bərpa edəcəyik;
- Dünya yenidən bölüşdürüləcək, Rusiya da ən böyük pay sahiblərindən biri olacaq;
- Ukrayna adlı dövlət, xalq yoxdur, Zelenski və ətrafındakılar yeni faşistlərdir;
- Ukrayna ordusu zəifdir, bu ölkə qısa zamanda işğal olunacaq, Zelenski və tərəfdarları ya öldürüləcək, ya da qaçacaqlar, nəticə, Ukraynada Rusiyaya bağlı hökumət qurulacaq, sonrakı dönəmdə də Ukrayna Rusiyaya birləşdiriləcək;
- ABŞ, Avropa, NATO etiraz edəcək, ancaq Ukraynaya ciddi yardım göstərməyəcək;
- Sıra SSRİ-yə daxil olmuş o biri respublikalara çatacaq;
- NATO-nun genişləndirilməsi durdurulacaq;
- Rusiyanın sınırında olan NATO dövlətlərindəki uzunmənzilli raketlər çıxarılacaq;
- NATO Rusiyaya yazılı təminat verəcək ki, Rusiyanın təhlükəsizliyinə zidd olan heç bir addım atmayacaq;
- NATO Rusiyanın yeni siyasi məkanını-imperiya sınırlarını tanıyacaq;
- Kiyev 3 günə, uzağı 7 günə işğal olunacaq, Putinyenilməz lider kimi bu şəhərə gedəcək, hərbi zəfər törənində iştirak edəcək, Rusiyanın ağalığını, məğlubedilməzliyini, iddialarını bütün dünyaya açıqlayacaq;
- Təkəbbür və xəyal Putini gerçəklikdənuzaqlaşdırdı, o, Ukrayna xalqının, ordusunun gücünü, NATO-nun müqavimətini görmək imkanından məhrum oldu, dünyanın yeni gerçəkliklərini doğru oxuya bilmədi;
- Təkəbbür və xəyal dönəmi Kiyevin işğalının imkansız olduğunu anlayanadək davam etdi;

Ardı var..."

Paralel.az

0.042701005935669